Monqolustan cəzalandırılacaq - Putini həbs etmədiklərinə görə
Beynəlxalq Cinayət Məhkəməsi (BCM) Rusiya Prezidenti Vladimir Putini həbs etməkdən imtina etdiyinə görə Monqolustanı cəzalandırmaq qərarına gəlib.
KONKRET.az "The Washington Post"a istinadən xəbər verir ki, bu barədə BCM bəyanat yayıb.
Bildirilib ki, üzv dövlətlər qərarları icra etməkdə öhdəlik götürürlər:
"İştirakçı dövlətlər və məhkəmənin yurisdiksiyasını qəbul edənlər, rəsmi statusundan və vətəndaşlığından asılı olmayaraq, BCM-nin orderlərinə tabe olan şəxsləri həbs etmək və təslim etmək öhdəliyinə malikdirlər. Monqolustanın Məhkəmə ilə əməkdaşlıqdan imtinasının ciddiliyini nəzərə alaraq, Palata bu məsələnin İştirakçı Dövlətlərin Assambleyasına göndərilməsini zəruri hesab edib".
Xatırladaq ki, Putin sentyabrın 2-3-də Monqolustanda rəsmi səfərdə olub. O, ölkə rəhbərliyi ilə danışıqlar aparıb, həmçinin Xalxin Qol çayında Sovet və Monqolustan silahlı qüvvələrinin Yaponiya hərbi qüvvələri üzərində birgə qələbəsinin 85-ci ildönümünə həsr olunmuş bayram tədbirlərində iştirak edib.
Məlik,
KONKRET.az

İki gündür axtarılan 12 yaşlı qız tapıldı
Ombudsman Səbinə Əliyeva Fəxri xiyabanı ziyarət edib
Dövlət Ehtiyatları Agentliyinə sədr təyin edildi - SƏRƏNCAM
Cəmi 3 il evli qala bildilər
Bu qış hansı geyimlər dəbdə olacaq? – 2026-2027-ci ilin əsas trendləri
Gəncədə 34 yaşlı kişi bıçaqlandı
Azercell-in "Oflayn Qadınlar" layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
Azərbaycana qarşı çağırışlar səsləndirən 14 İran vətəndaşı 'arzuolunmaz şəxs' elan edildi - Siyahı
Bərdədə qadın evində ölü tapıldı
Paşinyanın 2027–2028-ci il planı: Moskva ilə münasibətlər pisləşəcək
Bank kartından istifadə edənlərə XƏBƏRDARLIQ
İham Əliyev İliyana Yotovanı təbrik etdi
Bank of Baku-nun növbəti maliyyə savadlılığı tədbiri Şirvanda baş tutub