Milli QHT Forumunun sədri: "Yerli azərbaycanlılar "Gürcü Arzusu"nun qələbəsində böyük pay sahibi oldu"

Milli QHT Forumunun sədri: Yerli azərbaycanlılar Gürcüstanda keçirilmiş parlament seçkilərində hakim "Gürcü Arzusu" partiyasının qələbəsində böyük pay sahibi olub ki, bu da Gürcüstan hökumətinin gələcəkdə onların sosial-iqtisadi vəziyyəti ilə bağlı məsələlərdə daha diqqətli olmasını tələb edir.
KONKRET.az xəbər verir ki, bunu Reporta-a açıqlamasında Azərbaycan Milli Qeyri-Hökumət Təşkilatları Forumunun İdarə Heyətinin sədri Ramil İsgəndərli deyib.
"Gürcüstan xalqı sabitliyə, əmin-amanlığa, milli-mənəvi dəyərlərin qorunmasının davam etdirilməsinə səs verdi, dəyərlərə zidd təbliğatı qəbul etməməklə öz səslərini suveren, müstəqil, Gürcüstan siyasətinin davamına verdilər", – o söyləyib.
Milli QHT Forumunun sədri bu seçkilərin nəticəsinin təəccüblü olmadığına diqqət çəkib:
Milli QHT Forumunun sədri: Milli QHT Forumunun sədri: "Bu seçkinin nəticələri bizim üçün təəccüblü olmadı. Bir neçə gün əvvəl Tbilisidə Gürcüstan QHT-ləri ilə birgə ictimai iştirakçılıqda QHT-lərin roluna dair mövzuda baş tutmuş konfransda fikir mübadiləmiz olmuşdu. O görüşdə də QHT-lərin seçkidə mühüm rol oynayacağına, onların Gürcüstanın müstəqilliyinə səs verəcəyini görürdük".
"Eyni zamanda, bunu da qeyd etməliyəm ki, bir sıra Qərb ölkələrinin təzyiqinə baxmayaraq, Gürcüstan xalq başa düşdü ki, gələcəkdə region ölkələri ilə əməkdaşlıq, xüsusilə Azərbaycanla əməkdaşlığın davam etdirilməsi, bölgədə sabitliyin qorunması istiqamətində Gürcüstan dövləti öz fəaliyyətini davam etdirməlidir. Qərb ölkələri Gürcüstanda çaxnaşma yaratmağa, region ölkələrinin həmrəyliyini pozmağa çalışsa da, xalq öz seçimini etdi", – o vurğulayıb.
Ramil İsgəndərli bildirib ki, "seçkiqabağı yerli azərbaycanlılara yönələn pozucu çağırışlara baxmayaraq, onlar hakim partiyanın – "Gürcü Arzusu"nun qələbəsinə, onun Tbilisinin Bakı ilə sıx münasibətlərinin davam etdirilməsinə səs verdilər".
"Bu da Gürcüstan hökumətinin azərbaycanlıların sosial-iqtisadi məsələləri ilə bağlı daha diqqətli olmağa, onların problemlərinə xüsusi diqqətlə yanaşmasına dəlalət edəcək", – o vurğulayıb.

Siyasi       Tarix: 27 oktyabr 2024
f Paylaş

Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

İsrail qüvvələri yüksək hazırlıq vəziyyətinə gətirildi – KİV

İsrailin müdafiə qüvvələri İranın qəfil hücum ehtimalı ilə bağlı yüksək hazırlıq vəziyyətinə gətirilib. xəbər verir ki, bu barədə İsrailin mediası məlumat yayıb. Bildirilib ki, ABŞ kəşfiyyatı İran İnqilab Keşikçiləri Korpusunu

Aqil Abbası tənqid etdi: Özü hədəfə alındı - FOTO

Millət vəkili Aqil Abbasın Milli Məclisdə Ağdama köçlə bağlı səsləndirdiyi fikirlər ətrafında müzakirələr səngimək bilmir. xəbər verir ki, ötən gün deputat Səbinə Salmanova da həmkarının fikirlərinə rəsmi sosial şəbəkə hesabınd

Ərdoğan Azərbaycan səmasına daxil olan kimi elə bir jest etdi ki

Rəcəb Tayyib Ərdoğan Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi və xalqı təbrik edib. xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Koreya Respublikasına səfərə gedərkən təyyarəsi Azərbaycanın hava məkanın

Ermənistanın Baş naziri: İrəvan və Bakı arasında sülh Cənubi Qafqaz üçün yeni imkanlar yaradır

Ermənistan və Azərbaycan arasında sülh, eləcə də regional əməkdaşlığın inkişafı Cənubi Qafqaz üçün, xüsusilə logistika və beynəlxalq daşımalar sahəsində yeni imkanlar yaradır. xəbər verir ki, bu barədə Ermənistanın Baş nazir

Pezeşkiana çağırış edən QHT rəhbərləri danışdı: "Azərbaycanlı uşaqlar öz dilində oxusun

İranda yaşayan azərbaycanlıların ana dilində təhsil almaq hüququ məsələsi yenidən gündəmə gəlib. Bir qrup Azərbaycan QHT nümayəndəsi İran Prezidenti Məsud Pezeşkiana müraciət edərək ölkədə yaşayan milyonlarla azərbaycanlını

Ceyhun Bayramov Türk Dövlətləri Sivilizasiya Parkının açılış mərasimində iştirak edib

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Türk Dövlətləri Təşkilatının (TDT) Zirvə görüşü çərçivəsində keçirilən Türk Dövlətləri Sivilizasiya Parkının açılış mərasimində iştirak edib. xəbər verir ki, bu barədə Azərbayca

İstanbulda azərbaycanlı uşaqlara Zəfər günü sürprizi - FOTOLAR

8 Noyabr – Qarabağ Zəfərinin ildönümü həftəsində İstanbulda yaşayan azərbaycanlı uşaqlar üçün mühüm sosial layihə həyata keçirilib. xəbər verir ki, Türkiyədə bu miqyasda və formatda ilk dəfə təşkil olunan layihə çərçivəsind

Hüseynəli xanı Əfşar kimi təqdim etdilər - İran səfirliyinin kobud səhvi

İranın Ermənistandakı səfirliyinin rəsmi sosial media hesabında İrəvanın Göy məscidi haqqında videomaterial yayımlanıb. xəbər verir ki, paylaşımda tarixi faktlar birtərəfli və təhrif olunmuş şəkildə çatdırılıb. Göy məscidi

Laos dövlət başçısı Prezident İlham Əliyevi rəsmi səfərə dəvət edib

Laos Xalq Demokratik Respublikasın Prezidenti Thonqlun Sisulit Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi Laosa rəsmi səfərə dəvət edib. /


son xeberler azerbaycan xeberleri yeni xeberler meherremlik 2026 xeber saytlari xəbərlər.com metbuat xeberleri