Moskva sizi Yeni il möcüzələri dünyasına səyahətə dəvət edir

Moskva sizi Yeni il möcüzələri dünyasına səyahətə dəvət edir2025-cü il dekabrın 12-dən 2026-cü il yanvarın 11-dək Moskva şəhərində "Milad bayramına səyahət" adlı ənənəvi festival keçiriləcək. Bu günlərdə Rusiya paytaxtı yenidən ənənələrin, sevimli nağılların və bayram sürprizlərinin canlandığı böyük qış səhnəsinə çevriləcək.
azxeber.com xəbər verir ki, "Moskvada qış" layihəsinin bir hissəsi olacaq festival bir ay ərzində Moskvanı qışın əsas bayramının sehrli atmosferinə qərq edəcək. Hazırlanan un məmulatlarının ətri, küçələri bəzəyəcək işıqların parıltısı paytaxtın hər rayonunu müxtəlif ölkələrdən gələn qonaqlar üçün özəl bayram hekayəsinə çevirəcək.
Manej meydanı bu il hər kəsi "Yeni il ağacı oyuncaqlarının şəhəri" ilə heyrətləndirəcək. Burada XX əsrin əvvəllərinin pambıq oyuncaqlarının estetikasından ilhamlanaraq hazırlanmış qeyri-adi yarmarka təşkil ediləcək. Yarmarkada təkcə Yeni ilin əsas qəhrəmanları - Şaxta Baba və Qar qızı deyil, həm də onlarla digər vintaj nağıl personajlarını görə bilcəksiniz. Hər kəs sanki köhnə Yeni il sandığından yenicə çıxarılmış dekorasiyalarla şəkillər çəkdirə, nağıl süjetli qısa tamaşalarda iştirak edə, sovet dövründə keçirilən Yeni il bayramlarının ənənəvi yeməklərini dada biləcək.
Tver meydanında qonaqları Moskvaya həsr olunmuş dekorasiyalar gözləyir. Burada yerli sənətkarlar tərəfindən düzəldilmiş səkkiz metrlik Yeni il ağacı ucalır. Ağac əl ilə çəkilmiş naxışları olan 90 və 70 sm ölçüsündə kürələr, həmçinin 70 sm uzunluğunda nəhəng qızılı sırsıralarla bəzədilib. Böyük Teatrın, Xalq təsərrüfatı nailiyyətləri sərgisinin pavilyonlarının və Kreml qüllələrinin siluetləri isə sadəcə bayram instalyasiyaları kimi görünmür, şəhərin canlı tarixini əks etdirir. Zərif qızılı işıqlanması olan bu miniatür memarlıq simvolları əsl Yeni il sehrinin atmosferini yaradacaq və Moskvaya təkcə turist kimi ilə baxmağa deyil, həm də özünüzü böyük və bayram əhvali-ruhiyyəli meqapolisin bir hissəsi kimi hiss etməyə imkan verəcək.
Bayram günlərində paytaxtın əsas görməli yerlərindən biri olacaq Manej meydanında hündürlüyü 22 metr olan təbii küknar ağacı (hündürlüyünə görə yalnız Kreml küknarından geri qalır) quraşdırılıb. Bu il ağac qədim rus oyuncaqlarının üslubunda bəzədilib. Bunun üçün on mindən çox oyuncaqdan və beş kilometr uzunluğunda işıqlardan istifadə olunub. Sənətkarlar Moskva rəssamlarının eksklüziv eskizləri əsasında yüzlərlə rəngli kürələr hazırlayıblar. Kürələrin üzərində Milad süjetləri, nağıl personajları və bayram şənliklərinin səhnələri canlanır. Kompozisiyanı ipək bayraqlar, qızılı və gümüşü sırsıralar, pambıqdan hazırlanmış insan fiqurları, gözəl kostyumlu qırmızıyanaq gəlinciklər tamamlayır. Bütün bunlar küknarı sehrli bayramın əsl canlı illüstrasiyasına çevirir.
Festivalın gənc ziyarətçiləri metal bəzəklərin döyülməsindən şüşə stəkanların naxışlarla bəzədilməsi, şamların və sovet Yeni il ağacı oyuncaqlarının hazırlanmasına qədər çoxsaylı master-klaslarda iştirak edə biləcəklər. Kiçik qonaqlar üçün Yeni il kulinariya studiyaları fəaliyyət göstərəcək. Məşhur Rusiya nağıllarının motivləri əsasında səhnələşdirilmiş çoxsaylı teatr tamaşaları qonaqları heyrətləndirəcək. Aktiv istirahət həvəskarlarını idman meydançaları, körlinq məktəbi və "Qu gölü", "Ağbəniz", "12 ay" və digər qış nağılları əsasında 170-dən çox bayram buz şousu gözləyir. "Arzulanan hədiyyənin arxasınca səyahət" kvesti isə qonaqları Rusiyanın müxtəlif bölgələrinin ənənələri ilə tanış edəcək. Kvestin iştirakçıları səyahətçi pasportunda möhürlər toplayacaq və onları hədiyyələrə dəyişə biləcəklər.
Buradan heç kim xoş təəssüratsız, suvenirsiz və yeni qastronomik təcrübə yaşamadan getməyəcək. Festival Moskvanın bayram məkanlarını birləşdirəcək: Tver bulvarında və Mərkəzi Moskva Univermağının yaxınlığında özəl Yeni il ağacı sərgiləri, həmçinin keramik məmulatlar, müəllif suvenirlər, ətirli çaylar və rus mətbəxinin yeməklərini tapa biləcəyiniz yarmarkalar. Festivalın qastronomik müxtəlifliyi ənənəvi rus yeməkləri və təzə hazırlanmış un məmulatları ilə yanaşı, müəllif delikatesləri, ətirli içkiləri və xüsusi qril menyusu ilə heyranlıq doğuracaq. "Xeyirxah Yeni il ağacı" adlı xeyriyyə aksiyası dəstəyə xüsusilə ehtiyacı olanların Yeni il arzularını gerçəkləşdirməyə kömək edəcək. Bunun üçün bayram Yeni il ağaclarından birində istəyi seçmək və QR-kodu skan etmək kifayətdir.
"Milad bayramına səyahət" festivalı paytaxtın hər yaşdan olan sakinləri və qonaqları üçün ənənələri, müasir mədəniyyəti və Yeni il möcüzəsinin atmosferini özündə birləşdirən "Moskvada qış" layihəsinin əsas hadisəsi olacaq. Ecazkar festival, ailəvi səfərlər və ya tək səyahət üçün əla istiqamət olacaq və Azərbaycandan gələn bütün qonaqlara unudulmaz təəssüratlar bəxş edəcək.

