Mingəçevirdə gəncin anasını öldürməsinin təfərrüatı məlum oldu - YENİLƏNİB
Mingəçevirdə gəncin anasını öldürməsinin təfərrüatı məlum oldu - YENİLƏNİB
Qətlə yetirilən qadın oğlu tərəfindən yatmış vəziyyətdə bıçaqlanıb.
Mərhum B.Hacıyevanın anası Bəsti Babayevanın sözlərinə görə, gecə saatlarında nəvəsi 17 yaşlı E.Hacıyev anası Brilyant Hacıyevanı yatarkən öldürüb.
"Hadisədən səhər saatlarında xəbər tutdum. Nəvəmin qətli nədən törətməsindən isə xəbərsizəm. Səhər təxminən saat 8-də qonşunun oğlu qapımızı döydü, dedi qızın oğlu tərəfindən bıçaqlanıb. Soruşdum niyə? Biz evə çatanda meyiti morqa aparmışdılar. Nəvəmin anasına neçə bıçaq vurmasını bilmirəm, amma onu bilirəm ki, anasını yatmış vəziyyətdə bıçaqlayıb".
Qeyd edək ki, E.Hacıyev faktla bağlı prokurorluq və polis əməkdaşları tərəfindən Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.
"Report"un əldə etdiyi məlumata görə, qadının həyat yoldaşı bir neçə il əvvəl dünyasını dəyişib. Ailə üzvləri Ağdam rayonundan məcburi köçkündürlər.
Araşdırmalar davam etdirilir.
09:38
Mingəçevirdə Ağdamın Qiyaslı kənd sakini öldürülüb.
APA-nın məlumatına görə, hadisə gecə saatlarında şəhərin Yeni həyat köçkün qəsəbəsindəki fərdi təsərrüfatlardan birində baş verib.
1974-cü il təvəllüdlü qəsəbə sakini Hacıyeva Brilyant Nizami qızı ürək nahiyəsinə vurulan bıçaq zərbəsindən sonra yerindəcə keçinib.
İlkin məlumata görə, qətli qadının oğlu Elmir Hacıyev qısqanclıq zəminində törədib. Hadisənin səbəbi hələlik tam məlum deyil.
Hadisəni törədən E.Hacıyevin polisə təslim olduğu deyilir.
"Faktla bağlı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, müvafiq ekspertizalar təyin olunub. /oxu.az

Rusiya danışıqlar üçün şərt qoymur - Peskov
Elnarə Xəlilova da iynə ilə arıqlayır
Konqresmen: "Ermənistan və Azərbaycan Trampın prezidentliyinin sonuna qədər sülh müqaviləsi imzalaya bilərlər"
Heyvana işgəncə verənləri hansı cərimə gözləyir? - Məbləğlər açıqlandı
Azərbaycanda "rəqabət xəritəsi" hazırlanacaq, bəzi bazarlarda qaydalar dəyişəcək
ABŞ səfirliyi Azərbaycana təşəkkür etdi
Aşk-ı Memnu'nun aktrisasında xərçəng aşkarlandı - FOTO
Serhat Kılıçın rolu ona verildi - Foto
İsmayıl Kartal öz postunda qaldı
Futboldan ömürlük uzaqlaşdırıldılar
İngiltərə Premyer Liqasında ötən ayın ən yaxşı baş məşqçisi və futbolçusu açıqlanıb
Azərbaycanda bir sıra məhsul və xidmət bazarları rəqabətli modelə keçəcək
Qırmızı Ürəklər Fondunun "Onu Oxut" aksiyası yekunlaşıb