Minaya düşərək ölən Bəxtiyar Talışa getdiyi üçün iki dəfə cərimələnibmiş
Dünən Talış kəndində minaya düşərək həlak olan Bəxtiyar Mahmudov bundan öncə iki dəfə həmin əraziyə qanunsuz getdiyi üçün polis əməkdaşları tərəfindən saxlanılıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən Open.az-a verilən məlumata görə, dünən Tərtər rayon sakini Bəxtiyar Mahmudov dumanlı hava şəraitindən istifadə edərək idarə etdiyi "Niva" markalı avtomobillə işğaldan azad olunmuş əraziyə keçməyə cəhd edib və bu zaman düşdüyü minanın partlaması nəticəsində ölüb.
Cari ilin yanvar və fevral ayları ərzində mərhum Bəxtiyar Mahmudov və qardaşı Şəhriyar iki dəfə işğaldan azad olunmuş ərazilərə keçdiklərinə görə polis əməkdaşları tərəfindən saxlanılıblar. Hər iki halda onlar barəsində qanunvericiliyin tələblərinə uyğun inzibati cəza tədbirləri görülüb.
Belə ki, məhkəmənin qərarı ilə Şəhriyar inzibati qaydada həbs olunub, mərhum Bəxtiyar isə cərimə edilib. Üçüncü dəfə, yəni fevralın 18-də Bəxtiyar Mahmudovun işğldan azad olunmuş əraziyə keçməyə cəhd göstərməsi özünün faciəsi ilə nəticələnib:
"Odur ki vətəndaşlarımızı bu kimi hallardan nəticə çıxartmağa, həyat və sağlamlıqlarını təhlükədə qoyaraq qanunsuz yollarla işğaldan azad edilmiş ərazilərə getməməyə, belə səfərlərdən çəkinməyə çağırırıq".
Kurslar.az kurslar [newsid: 0-123300]

Bank of Baku növbəti ağacəkmə aksiyasını təşkil etdi - FOTOLAR
Quba Palace Hotel və Çin Qolf Assosiasiyası arasında əməkdaşlıq memorandumu imzalandı - FOTOLAR
Veysəloğlu Şirkətlər Qrupunda Prezident təqaüdçüsü olan əməkdaş övladları ilə görüş keçirildi - FOTOLAR
Dünyada bu meyvə bahalaşacaq
Qadınlarla kişilərin maaşı arasında fərq açıqlandı
İsmail Kartal 5-ci dəfə "Fənərbaxça"dan getdi
Əhaliyə XƏBƏRDARLIQ: Qışda bu ərzaqların qiyməti qalxacaq
Mərkəzi Bankdan ödəniş kartları ilə bağlı yeni açıqlama
Hörmüz boğazında internet kabelləri sıradan çıxsa, Azərbaycanda nə baş verəcək? - SENSASİON MƏQAMLAR
Bu səhvi çoxları edir: Dərman içirlər, amma sağalmırlar
Ararat Mirzoyandan ŞOK AÇIQLAMA: "Sülh müqaviləsindən əvvəl bunu edə bilərik"
Milyarderin oğlu necə öldürülüb? - TƏFƏRRÜAT
İsveçrədə azərbaycanlı gənc faciəvi şəkildə öldü
Tokayev Türkiyəyə gedir
Türkiyədə Azərbaycana dair paylaşımlar edən şəxslər saxlanıldı