Moskva-Paris-İrəvan TRİOSUNA Bakı ŞİLLƏSİ - ŞƏRH

Moskva-Paris-İrəvan TRİOSUNA Bakı ŞİLLƏSİ - ŞƏRH"Qarabağda yaşayan ermənilərlə danışmağa hazırıq, amma Moskvanın göndərdiyi, ciblərində rus xalqından oğurladığı milyardlarla pula sahib Vardanyan kimi insanlarla yox. O, Moskvadan oraya çox aydın gündəliklə göndərilib".
KONKRET.azxəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Avropa İttifaqının Şərq Tərəfdaşlığı üzrə xüsusi elçisi Dirk Şuebelin rəhbərlik etdiyi, Avropa İttifaqının və bir sıra üzv ölkələrin Şərq Tərəfdaşlığı üzrə məsul şəxslərinin daxil olduğu nümayəndə heyətini qəbul edərkən deyib.
Ölkə başçısının çıxışının bu hissəsində Cənubi Qafqaz və Qarabağdakı mövcud vəziyyət, qondarma rejimdəki ermənilərin taleyi, oliqarx separatçı Vardanyanın kim tərəfindən və niyə göndərildiyi, Azərbaycanın gələcək addımları barədə konkret ipucları var:
– Bakının Qarabağda yaşayan ermənilərlə danışmağa hazır olması Qarabağdakı erməni icmasının İrəvan-Bakı sülh danışıqlarında tərəf kimi təmsil olunması demək deyil. Yəni Azərbaycan özünün erməni vətəndaşlarının şikayət və xahişlərini dinləməyə, hər bir ölkə sakini kimi onların da rifah şəraitini yaxşılaşdırmağa hazırdır. Burada söhbət Qarabağdakı ermənilərin Azərbaycan cəmiyyətinin bir parçasına çevrilməsindən də gedir. Çünki rusiyalı sülhməramlılar reinteqrasiya prosesini yubatmaqla məşğuldur. Halbuki onların ilk vəzifəsi separatçıların tərkisilahı idisə, ikinci işləri erməniləri Azərbaycan cəmiyyətinə hazırlamaqdır.
– Prezidentin yuxarıdakı çıxışının birinci cümləsinin ikinci hissəsində qeyd olunur ki, Bakı Moskvanın Qarabağa yolladığı oliqarxla dialoqa girməyəcək. Bu hissədə Vardanyanın rus xalqından oğurladığı pullarla varlandığı qeyd olunub. Yəni Putin hansısa erməninin varlanmasına sadə rusların daha yaxşı yaşamasından çox şərait yaradır.
– İkinci cümlədə Prezident Vardanyanın Qarabağa Moskva gündəliyi ilə gəldiyini qeyd edib. Bu isə Kremlin bütün planlarını bildiyimiz anlamı verir:
1. Vardanyan Qarabağa gələndən sonra Fransa senatı bədnam "qətnamə" ilə söyülməyə başladı;
2. Vardanyan Qarabağa gələndən sonra Xankədidə "referendum" sədaları duyulmağa başladı;
3. Vardanyan Qarabağa gələndən sonra sülhməramlılar doğum evi funksiyasını daşıdı;
4. Vardanyan Qarabağa gələndən sonra Putin Valday və Soçidə Arayik Arutyunyan kimi danışdı;
• Vardanyanın Qarabağdakı missiyası sülhməramlı missiya ilə bənzəyir. Belə ki, beynəlxalq hüquqla Vardanyan cinayətkar, Kreml-İrəvan təfəkküründə isə "arsax hökuməti"dir. Sülhməramlı missiya sənəddə separatçılığı tərkisilah etməliykən, reallıqda qondarma rejimə dəstək olur. Hər ikisinin missiyası Rusiyanın Qarabağdakı daimi mövcudluğunu təmin etməkdir.
Fransa niyə Rusiya ilə əlbirdir?
23 iyun 2016-cı il tarixdə keçirilmiş referendumla Britaniya Avropa İttifaqından ayrılmağa qərar verib. Çoxdankı anqlosaks planı bu tarixdən icra olunmağa başladı. ABŞ Rusiyanın Avropa ilə əlaqələrini kəsmək, Britaniya isə köhnə qitədə artan Fransa-Almaniya dominantlığını axsatmaq istəyirdi. Hər iki planın eyni vaxtda reallaşması üçün 2019-cu ildə Zelenski Ukrayna Prezidenti oldu və Kiyev-Kreml münasibətləri daha çox gərginləşdi.
– Hazırda davam edən Rusiya-Ukrayna savaşı bütün Avropanın işğalçıya qarşı sanksiya tətbiq etməsi, bununla da qarşılıqlı böhranın qaçılmazlaşmasına gətirdi. Rusiyanın məğlubiyyəti Polşadan Qara dənizə kimi yeni blokun yaranması və Kremlin Avropanın qərbi ilə əlaqələrinin kəsilməsidir. Nəticədə Fransa zəifləyir, Rusiya isə parçalanır.
Ona görə də Paris Rusiya və İranla birgə Cənubi Qafqazda yeni münaqişə ocağı yaratmaq istəyir ki, Ağ Ev-London ssenarisinin ikinci səhifəsini cırmaqla birinci səhifədə start verilən planların qarşısını alsınlar. Birinci səhifə Fransa ilə Rusiya arasında Polşa-Ukrayna səddinin çəkilməsidir. İkinci səhifə Rusiyanın cənubundakı bütün ölkələrin NATO üzvü olmasıdır. İkinci səhifə həm də Böyük Türküstan kitabına çevrilə bilər.
Anar Rəhimov,
KONKRET.az

