Mingəçevidə qadın intim fotoları ilə şantaj edildi

 Mingəçevidə qadın intim fotoları ilə şantaj edildiŞəki Ağır Cinayətlər Məhkəməsində hədə-qorxu ilə tələb etmədə təqsirləndirilən Səkinə Məmmədovanın (ad, soyadı şərti) cinayət işi üzrə məhkəmə iclası başa çatıb.
KONKRET.az Pravda.az-a istinadən xəbər verir ki, hakim Rafail Əliyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Hökmə əsasən, o, 5 il müddətinə azadlıqdan məhrum olunub. Qeyd olunub ki, Cinayət Məcəlləsinin 79.1-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsin himayəsində olan 01.06.2009-cu ildə anadan olmuş on iki yaşlı övladı on dörd yaşına çatanadək, yəni 01.06.2023-cü il tarixədək təyin edilmiş cəza təxirə salınıb.
İttihama görə, hadisə 12.06.2021-ci il tarixdə, saat 14 radələrində Mingəçevir şəhəri, H.Əliyev prospektində yerləşən məcburi köçkünlər üçün salınmış qəsəbədə qeydə alınıb.
Belə ki, Səkinə Məmmədova tanışı Vahid Ələkbərovla (ad, soyadı şərti) söhbət edib. Bu zaman Vahid digər tanışı və qonşuluğunda yaşayan Səbinə Əsgərovanın (ad, soyadı şərti) arasında sosial şəbəkədə eşq münasibətlərinin yarandığını deyib. Vahid Ələkbərov bildirib ki, onun mobil telefonunun yaddaşında Səbinənin çılpaq və yarımçılpaq fotoşəkilləri var.
Daha sonra Səkinə Məmmədova həmin fotoşəkilləri ələ keçirib. O, həmin şəkillərlə Vahidlə Səbinəni şantaj edib. Səkinə Səbinəyə mesaj yazaraq qeyd edib ki, Vahidlə aralarında yaxın və intim münasibətləri olub və fotoları da onun ərinə göndərəcək.
Səkinə Məmmədova həmin fotoşəkilləri yaymamağına görə Vahid və Səbinədən 10 000 manat məbləğdə pul tələb edib. Daha sonra zərərçəkmişlər polisə müraciət edib və Səkinə Məmmədova saxlanılıb.
İstintaq orqanı tərəfindən onun barəsində 182.2.4-cü (Hədə-qorxu ilə tələb etmə, xeyli miqdarda əmlak əldə etmək məqsədi ilə törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.
Səkinə Məmmədovanın barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib.

Hadisə       Tarix: 27 aprel 2022
f Paylaş

Oxşar xəbərlər

Ata ona yeni ayaqqabı alması ilə bağlı irad bildirən qızını döydü

Sumqayıt Apellyasiya Məhkəməsində qəsdən sağlamlığa az ağır zərər vurmada təqsirləndirilən Nağı Kərəmovun (adı, soyadı şərtidir) barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb. . -a istinadə

İşçiləri İdris Quliyevin 104 minlik malını oğurladı

Sumqayıtda yerləşən "Qold Qayalı" marketin anbarından külli miqdarda oğurluq olub. -ın əldə etdiyi məlumata görə, hadisəni törədənlər "Qold Qayalı"nın təsərrüfat müdiri və mağazada fəhlə kimi çalışan ik

Beyləqanda müəllim komaya düşüb öldü - Foto

Beyləqan rayonunda müəllim vəfat edib. xəbər verir ki, Aygün Həsənova dünyasını dəyişib. O, Beyləqan rayonunun Mayak qəsəbə tam orta ümumtəhsil məktəbində ingilis dili müəllimi kimi fəaliyyət göstərib. Məlumata görə, müəlli

"Qlobal" hosteldə oğurluq: Otaq yoldaşının telefonunu və pulunu oğurladı

Bakıda hosteldə gecələyən şəxsin mobil telefonunu, qol saatını və pulunu oğurlamaqda ittiham olunan şəxs barəsində məhkəmə hökm çıxarıb. Təqsirləndirilən şəxs zərərçəkmiş yatdığı vaxt onun əşyalarını götürərək hosteli tər

Göyçayda 26 min manatlıq oğurluq: kürəkən və qayınata tutuldu

Göyçay rayonu ərazisində silsilə oğurluqlar edilib. KONKRET.azxəbər verir ki, bu barədə DİN-in mətbuat xidmətinin Şəki regional qrupundan məlumat verilib. Bildirilib ki, evlərə daxil olan naməlum şəxslər 24 min manatdan artı

Biləsuvarda ildırım elektrik xəttini vurdu: rayonun bir hissəsi işıqsız qaldı

Biləsuvar rayonunda əlverişsiz hava şəraiti elektrik enerjisinin verilişində fasiləyə səbəb olub. xəbər verir ki, ildırım elektrik dayağının izolyatorunu vurub. Nəticədə elektrik təchizatında yaranan problem səbəbindən rayonu

Qubada kişi evində ölü tapıldı

Qubada kişi evinin həyətində ölü halda tapılıb. xəbər verir ki, hadisə şəhərin Ağamirzə Əhmədov küçəsində qeydə alınıb. Rövşən Telman oğlu Ağaquliyevin meyiti yaşadığı evin həyətində ailə üzvləri tərəfindən aşkarlanıb. Onu

Xəzərdə qayıq qəzası: İtkin düşən ikinci şəxsin meyiti tapıldı

Dağıstanın Sulak qəsəbəsi yaxınlığında, Xəzər dənizində batan ikinci balıqçının cəsədi dörd günlük axtarışlardan sonra tapılıb. xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin regional idarəsi məlumat yayıb

Milyarderin oğlu necə öldürülüb? - TƏFƏRRÜAT

Yaponiyalı milyarder Kencin Oşimanın oğlu Yeşihito Oşimanın Laosda müəmmalı şəraitdə öldüyü bildirilir. Hadisənin mümkün qətllə əlaqəli olduğu iddia edilsə də, ölümün səbəbi və insidentin təfərrüatları hələ rəsmi şəkild


son xeberler azerbaycan xeberleri yeni xeberler idman xeberleri xeberler bugun xeberler azerbaycan en yeni xeberler