Moldova və Latviyanın sabiq prezidentləri dövlət başçısını təbrik etdilər

Moldova və Latviyanın sabiq prezidentləri dövlət başçısını təbrik etdilərMoldova Respublikasının sabiq Prezidenti, Sosialistlər Partiyasının fəxri sədri İqor Dodon Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
KONKRET.az-ın xəbərinə görə, təbrikdə deyilir:
"Hörmətli İlham Heydər oğlu,
Moldova Respublikası Sosialistlər Partiyasının adından və şəxsən öz adımdan doğum gününüz münasibətilə səmimi təbriklərimi qəbul edin.
Siz haqlı olaraq təcrübəli və uzaqgörən siyasi xadim kimi istər həmvətənlərinizin, istərsə də həmkarlarınızın yüksək hörmət və etibarını qazanmısınız. Sizin Azərbaycan xalqı qarşısındakı xidmətləriniz ölçüyəgəlməzdir.
Sizin Azərbaycanın beynəlxalq əlaqələrinin genişləndirilməsi və möhkəmləndirilməsi, ölkənin inkişafı üçün yeni vəzifələrin müəyyənləşdirilməsi istiqamətində səylərinizi alqışlayırıq.
Ölkələrimiz arasındakı dostluq münasibətlərini yüksək qiymətləndirirəm.
Yeni görüşlərə və partiyalararası əməkdaşlığın gücləndirilməsi ilə bağlı səmərəli birgə işin davam etdirilməsinə ümidvaram.
Sizə səmimi-qəlbdən möhkəm cansağlığı, ruh yüksəkliyi, xoşbəxtlik, firavanlıq və yeni uğurlar arzulayıram".
Latviya Respublikasının sabiq Prezidenti Raymonds Veyonis də Prezident İlham Əliyevə məktub göndərib.
KONKRET.az-ın xəbərinə görə, məktubda deyilir:
"Hörmətli cənab Prezident,
Sizi 60 illik yubileyiniz münasibətilə ürəkdən təbrik etməkdən və ən xoş arzularımı çatdırmaqdan məmnunluq duyuram.
Sizə cansağlığı, xoşbəxtlik və fəaliyyətinizdə uğurlar diləyirəm".

Siyasi       Tarix: 27 dekabr 2021
f Paylaş

Oxşar xəbərlər

Leyla Əliyeva daha bir görüş keçirdi - FOTOLAR

Sentyabrın 29-da Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Müqəddəs Arxeologiya üzrə Pontifik Komissiyanın katibi Raffaella Culiani ilə görüş keçirib. xəbər verir ki, Raffaella Culiani görüşdə Azərbaycan nümayənd

Prezidentlə ailəsinin Formula 1-dən - Fotoları

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri Bakı şəhər halqasında Formula 1 Azərbaycan Qran-Prisinin əsas yarışını izləyiblər. Prezident və ailəsinin yarışdan fotolarını təqdi

Siyasi şərhçi: "10 noyabr" Bəyanatının icrasında ciddi problemlər qalırdı

"İkinci Qarabağ müharibəsi nəticəsində  imzalanan 2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanatdan sonra Ermənistanın atdığı addımlar göstərirdi ki, razılaşmaların icrası ilə bağlı ciddi problemlər qalır. Bəyanatı

Vensdən İrana qarşı SƏRT XƏBƏRDARLIQ: "Onlar başa düşürlər ki..."

ABŞ rəsmiləri İranın son addımları və bölgədəki vəziyyətlə bağlı sərt bəyanatlar səsləndiriblər. KONKRET.azxəbər verir ki, ABŞ rəhbərliyindən bildirilib ki, iranlılar öz hərəkətlərində səhvə yol verdiklərini anlayırlar. "Onla

Xankəndidə əsirləri zirzəmiyə saldıran Köçəryan - Özü "KQB podval"ının ən qaranlıq kamerasında – ŞOK DETALLAR

Ermənistanın sabiq prezidenti Robert Köçəryanın saxlanma şəraiti ilə bağlı yeni detallar açıqlanıb.  xəbər verir ki, Ermənistanın "Past" qəzeti Köçəryanın "KQB zirzəmisi" kimi tanınan "İrəvan-Kentron"

"Qısqanclıq kişi ilə qadın arasında olur" - Putin həmin görüşdən danışdı

Rusiya Prezidenti Vladimir Putin ÇXR Sədri Si Cinpinlə ABŞ Prezidenti Donald Trampın Vaşinqtondakı görüşünə qısqanclıqla yanaşmadığını bildirib. TASS-a istinadən xəbər verir ki, Rusiya dövlət başçısı bu cür hisslərin beynəlxal

Əsas maraq Bakı Şəhər Halqasının unikallığına görədir - FIA prezidenti

FIA prezidenti Məhəmməd bin Sulayem Bakı Şəhər Halqasının (BŞH) unikal atmosferindən və fərqli xüsusiyyətlərindən danışıb. Bakı Şəhər Halqasından bildirilib ki, o, Bakıya səfərindən çox məmnun olduğunu söyləyib. "Bak

Mehriban Əliyevadan Anım Günü ilə bağlı paylaşım

Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın sosial şəbəkə hesablarında 27 Sentyabr – Anım Günü ilə bağlı paylaşım edilib. paylaşımı təqdim edir:

Kərki Azərbaycana qaytarılır? - Müzakirələr qızışır

Ermənistanda anklav kəndlərlə bağlı ciddi müzakirələr gedir. KONKRET.azxəbər verir ki, bu sözləri Bakıvaxtı.az-a açıqlamasında Türkiyənin Ərciyəs Universitetinin professoru, ermənişünas alim Qafar Çaxmaqlı deyib. Professo


son xeberler yeni xeberler azerbaycan xeberleri xeberler bugun zelzele futbol xeberleri son xeberler 2026