Mirzə Cəlili aldatmışdı, Müşfiq onun evinə pəncərədən girirdi – Komediyanəvisimiz haqda maraqlı faktlar

Mirzə Cəlili aldatmışdı, Müşfiq onun evinə pəncərədən girirdi – Komediyanəvisimiz haqda maraqlı faktlarMirzə Cəlili aldatmışdı, Müşfiq onun evinə pəncərədən girirdi – Komediyanəvisimiz haqda maraqlı faktlar
Bu gün Azərbaycan komediyasının unudulmaz isimlərindən olan yazıçı, dramaturq Sabit Rəhmanın anım günüdür. 26 mart 2020-ci il tarixi yazıçının 110 illik yubileyidir. Kulis.az bu münasibətlə Sabit Rəhman haqqında maraqlı faktları təqdim edir.
Sabit Rəhman 1910-cu ilin 26 martında Şəki şəhərində anadan olub. İlk təhsilini burada aldıqdan sonra Bakıda A.Şaiq adına nümunə məktəbində oxuyub, sonra Bakı Darülmüəlliminə köçürülüb. (1924)
Sabit Rəhmana Hüseyn Cavid, Abdulla Şaiq kimi sənətkarlar dərs deyib. Məktəbi bitirdikdən sonra yenidən Şəkiyə qayıdaraq vaxtilə oxuduğu zəhmət məktəbinə müəllim təyin olunub.
Ədəbi fəaliyyətə 1926-1927-ci illərdə Molla Nəsrəddin jurnalında Şeyx Samit imzası ilə dərc etdiyi felyetonlarla başlayıb.
İlk hekayələr məcmuəsi – "Pozğun" 1931-ci ildə dərc olunub.
Sabit Rəhman ssenarist kimi Azərbaycan komediyasının banisi sayılır. O, dünyaca məşhur "Arşın mal alan", "O olmasın, bu olsun", "Əhməd haradadır?" filmlərinin, "Ulduz" musiqili komediyasının ssenarilərinin, "Yeddi gözəl" baletinin librettosunun müəllifidir. 50-dən çox hekayə, "Vəfasız", "Son faciə", "Arzular" povestlərini, "Nina", "Böyük günlər" romanlarını yazıb.
Mirzə Cəlili aldatmışdı, Müşfiq onun evinə pəncərədən girirdi – Komediyanəvisimiz haqda maraqlı faktlar"Arşın mal alan" filminin kinossenarisini oxuyan Üzeyir bəy Hacıbəyov Sabit Rəhmana deyir:
"Başqası mənim gülüşlərimi hoqqabazlığa çevirə bilərdi, amma sən gülüşlərimə ekran üçün can vermisən".
Sabit Rəhman Mirzə Cəlil haqqında yazdığı xatirəsində qeyd edir ki, onlar Şəkidə olarkən bir gün tanınmış yazıçının Şəkidən keçərək Zaqatalada oxuyan qızının yanına gedəcəyini eşidirlər:
"Maşın keçmiş karvansarayın həyətində dayanan kimi biz tez sərnişinləri gözdən keçirməyə başladıq.
Mən yoldaşlarıma Mirzə Cəlili bir neçə dəfə gördüyümü söyləmişdim. Ancaq əslində mən onun özünü yox şəklini görmüşdüm. Mən girdəüz, şiş bığları yuxarı qaldırılmış bir gənc sifət axtarırdım. ( Cəlil Məmmədquluzadənin təxminən 1910-1911-ci illərdə çəkdirdiyi şəkil belədir) Ancaq belə adam yox idi. Arxada saçlarına dən düşmüş uzunpapaq qoca bir kişi oturmuşdu. Hamı düşdüyü halda bu adam düşmürdü. Mən o adama müraciət edərək soruşdum:
