Milli Məclisin deputatı: "Peşə təhsili pilləsində tələb təklifi üstələyir" - AÇIQLAMA + FOTO

Milli Məclisin deputatı: Milli Məclisin deputatı: "Peşə təhsili pilləsində tələb təklifi üstələyir" - AÇIQLAMA + FOTO
Peşə təhsil pilləsi üzrə tələbə qəbulunun II mərhələsinin nəticələri açıqlanıb. Birinci və ikinci mərhələdə ümumilikdə 30 000 nəfərdən çox namizəd peşə təhsili almaq üçün müraciət edib. 2023/2024-cü tədris ili üzrə tələbə qəbulu 66 peşə təhsil müəssisəsində 128 ixtisas olmaqla 25 420 yer üzrə aparılıb.
Ümumiyyətlə, peşə təhsili müəssisələrində təhsil müddəti ali məktəblərə nisbətən qısadır. Az zamanda işçi bazarına kifayət qədər çox sayda işçi daxil olacaq.
Bəs görəsən, bazar bunu qarşılaya biləcəkmi? Ümumiyyətlə, burada tələb-təklif nə yerdədir?
Mövzu ilə bağlı Oxu.Az-a açıqlama verən Milli Məclisin deputatı Ceyhun Məmmədov tələbin təklifi üstələdiyini qeyd edib:
Milli Məclisin deputatı: "Hesab edirəm ki, bu günlərdə əslində tələb təklifi üstələyir. Hazırda əmək bazarında təcrübəli işçilərə ehtiyac var. Çünki Qarabağda böyük abadlıq və quruculuq işləri həyata keçiririk. Bu səbəbdən peşə təhsilini daha da təşviq etməliyik. Elə etməliyik ki, gənclərimiz peşə təhsilinə daha çox yönəlsinlər".
Deputat peşə təhsili pilləsi üçün ayrılan 25 420 yerin Azərbaycan üçün çox da böyük bir rəqəm olmadığını deyib:
"Düzdür, 30 000 müraciətin olması sevindirici bir haldır. Biz prosesi gücləndirməliyik. Çalışmalıyıq ki, diqqət daha çox peşə təhsili pilləsinə yönəlsin. Gənclərimizin bu istiqamətdə maraqlarını artırmalıyıq. Bu bizə ciddi bir imkan və üstünlük yaradacaq".
Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Anar İsgəndərovun sözlərinə görə, peşə təhsili pilləsinə dünyanın hər bir yerində böyük diqqət var:
Milli Məclisin deputatı: "Peşə təhsili pilləsi dünyanın hər yerində böyük diqqət və maraq kəsb edir. Sovet dövründə peşə təhsili ilə bağlı heç bir uğur əldə olunmayıb. Bu, çox təəssüflər olsun ki, dünyaya mesaj vermək üçün aparılan sovet təbliğatı idi. O dövrlərdə peşə təhsili müəssisələrinə müəllim də cəlb etmək çətin idi. Bu da uğurlu nəticə vermədi".
A.İsgəndərov son bir neçə ildə peşə təhsili pilləsi ilə bağlı qanun və qərarlar qəbul edildiyini söyləyib:
"Peşə təhsilinin cəmiyyətimizə müsbət tərəfi var. İşsizlər işə cəlb edilib. Sənətkar kimi yetişməsində müstəsna xidmətləri var. Ayrılan plan yerlərinin, əminəm ki, hamısı dolacaq.
Ölkəmizdə peşə təhsili ilə bağlı kifayət qədər işlər aparılır. Sentyabr ayının 18-də Milli Məclisdə peşə təhsili ilə bağlı məsələlər müzakirə olunacaq. Dövlət peşə təhsilinə önəm verir".
"Sovet düşüncəsi ilə hamının ali təhsili olmalıdır. Yanlış düşüncədir. Bənna, dülgərə də ehtiyacımız var. Dünya təcrübəsində istifadə etməliyik. Mövcud əngəlləri aradan qaldırmağa çalışmalıyıq. İnkişaf etdirmək üçün şərait və imkan da var. Azərbaycanın ayrı-ayrı bölgələrində kifayət qədər peşə təhsilinə ehtiyac var", - deyə A.İsgəndərov əlavə edib.
Nəzrin Vahid

