Mingəçevir Dövlət Universitetində "Zəfər Günü' qeyd edilib - FOTO

5 noyabr 2021-ci il tarixində Mingəçevir Dövlət Universitetində (MDU) 8 noyabr Zəfər Günü"nə həsr olunmuş "Zəfər Günü tariximizə əbədi həkk olunmuş milli iftixar günüdür!" mövzusunda elmi-nəzəri konfrans keçirilib. Tədbirdə şəhid ailəsi üzvləri, Vətən müharibəsində iştirak etmiş məzunlar, professor-müəllim heyəti, tələbə və magistrantlar iştirak ediblər.
Tədbirdən öncə, universitetin bir qrup tələbə və müəllim kollektivi üzvü Mingəçevir Şəhidlər xiyabanını ziyarət edib və ölkəmizin ərazi bütövlüyünün təmin edilməsi uğrunda müqəddəs şəhidlik zirvəsinə ucalan qəhrəmanlarımızın məzarları üzərinə gül dəstələri düzüblər.
Vətən uğrunda canından keçərək şəhidlik məqamına ucalan qəhrəmanlarımızın əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayan konfransın açılışında MDU-nun rektoru Şahin Bayramov çıxış edib.
Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi və rəşadətli Azərbaycan Silahlı Qüvvələrinin qəhrəmanlığı sayəsində qazanılan tarixi Zəfərin birinci ildönümü münasibətilə tədbir iştirakçılarını təbrik edən Ş.Bayramov 44 günlük Vətən müharibəsində Azərbaycan tarixinin ən şanlı və qürurverici səhifələrinin yazıldığını qeyd edib.
Otuz il işğal altında olan torpaqlarımızın azad edilməsində, tarixi ədalətin bərpa olunmasında mühüm pay sahibi olan qəhrəman əsgər və zabitlərin şücaətindən danışan rektor ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərin əziz xatirəsinin heç zaman unudulmayacağını və daim böyük ehtiramla anılacağını bildirib.
Şanlı Qələbədən sonra uzun müddət erməni vandalizminə məruz qalmış əzəli torpaqlarımızın sürətlə dirçəldiyini vurğulayan Ş.Bayramov bu gün qəhrəman şəhidlərimizin ruhunun şad olduğuna və doğma Qarabağın tezliklə cənnətə çevriləcəyinə əminliyini ifadə edib.
Sonra çıxış edən şəhid Rahim Tağıyevin həyat yoldaşı Vüsalə Tağıyeva, universitetin qazi məzunu Abdulla Abdullayev, Vətən müharibəsi iştirakçısı Famil Məmmədov müharibə dövrü ilə bağlı xatirələrini bölüşüb, torpaqlarımızın hər qarışı uğrunda yüksək şücaət, fədakarlıq və cəsarət nümunələrini ortaya qoyan qəhrəmanlarımızla qürur duyduqlarını bildiriblər.
Konfransda MDU əməkdaşlarından dosent Nizami Zeynalov "44 günlük Vətən Müharibəsi: tarixi ədalətin şanlı zəfəri", müəllim, Vətən müharibəsi iştirakçısı Rövşən Babayev "Müzəffər Ordumuz Azərbaycanın suverenliyinin və ərazi bütövlüyünün qarantıdır", baş müəllimi Mətanət Yusifova: "Vətən Müharibəsindəki qələbədə Azərbaycan diplomatiyasının rolu", Tələbə Vətənpərvərlik İnkişafı Mərkəzinin koordinatoru Minayə Hüseynova "Qarabağ torpağının hər bir qarışı şəhidlərimizin müqəddəs qanı ilə yoğrulmuşdur" mövzusunda məruzələrlə çıxış ediblər.
Sonda Zəfər gününə həsr olunan videoçarx nümayiş etdirilib.
Tədbirdən sonra MDU rektoru Ş.Bayramov şəhid ailəsi üzvləri ilə görüşüb.
Qeyd edək ki, Vətən müharibəsində qazanılan tarixi Zəfərin birinci ildönümü münasibətilə MDU-da müxtəlif formatlı silsilə tədbirlər keçirilir.
Mingəçevir Dövlət Universitetində Mingəçevir Dövlət Universitetində Mingəçevir Dövlət Universitetində Mingəçevir Dövlət Universitetində Mingəçevir Dövlət Universitetində Mingəçevir Dövlət Universitetində