- Bağışlayın, sizinlə gələn sərnişinlərin arasında Cəlil Məmmədquluzadə yoxdur ki?
O adam məni mehriban gözlərlə süzüb, utancaq bir halda dedi:
- Cəlil Məmmədquluzadə mənəm".
Sabit Rəhman Mirzə Cəlilin avtobusdan enmədiyini gördükdə dostları ilə hiyləyə əl atır, avtoğazalın müdirini dilə tutaraq avtobusun xarab olduğunu elan edirlər. Bundan sonra Mirzə Cəlil də çarəsiz avtobusdan düşərək Sabit Rəhmangilə qoşulur.
Mirzə Cəlili aldatmışdı, Müşfiq onun evinə pəncərədən girirdi – Komediyanəvisimiz haqda maraqlı faktlarSabit Rəhman xatirələrindən birində qardaşının onu şilləylə vurmağından danışır. Döyülməsinə səbəb isə, nə qədər qəribə səslənsə də, rus yazıçısı Anton Çexov olub:
"Bir gün qardaşım məktəbdə olduğu zaman yenə öz sevimli işimlə məşğul olmağa başladım və kitablardan birini vərəqləyəndə nə təhər oldusa, çeşməkli və saqqallı bir kişinin şəklinə baxanda qardaşım gəlib çıxdı, şəkli əlimdən aldı və boynumun ardına bir şillə vurdu.
Anam o biri otaqdan:
-Ay balam, o uşağı niyə vurursan? – sualına qardaşım acıqlı-acıqlı cavab verdi:
-Çexovun şəklini cırıb.
Qardaşım məni çox istəyərdi və heç bir zaman döyməzdi. Ona görə də o zaman mən təəccüb eləmişdim ki, bu Çexov nə qiymətli adamdır ki, onun şəklinin üstündə əziz qardaşım mənə əl qaldırdı?"
Mikayıl Müşfiqlə, Rəsul Rza ilə yaxın dost olublar.
Müşfiq barədə yazdığı məqalədə o günləri belə xatırlayır:
"Mikayıl Müşfiqlə biz həm yaxın dost idik, həm də qonşu. Mən Dağlı məhəlləsində yaşadığım müddətdə, demək olar ki, hər gün onunla görüşürdüm. Otağım yolunun üstündə idi. Müşfiq hər səhər qardaşıgildən çıxanda mənim pəncərəmin qabağından keçib gedirdi və təbii ki, pəncərədən otağıma baxmamış olmurdu. Otağımın böyük, barmaqlıqsız bir pəncərəsi vardı, yaz-qış onu həyətdən hərlənib gəlməyə tənbəllik eləyən dostlarım qapı əvəzinə işlədirdilər. Müşfiq də pəncərədən otağıma adlayırdı və biz çox vaxt bir yerdə səhər yeməyi yeyərdik. Müşfiq qardaşıgildə yalnız gecələyərdi.
Mənim dünəndən qalma boyat, yavan çörəyim və dişləmə çayım ona halva kimi şirin gəlirdi. Qarşılıqlı atmacalarla yeyib-içərdik".
Mirzə Cəlili aldatmışdı, Müşfiq onun evinə pəncərədən girirdi – Komediyanəvisimiz haqda maraqlı faktlarŞəki Dram Teatrı S.Rəhmanın adını daşıyır. Bakı və Şəki şəhərlərində onun adına küçə var.
O, bəstəkar Emin Sabitoğlunun atasıdır.
1970-ci ilin 23 sentyabrında teatrda "Küləklər" komediyasının məşqləri gedərkən, özü 60 illik yubileyinə hazırlaşırmış. "Küləklər" komediyasını görmək ona nəsib olmur. Saat 3:15-də vəfat edir. Saatı da həmin dəqiqə dayanır...

