"Minsk Qrupunun iflasa uğramasının başlıca səbəbkarı Fransadır" - Markovdan SƏRT AÇIQLAMA
"Ermənistanın havadarı şəklində qələmə verilməsi Fransanın nüfuzuna xələl gətirir. Bu ölkənin Qarabağ münaqişəsilə bağlı siyasəti radikal səpgidə dəyişdiyi üçün iflasa uğradı".
KONKRET.az xəbər verir ki, bunu rusiyalı politoloq Sergey Markovbu günlərdə Fransada prezidentliyə namizəd Valeri Pekrezin qanunsuz olaraq Xankəndiyə getməsinə münasibət bildirərkən deyib.
"Valeri Pekrez Fransanın erməni diasporunun maliyəsinə göz dikib. Fransa ən antitürk ölkələrdən biridir və onlar islam əleyhdarı seçicilərinin rəğbətini qazanmağa çalışırlar. Bunun üçün fransalı siyasətçilər Türkiyəni və deməli, Azərbaycanı da hədəfə götürməyə səy göstərirlər".
Rusiyalı ekspertin fikrincə, qatı ermənipərəst mövqeyilə seçilən Fransa bu üzdən əvvəllər ATƏT-in Minsk Qrupunun da fəaliyyətinə ziyan vururdu: "ATƏT-in Minsk Qrupu həmsədri olaraq hər hansı nüfuz sahibi olmayan Fransa əslində bu qurumun iflasa uğramasının başlıca təqsirkarıdır. İyirmi il vasitəçi olaraq danışıqlar apardılar və nəticəsi sıfır oldu"./report/
Xidmetler [newsid: 0-123300]

Seymur Cəfərov vəfat etdi
Azercell abunəçilərinə mənzil, avtomobil və iPhone hədiyyə edir
Prezident ona general rütbəsi verdi
Anım Gününə həsr olunmuş qanvermə aksiyası keçirilib - FOTO
Bakcell İçərişəhərin tarixi irsini rəqəmsal texnologiyalarla canlandıracaq
Unibank və FMO əməkdaşlığı bərpa edir: 50 milyon ABŞ dolları kredit sazişi imzalanıb
"Fənərbağça" bu tarixdə Azərbaycana gələcək
"Bütün keçmişimi və pulumu itirdim" - Roberto Karlos
Azərbaycan millisi 16:0 hesabı ilə məğlub oldu
Ukraynanın oyunu azərbaycanlı hakimə tapşırıldı
13 yaşlı oğlan faciəvi şəkildə öldü
Bakıda zibil maşını yaşlı kişini vurub öldürdü
Tehranda yeni savaş: Pezeşkian hədəf alındı – Hərbi çevriliş
Kamran Əliyev Qarabağdakı bərpa işlərindən danışdı