Modest Kolerov: Qriboyedovu seçən, sadəcə, axmaqdır

Modest Kolerov: Qriboyedovu seçən, sadəcə, axmaqdırModest Kolerov: Qriboyedovu seçən, sadəcə, axmaqdır
Dekabrın 2-də Yerevanda nasizm əlaltısı Qareqin Njdenin tərəfdarı "Tseqakron" Partiyasının nümayəndəsi Şaqen Arutyunyan rus diplomat, şair, dramaturq və bəstəkar Aleksandr Qriboyedovun abidəsinə boya töküb.
Media.az xəbər verir ki, bir çox erməni nəşrləri gəncin bu hərəkətini tənqid etsələr də, bununla belə, ona haqq qazandırmağa çalışdı. Guya Qriboyedovun abidəsinə Rusiyanın Armavir bölgəsində Qaregin Njdenin xatirə lövhəsinə münasibətdə eyni hərəkətin edilməsinə cavab olaraq boya tökülüb.
"İnfoteka24" erməni saytı yazır ki, bu növ bir cavab üçün obyekt düzgün seçilməyib – Qriboyedov erməni xalqının dostu olub, məhz onun səyləri nəticəsində ermənilərin ilk repatriasiyası həyata keçirilib və 40 min erməni İrandan "Şərqi Ermənistan"a köçürülüb.
Bəzi Yerevan sakinləri Qriboyedovun abidəsinin təhqir edilməsinin nəticəsinin nə olacağını bilərək abidəni boyadan təmizləməklə vəziyyəti cəld şəkildə düzəltməyə çalışdılar. Bəs bunlar erməni KİV-ə necə düşdü? Onlar sualla çıxış etdilər: Rusiya ictimaiyyəti və hüquq-mühafizə orqanları "erməni nümunəsi"ni (abidənin təmizlənməsi – red.) izləyəcək? Qaregin Njdenin Armavirdəki xatirə lövhəsini bərpa edəcəklər?
Suallar əslində heyrətləndiricidir. Armavirdə nasizm əlaltısının xatirə lövhəsi söküldü, Yerevanda isə ermənilərin əslində dua etməli olduqları rus diplomat və şair Aleksandr Qriboyedovun abidəsi təhqir edildi.
Qeyd etməliyik ki, Qaregin Njde əsl erməni qəhrəmanı olub. O qədər ki, ideologiya ilə sərxoş olan gənc insanlar Qriboyedovun abidəsini təhqir etməyə belə hazırdılar. Kimsə Şaqen Arutyunyanın tövbə edəcəyini düşünürsə, bu böyük səhv olar. O, sadəcə anlamırdı və anlamır ki, hansı abidəni təhqir edib. Əsas odur ki, hansısa rus olsun, vəssalam.
Yeri gəlmişkən Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə birbaşa olaraq Qaregin Njdeni vurğulamaqla nasizm tərəfdarlarının qəhrəmanlaşdırılmasının yolverilməzliyi müzakirələrinin başlamasından sonra Ermənistanda "Sasna Çrer" ümumerməni hərəkatının təşəbbüsü ilə nəşr olunan faşist əlaltısını "Oğulların atalara qarşı mübarizəsi" "əsər"inin təqdimatı oldu.
Ermənistanda indi narahatdırlar ki, erməni aktivistin etdikləri Rusiya KİV-də ermənilərə qarşı materialların dərc olunmasına səbəb olacaq.
"Azərbaycanlı jurnalist bu barədə Zaxarovadan soruşacaq ( Rusiya XİN sözçüsü – red.), o isə bunun "vandalizm aktı" olduğunu söyləyəcək. Bəs elə deyil ki? "Realist" informasiya agentliyinin baş redaktoru Rusiya vətəndaşı Sərkis Çaturyan Qaregin Njdeyə qarşı çıxanlarla bağlı mühakimə tələb edə bilər, digərlərinə qarşı yox? Sərkis Çaturyan faşizm əlaltısının xatirə abidəsinin rənglənməsi vandallıq aktı adlandırır, Yerevanda isə Qriboyedovun abidəsi təhqir olunur.
Rusiyalı ictimai xadimi, tarix elmləri namizədi, "Regnum" agentliyinin baş redaktoru Modest Kolerov Media.Az-a verdiyi müsahibədə qeyd edib ki, Qaregin Njde, ehtimal ki, Serj Sərkisyan (Ermənistanın keçmiş prezidenti) və Baş nazir Nikol Paşinyan arasında konsensusun olduğu bir məqamdır.
Məsələ burasındadır ki, Qaraqin Njdenin Ermənistanın milli qəhrəmanı kimi şöhrətlənməsi məhz Respublika Partiyasının hakimiyyəti dövründə başladı. 2016-cı ilin mayında isə Qaregin Njdeyə abidə qoyuldu.
"Paşinyanın Serj Sərkisyanın irsindən uzaqlaşmaq üçün kifayət qədər şansı vardı. Ancaq o, bunu etmədi. İndi siyasi mübarizə məntiqinə əsasən Qaregin Njde adı ətrafında mübarizənin şiddətlənəcəyini gözləməliyik", - Modest Kolerov bildirib.
Müsahibimizin sözlərinə görə, siyasi nöqteyi nəzərdən Prezident İlham Əliyevin Qaregin Njdeninin təriflənməsini tənqid etmək gedişi uğurlu oldu. Nikol Paşinyan isə Njdenin "ekspromt" müdafiəsindən istifadə etmək istədi. Əgər erməni baş nazir bu məsələyə hazır olsaydı, yaxşı olardı ki, cavab versin, bəlkə də, kontrarqumentlər irəli sürsün. İndi isə şiddətlənmə artmağa davam edəcək.
- Erməni KİV yazır ki, Qriboyedovun abidəsi artıq təmizlənib, indi sıra Rusiyadadır. İrəvanda Qaregin Njdenin Armavirdəki abidəsinin bərpasını gözləyirlər.
- Bu, olmayacaq. Xatirə lövhəsi kilsənin ərazisinə qoyulsa da, faşistlərin və onların yoldaşlarının hərəkətlərini tərifləməyi qadağan edən Rusiyanın mövcud qanunvericiliyinə ziddir.
- Bəs nə üçün təhqir üçün Qriboyedov seçildi?
- Düşünürəm ki, Qriboyedovu seçən, sadəcə, axmaqdır. Çünki Qriboyedov erməni xalqı üçün çox şey edib. /oxu.az