Siyasi       Tarix: 17 noyabr 2022
f Paylaş

Oxşar xəbərlər

Ceyhun Bayramov ABŞ şirkətlərinin nümayəndələrinə Azərbaycan-ABŞ tərəfdaşlığından danışıb

Xarici işlər naziri Ceyhun Bayramov Nyu-Yorkda BMT Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində ABŞ Ticarət Palatasının əsas korporativ rəhbərləri və aparıcı ABŞ şirkətlərinin nümayəndələri ilə keçirilən İcraçı Dəyirm

Prezidentdən xüsusi sərhəd mesajı: onlarla ölkə prosesə qoşulacaq

Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) təşkilatçılığı ilə "Qlobal təhlükəsizlik arxitekturasında yeni çağırışlar və terrorçuluğa qarşı effektiv əməkdaşlıq mexanizmlərinin formalaşdırılması"

Həsən Həsənov: "Ad çəkilir, amma konkret mənbə göstərilmir

"Ermənilər bizə qarşı bir söz deyəndə mənbə adı çəkmirlər". xəbər verir ki, bu sözləri Azərbaycan Respublikası Media və Yayım Şurasının təşkilatçılığı ilə keçirilən "Qafqaz Albaniyasının irsinə tarixi baxış"

Əli Əsədov iclas keçirir

Nazirlər Kabinetində Baş nazir Əli Əsədovun sədrliyi ilə iclas keçirilir. Trend-ə istinadən xəbər verir ki, iclasda 2027-ci ilin dövlət büdcəsi və onunla əlaqəli sənədlər müzakirəyə çıxarılıb. Baş nazir bildirib ki, Preziden

ABŞ ilə İran arasında nə zaman saziş əldə olunacaq? - Tramp açıqladı

ABŞ Prezidenti Donald Tramp noyabr ayında keçiriləcək aralıq seçkisindən sonra İranla sazişin əldə oluna biləcəyini bəyan edib. xəbər verir ki, bu barədə "Kommersant" nəşri məlumat yayıb. O bildirib ki, İran hökumət

27 Sentyabr: Zəfərə aparan yolun başlanğıcı

Ermənilərin xalqımıza qarşı düşmənçilik siyasəti 200 ildən artıq bir zaman kəsiyində – çar Rusiyası zamanı əzəli Azərbaycan torpağı Qarabağa köçürüldükləri vaxtdan başlayaraq bu günə qədər davam edir. Məskunlaşdıqları il

Ermənistan xarici kəşfiyyatının rəhbəri Bakıdadır

Ermənistan Xarici Kəşfiyyat Xidmətinin rəhbəri Kristine Qriqoryan IV Bakı Təhlükəsizlik Forumunda iştirak edir. APA-ya istinadla xəbər verir ki, bu barədə Ermənistan mediası yazıb. Kristine Qriqoryanın bu axşam Ermənistan

İlham Əliyev Qazaxıstan Prezidentinə BAŞSAĞLIĞI VERDİ

Azərbaycan Prezidenti İlham Əliyev Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevə başsağlığı verib. xəbər verir ki, başsağlığı mətnində deyilir:. "Hörmətli Kasım-Jomart Kemeleviç,. Manqistau vilayətində keçirilən hərb

Siyasi şərhçi: "10 noyabr" Bəyanatının icrasında ciddi problemlər qalırdı

"İkinci Qarabağ müharibəsi nəticəsində  imzalanan 2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanatdan sonra Ermənistanın atdığı addımlar göstərirdi ki, razılaşmaların icrası ilə bağlı ciddi problemlər qalır. Bəyanatı


azerbaycan xeberleri yeni xeberler son xeberler cəbhədən xəbərlər qarabag krminal bu gun xeberler az