"Misli"nin dəstəyilə Peşəkar İntellekt Liqasının 2025-ci il mövsümü başa çatdı - FOTOLAR
Ölkənin qanuni lotereya təşkilatçısı və idman mərc oyunları operatoru "Azərlotereya"nın "Misli" brendinin dəstəyi, Consensus İntellektual Mərkəzin təşkilatçılığı ilə keçirilən Peşəkar İntellekt Liqasının 2025-ci il mövsümü uğurla yekunlaşıb.
azxeber.com xəbər verir ki, fevral ayında start götürən liqa 10 ay ərzində yüksək rəqabət və intellektual mübarizə ilə yadda qalan turnirlərə ev sahibliyi edib. Mövsüm ərzində ümumilikdə 22 turnir keçirilib və 20-dən artıq müəllifin hazırladığı suallar iştirakçılara təqdim olunub.
Maraqlı və gərgin keçən mövsümün yekununda Peşəkar İntellekt Liqasının qalibi "Interpretes United" komandası olub. "Old School" komandası ikinci, "Kranium" komandası üçüncü yerə layiq görülüb.
Peşəkar İntellekt Liqası çərçivəsində final oyununda "Qış Kuboku" üzrə də yarışlar təşkil olunub. Turnirdə birinci yerin qalibi "Boy"s Division" komandası olub. İkinci və üçüncü yerləri isə "V" və "CMYK" komandaları tutub.
Qalib və mükafatçılar kubok, medal, diplom və dəyərli hədiyyələrlə mükafatlandırılıb.
Qeyd edək ki, Peşəkar İntellekt Liqası artıq üç ildir ki, "Misli"nin dəstəyilə həyata keçirilir. Layihənin əsas məqsədi ana dilli intellektual hərəkatın inkişafına dəstək vermək, gənclərin asudə vaxtını səmərəli təşkil etmək və gələcəkdə intellektual potensiallı kadrların yetişdirilməsinə töhfə verməkdən ibarətdir.
"Misli" gələcəkdə də ölkədə intellektual layihələrin inkişafına və bu istiqamətdə yeni təşəbbüslərin reallaşmasına dəstək göstərməyə davam edəcək.



Tovuzda bir nəfəri öldürən, bir nəfəri isə yaralayan şəxs saxlanılıb - YENİLƏNİB
Maaş və pensiya artımı gözləntisi: 2027-ci ildə əhalini nə gözləyir?
Gürcüstanda saxlanılan İbad Hüseynovdan xəbər var
Prezident İlham Əliyev FIFA U-15 dünya çempionatının və festivalının açılış mərasimini izləyib - FOTOLAR
Millimiz dünya çempionatına qələbə ilə başladı
İki güləşçimiz dünya çempionatının finalında
Nev vəfat etdi
Azərbaycan bizim dəyərli tərəfdaşımızdır – Yaponiya XİN
Dövlət inhisarları rəqabətə açılacaq: Hansı sahələr özəl sektora verilə bilər?
"Qızım babası kimi siyasətçi olacaq
Bakıda kütləvi insidentlə bağlı saxlanılanlar hakim qarşısına çıxarılıb
Azərbaycanın Qazaxıstandakı səfirliyi finala yüksələn güləşçilərimizə uğurlar arzulayıb
Zəfər Partiyası sədrinin müşaviri YAP-ın qonağı oldu
Qubadlı şəhərinin işğaldan azad edilməsindən 6 il ötür