Siyasi       Tarix: 04 dekabr 2019
f Paylaş

Oxşar xəbərlər

Kamran Əliyev: "Vətəndaşların pozulmuş hüquqları bərpa edilir

"Əməkdaşlarımız və digər istintaq orqanları tərəfindən dövlətə vurulmuş ziyanın bərpa edilməsi istiqamətində kifayət qədər iş görülüb". xəbər verir ki, bu sözləri Baş prokuror Kamran Əliyev 1 oktyabr - Azərbayca

Prezident sərəncam imzaladı

Prezident İlham Əliyev Azərbaycan Respublikası Prokurorluğunun əməkdaşlarına ali xüsusi və ali hərbi rütbələrin verilməsi haqqında Sərəncam imzalayıb. xəbər verir ki, sərəncama əsasən, Azərbaycan Respublikası Prokurorluğunu

Britaniya səfiri İran XİN-ə çağırılıb

Britaniyanın İrandakı səfiri Hüqo Şorter İran Xarici İşlər Nazirliyinə çağırılıb. -ın  APA-ya istinadən məlumatına görə, diplomat Britaniya hökumətinin İrana qarşı davamlı destruktiv siyasəti ilə bağlı İranın kəskin etiraz

Prezident və xanımı Bakıda sərgidə

Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva sentyabrın 30-da Bakı Ekspo Mərkəzində keçirilən "ADEX 2026" 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisi və "Securex Caspian" 15-ci Beynəlxal

Rusiyadan Azərbaycanla bağlı arzuolunmaz qərar – 3 ay ərzində…

Rusiyadan Azərbaycan da daxil olmaqla, bir sıra ölkələrə nağd pul çıxarılmasına yeni məhdudiyyət tətbiq edilib. Sənədə əsasən, fiziki şəxslərə Azərbaycan, Tacikistan və Özbəkistana 1 milyon rubldan (təxminən 20 min manat

Tokayevdən Putinlə bağlı SENSASİON AÇIQLAMA: "O, Avropa və dünya üçün..."

Qazaxıstan Prezidenti Kasım Jomart Tokayev Rusiya lideri Vladimir Putinin Avropa və bütün dünya üçün ən məqbul rəhbər olduğunu bildirib. KONKRET.azxəbər verir ki, o, bu barədə Almaniya lideri Fridrix Mərtz ilə keçirdiyi mətbua

Keçmiş kansler Şröderİn Rusiya ilə daha bir bağlılığı üzə çıxdı

Almaniyanın keçmiş kansleri Gerhard Şröder Globus hipermarket şəbəkəsinin Rusiyadakı bölməsində çalışmağa başlayıb. xəbər verir ki, bu barədə RBK rusiyalı "Hiperqlobus" MMC-nin nümayəndəsinə istinadən məlumat verib

Leyla Əliyeva rahibə Petrini ilə görüşdü - FOTOLAR

Sentyabrın 29-da Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Vatikan şəhər-dövlətinin qubernatorluğunun prezidenti, rahibə Raffaella Petrini ilə görüşüb. xəbər verir ki, görüşdə Heydər Əliyev Fondunun Vatikand

Azərbaycan və İordaniya arasında viza rejimi ləğv edilir

Azərbaycan Respublikası və İordaniya Haşimilər Krallığı arasında viza rejimi ləğv edilir. KONKRET.azxəbər verir ki, məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "Azərbaycan Respublikası Hökumət


son xeberler azerbaycan xeberleri yeni xeberler xeber sou biznes valyuta hava proqnozu