Moody's Azərbaycan Beynəlxalq Bankının reytinq proqnozunu stabil qiymətləndirdi

Moody's Azərbaycan Beynəlxalq Bankının reytinq proqnozunu stabil qiymətləndirdiCOVID-19 pandemiyası və neftin qiymətinin ucuzlaşması ilə bağlı yaranmış yeni sosial-iqtisadi reallıqlar şəraitində Moodys Beynəlxalq Reytinq Agentliyi Azərbaycanın bank sektoru ilə bağlı təhlillər aparıb. Sektordakı vəziyyət, perspektivlər, mümkün risklər qiymətləndirilib. Bu təhlillər çərçivəsində ölkənin bank sektorunda əhəmiyyətli mövqeyə malik Azərbaycan Beynəlxalq Bankının bəzi reytinqlərinə də yenidən baxılıb. 
Agentlik Bankın kredit ödəmə qabiliyyəti reytinqini (Baseline Credit Assessment), eləcə də yerli və xarici valyutada uzunmüddətli depozit reytinqini stabil qiymətləndirib. Yerli və xarici valyutada depozitlər üzrə həm uzunmüddətli, həm də qısamüddətli Qarşı Tərəfin Risk Reytinqi (CRRs) və Qarşı Tərəfin Risk Qiymətləndirməsi (CR) isə NP səviyyəsində qərarlaşıb.
Moodys Azərbaycan Beynəlxalq Bankının kapitalının adekvatlığı əmsalının 2019-cu ilin sonuna 33,1% səviyyəsində  olduğunu diqqətə çatdırır. Müəyyən edilmiş normadan təxminən üç dəfə yüksək olan bu göstəricinin bank üçün kifayət qədər güclü təhlükəsizlik mövqeyi yaratdığı bildirilir. Hesab edilir ki, Azərbaycan Beynəlxalq Bankının maliyyə vəziyyəti, kapital mövqeyi hər hansı neqativ təsirlərə qarşı onun dayanıqlığını təmin edəcək.
Agentlik ekspertlərinin rəyinə görə, Azərbaycan Beynəlxalq Bankına qoyulmuş depozitlərə dövlət dəstəyi bundan sonra da davam etdiriləcək. Bu, həm də bankın irimiqyaslı və aparıcı bank olması, sistem əhəmiyyəti daşıması ilə bağlıdır.
Moodys-in rəyində o da göstərilir ki, indiki şəraitdə Azərbaycan Beynəlxalq Bankının idarə olunması vəziyyəti, bankda tətbiq edilən korporativ idarəetmə qaydaları ilə bağlı agentliyin hər hansı narahatlığı yoxdur.
Müasir dövlət bankı olan Azərbaycan Beynəlxalq Bankının məhsul və xidmətləri barədə məlumatları bankın 37 filial və 39 şöbəsindən, www.ibar.az internet səhifəsindən, 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar. /news.milli.az

İqtisadiyyat       Tarix: 31 mart 2020
f Paylaş

Oxşar xəbərlər

PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır

Azərbaycanda yeni enerji saxlama layihəsi PAŞA Bankın maliyyə dəstəyi ilə reallaşacaq. Ümumi dəyəri 58,6 milyon ABŞ dolları olan layihənin maliyyələşdirilməsi üçün Bank 40 milyon ABŞ dolları ayıracaq. Layihə üzrə sazişi

Süni intellekt sahibkara kredit təklif edir: Mikro bankçılığın gələcəyi necə dəyişir?

Kapital Bank-ın Mikro Biznes departamentinin direktoru Bəxtiyar Rəsulov müsahibə verib. həmin müsahibəni təqdim edir:. Mikro sahibkarlıq iqtisadiyyatın mühüm hərəkətverici qüvvələrindən biridir. Bu sahədə fəaliyyət göstərə

Bütün sosial ödənişlər bu tarixdə yekunlaşdırılacaq

Dövlət Sosial Müdafiə Fondu tərəfindən bütün müavinət, təqaüd, kompensasiya və ünvanlı dövlət sosial yardımların oktyabrın 23-də ödənilməsi nəzərdə tutulub. Bu barədə -a DSMF-dən məlumat verilib. Bildirilib ki, bununla d

Azərbaycanda gələn il bütün şəhər və rayonlar dövlət büdcəsindən vəsait almayacaq

Gələn il Azərbaycanda 67 şəhər və rayonun hamısı öz xərclərini ödəyə biləcək. "Report"a istinadən xəbər verir ki, bu, "2027-ci il dövlət büdcəsi haqqında" qanun layihəsində öz əksini tapıb. Xatırlada

"Crystal Group of Companies" ASC vergi borcu ilə bağlı yayılan iddialara aydınlıq gətirdi

Son günlər bəzi media resurslarında "Crystal Group of Companies" ASC-nin külli miqdarda vergi borcunun olması ilə bağlı həqiqətə uyğun olmayan məlumatların yayılması şirkətin etirazına səbəb olub. "Crysta

Qızıl ucuzlaşdı - Yeni qiymətlər

Qızıl bazarında qiymət dəyişikliyi müşahidə edilib. . Bir sıra əyarlı qızılların qiymətində kəskin ucuzlaşma baş verib. Ucuzlaşmanın qeydə alındığı qızıl növlərinin yeni qiymətlərini təqdim edirik:. 583 əyar: 125 AZN-də

Azərbaycanın beynəlxalq sanksiya siyahısı yenilənib

Azərbaycanın beynəlxalq sanksiya siyahısına yeni dəyişikliklər edilib. bu barədə Maliyyə Monitorinqi Xidmətinə istinadən xəbər verir. Məlumata görə, dəyişiklik "Hədəfli maliyyə sanksiyaları haqqında" qanunun 5.2-c

Azərbaycanda kirayə mənzil mexanizmi üzrə qaydalar dəyişdi

Azərbaycan kirayə mənzil mexanizminin daha əlçatan olması, bu sosial layihədən mənzilə ehtiyacı olan daha çox vətəndaş faydalanması, iş proseslərinin daha da şəffaflaşdırılması, eləcə də sui-istifadə hallarının qarşısını

Biləcəridə yeni 2 otaqlı st. mənzillər satışda – 50,16 kv.m-dən başlayan təkliflər

"Kristal"ın Avtovağzalmetro stansiyasının yaxınlığında yerləşən Biləcəri Yaşayış Kompleksində yeni2 otaqlı studiya mənzillərin satışına başlanılıb. Sahəsi 50,16 kv.m-dənbaşlayan mənzillər tikinti mərhələsində, sərfəl


yeni xeberler son xeberler azerbaycan xeberleri son.xeber xəbər.az cəbhədən son məlumatlar sonxeberler