Maraqlı       Tarix: 23 sentyabr 2020
f Paylaş

Kurslar.az kurslar [newsid: 0-123300]

Oxşar xəbərlər

İki sifariş edin, bir çatdırılma haqqı ödəyin!

Wolt-un İkili Sifariş yeniliyini sizə təqdim edirik! Artıq sifariş etmək daha asan və daha sərfəlidir. İkili Sifariş ilə iki fərqli məkandan lazım olan hər şeyi bir saat və ya daha az müddətdə qapınıza çatdırırıq. Axşam yeməy

Yerə oxşayan yeni planet aşkarlandı - FOTO

Yerə oxşayan yeni planet aşkarlandı - FOTO. Alimlər bizdən nisbətən yaxın məsafədə - 55 işıq ili məsafəsində yerləşən "SPECULOOS-3b" adlı, ölçülərinə görə Yerə oxşayan daş planet aşkar ediblər. Araşdırma "Natur

Türkiyəli pilotlar möhtəşəm təbiət hadisəsini təyyarədən çəkdilər - FOTO

Türkiyəli pilotlar möhtəşəm təbiət hadisəsini təyyarədən çəkdilər - FOTO. Ötən gecə Günəşdə baş verən böyük partlayışdan sonra ortaya çıxan qütb parıltısı Avropa ölkələri ilə yanaşı Türkiyənin bir sıra bölgələrində də görünüb

Wolt Market fəaliyyətini genişləndirməklə yanaşı sürət, davamlılıq və əlçatanlıq prinsiplərinə sadiqliyini gücləndirir

"Dark store" formatında fəaliyyət göstərən və sürətlə böyüyən onlayn supermarket şəbəkəsi Wolt Market (WM), keçmiş Nəsimi Bazarı ərazisində yeni mağazasının açılışını elan etməkdən məmnunluq duyur. Bu yeni mağaz

ABŞ-də rüsvayçılıqla üzləşən ermənipərəst senator bütün günahı arvadının üzərinə atdı - FOTO

ABŞ-də rüsvayçılıqla üzləşən ermənipərəst senator bütün günahı arvadının üzərinə atdı - FOTO. ABŞ-də rüşvətdə ittiham olunan Nyu-Cersi ştatının ermənipərəst senatoru Bob Menendesin vəkili bütün günahları onun arvadının üzərin

Zaqulbada yerləşən sümük-vərəm xəstəlikləri sanatoriyasından FOTOREPORTAJ

Zaqulbada yerləşən sümük-vərəm xəstəlikləri sanatoriyasından FOTOREPORTAJ. 1911-ci ildə Zaqulbada işləyən ailələrin uşaqları üçün sümük-vərəm xəstəlikləri sanatoriyası açılıb. Belə ki, buranı həmin dövrdə yaşayan professo

Mədəkiçiltmə erasının sonu gəlir: Cərrahi müdaxilə olmadan arıqlamağın yolu tapıldı

Mədəkiçiltmə erasının sonu gəlir: Cərrahi müdaxilə olmadan arıqlamağın yolu tapıldı. Elm adamları mədəyə cərrahi müdaxilə olmadan piylənmə ilə mübarizə aparmağın üsulunu tapıblar. Yeni metod mədənin yuxarı hissəsinin selikl

Günəşdə nəhəng ləkə peyda oldu - FOTO

Günəşdə nəhəng ləkə peyda oldu - FOTO. Günəşdə nəhəng ləkə peyda olub. Bu barədə alimlər xəbərdarlıq ediblər. Bildirilib ki, "AR3664" adlandırılan günəş ləkəsi hazırda o qədər böyüyüb ki, Yerdən 15 dəfə genişdir

Qalkinin keçmiş sevgilisinə dair məlumatlar yayıldı: Puqaçova ərinin kiminlə evlənməsinə "mane olub"? - FOTO

Qalkinin keçmiş sevgilisinə dair məlumatlar yayıldı: Puqaçova ərinin kiminlə evlənməsinə "mane olub"? - FOTO. Məşhur rusiyalı aktyor və yumorist Maksim Qalkinin arvadı Alla Puqaçovadan əvvəl kiminlə sevgili olduğ


azerbaycan xeberleri son xeberler yeni xeberler enson xeberler şou biznes xəbərləri xeberler bugun 2026 valyuta mezennesi banklar