Sosial       Tarix: 06 noyabr 2021
f Paylaş

Kurslar.az kurslar [newsid: 0-123300]

Oxşar xəbərlər

Neftin qiyməti 120 dollara yüksələ bilər

Yaxın Şərqdə dəniz gəmiçiliyinə hücumlar artarsa, "Brent" markalı xam neftin bir barelinin qiyməti 120 dollara qədər yüksələ bilər. azərtac-a istinadən xəbər verir ki, bu proqnozla ABŞ-nin qabaqcıl investisiya banklarında

Maaş və pensiyalarla bağlı müjdə: artım olacaq – Konkret tarix bilindi

Dünya bazarlarında "Azeri Light" (CIF) markalı Azərbaycan nefti bahalaşaraq 113 dollar olub. Büdcəyə yenidən baxıla bilərmi? Maaş, pensiya və başqa ödənişlər artacaqmı?. KONKRET.azxəbər verir ki, -a danışan iqtisadç

İlham Mirzəyev danışdı: 'Gücüm yoxdur

Bu gün Mərkəzi Klinikadan evə buraxılan teleaparıcı İlham Mirzəyev səhhəti ilə bağlı açıqlama verib. bildirir ki, bu barədə -a danışan teleaparıcı onunla maraqlanan hər kəsə təşəkkürünü bildirib. "İnanın ki, danışa bilmirəm

Üç övladı olanların nəzərinə: 420 manat ala bilərsiniz

Üç və daha çox övladı olan ailələrin çoxuşaqlı ailə kimi tanınması nəzərdə tutulur. Bununla bağlı təklif irəli sürən Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov bildirib ki, dəyişikli

Bu gün Azərbaycandan Ermənistana dizel yanacağı göndərildi 

Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti tədarük həyata keçirilib. xəbər verir ki, bu gün 5 vaqondan ibarət, çəkisi 355 ton olan buğda, 3 vaqondan ibarət, çəkisi 180 ton olan gübrə və 2 vaqondan ibarət

Qonşu ölkədə benzinin qiyməti ikiqat artırıldı

İran hakimiyyəti subsidiyalara uyğun olmayan benzinin qiymətini ikiqat artırıb. xəbər verir ki, bu barədə İran Neft Nazirliyi məlumat yayıb. "8 sentyabrdan etibarən üçüncü tarif çərçivəsində benzinin hər litrinin qiymət

1100-dən çox işçiyə atalıq məzuniyyəti verilib

Bu ilin əvvəlindən əmək qanunvericiliyinə edilmiş son dəyişikliklərdən biri də uşağının doğulması ilə əlaqədar kişilərə 14 təqvim günü ödənişli məzuniyyətin verilməsidir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə (ƏƏSMN

İnarə Mirhəsənovaya vəzifə verildi

İnarə Mirhəsənova TƏBİB-in icraçı direktorunun müşaviri vəzifəsinə təyin edilib. Bu barədə -a qurumdan məluma verilib. Bildirilib ki, İ.Mirhəsənova Bakı Dövlət Universitetində bakalavr və magistratura təhsilini fərqlənm

Qış gəlməmiş evinizdə bunları yoxlayın – Kommunal xərciniz arta bilər

Payız artıq özünü göstərir. Son iki gündə Bakıda havanın kəskin soyuması, yağış və güclü külək sakinlərə isti günlərin geridə qaldığını xatırladıb. Qarşıdakı həftələrdə havaların daha da soyuması ilə evlərdə kombilərin iş


azerbaycan xeberleri son xeberler yeni xeberler bu gunun xeberleri haqqinda melumat maraqlı xəbərlər son xeber.az xəbərlər