Maraqlı       Tarix: 08 sentyabr 2023
f Paylaş

Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Beyninə çip yerləşdirilimiş ilk pasiyentin son vəziyyəti açıqlandı

Beyninə çip yerləşdirilimiş ilk pasiyentin son vəziyyəti açıqlandı. İlon Maskın "Neuralink" proqramı çərçivəsində 2024-cü ilin martında ilk dəfə beyninə çip yerləşdirilmiş xəstənin son vəziyyəti açıqlanıb. Xəst

Günəşdəki fırtınanın Yerə kritik təsiri: Partlayışlar mühüm tarazlığı pozub

Günəşdəki fırtınanın Yerə kritik təsiri: Partlayışlar mühüm tarazlığı pozub. Yeni araşdırma göstərir ki, keçən həftə Yer kürəsini vuran güclü Günəş qasırğası fırtınalar dalğasına səbəb ola bilər. Alimlər qrupu son 5 500 i

Səhrada uca göydələnləri, yamyaşıl bağları, fəvvarələri ilə heyrətamiz şəhər - BƏLƏDÇİ + FOTO

Səhrada uca göydələnləri, yamyaşıl bağları, fəvvarələri ilə heyrətamiz şəhər - BƏLƏDÇİ + FOTO. Əbu-Dabi - səhranın üstündə yüksələn şəhərdir. Birləşmiş Ərəb Əmirliklərinin yeddi əmirliyindən biri və ölkənin biznes, siyasi

Hava dəyişdikdə oynaqlar niyə ağrıyır? - SƏBƏB

Hava dəyişdikdə oynaqlar niyə ağrıyır? - SƏBƏB. "Dayaq-hərəkət aparatının xəstəlikləri, xüsusən də artroz olan xəstələrdə hava şəraiti dəyişdikdə ağrılar artır". Bu barədə rusiyalı revmatoloq Alina Puzakova danışıb

İmtahandan əvvəl yaddaşı gücləndirən QİDALAR

İmtahandan əvvəl yaddaşı gücləndirən QİDALAR. Son elmi araşdırmalara görə, tərkibində yüksək şəkər olan şirniyyatlar müvəqqəti olaraq enerjini artırsa da, yekun nəticədə konsentrasiyanı azalda bilər. Yaddaş və konsentrasiyan

Appendiksin çıxarılması bağırsaq xərçəngi riskini azalda bilər - TƏDQİQAT

Appendiksin çıxarılması bağırsaq xərçəngi riskini azalda bilər - TƏDQİQAT. Fukusima Tibb Universiteti və Harvard İctimai Sağlamlıq Məktəbinin alimləri müəyyən ediblər ki, appendiksin çıxarılması "Fusobacterium nucleatum"

İspaniyada ilk dəfə: Onlarla insanda siçovul xəstəliyi aşkar edildi

İspaniyada ilk dəfə: Onlarla insanda siçovul xəstəliyi aşkar edildi. İspaniyada dünyada ilk dəfə olaraq insanlarda onlarla siçovul hepatiti E-yə yoluxma halı müəyyən edilib. Bu barədə "El Pais" qəzetində yazı dər

İki sifariş edin, bir çatdırılma haqqı ödəyin!

Wolt-un İkili Sifariş yeniliyini sizə təqdim edirik! Artıq sifariş etmək daha asan və daha sərfəlidir. İkili Sifariş ilə iki fərqli məkandan lazım olan hər şeyi bir saat və ya daha az müddətdə qapınıza çatdırırıq. Axşam yeməy

İnsanın ölümdən əvvəl itirdiyi ilk hiss hansıdır? - Mütəxəssis izah edir

İnsanın ölümdən əvvəl itirdiyi ilk hiss hansıdır? - Mütəxəssis izah edir. ABŞ-nin Stenford Universitetinin eksperti Ceyms Hallenbek bir insanın vəfat etməzdən əvvəl hisslərinin son mərhələsi haqqında danışıb. O qeyd edi


azerbaycan xeberleri son xeberler yeni xeberler xabar az metbuat xeberlər en sonxeber