İqtisadiyyat       Tarix: 13 dekabr 2025
f Paylaş

Oxşar xəbərlər

Birbank-dan "Yığ və qazan" lotereyası: 507 qalib pul mükafatı qazanacaq

Birbank Yığım hesabı olan müştəriləri üçün "Yığ və qazan" lotereyasına start verir. 8 oktyabr 2026-cı il 8 yanvar 2027-ci il tarixlərini əhatə edən lotereya çərçivəsində 3 tiraj üzrə ümumilikdə 507 qalib müəyyə

Sahibkarlara 100 000 manatadək mikrokredit və 12 ay güzəşt müddəti

Yeni avadanlıq almaq, anbarı doldurmaq, ikinci filial açmaq və ya sadəcə dövriyyəni gücləndirmək istəyirsiniz? Yelo Bank bu planların hamısı üçün sahibkarlara əlverişli mikrokredit təklif edir. xəbər verir ki, sahibkarla

Süni intellekt sahibkara kredit təklif edir: Mikro bankçılığın gələcəyi necə dəyişir?

Kapital Bank-ın Mikro Biznes departamentinin direktoru Bəxtiyar Rəsulov müsahibə verib. həmin müsahibəni təqdim edir:. Mikro sahibkarlıq iqtisadiyyatın mühüm hərəkətverici qüvvələrindən biridir. Bu sahədə fəaliyyət göstərə

Qızıl və gümüş ucuzlaşdı

Nyu-York birjasında qızıl və gümüşün qiyməti azalıb. COMEX əmtəə birjasında qızıl fyuçerslərinin dəyəri 1.24% azalaraq 4.010 ABŞ dollarına bərabər olub. COMEX-də gümüşün unsiya üzrə fyuçersləri isə 1.90% ucuzlaşaraq 53.9

Yelo App-də avto-ödəniş funksiyası istifadəyə verildi

"Sonra ödəyərəm". Hamımız ömrümüzdə bir dəfə də olsa bunu demişik. Sonra isə ya unutmuşuq, ya da son günün tələskənliyinə düşmüşük. Yelo App-də avto-ödəniş funksiyası ilə bu vərdiş artıq keçmişdə qalır! Yeni imka

PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır

Azərbaycanda yeni enerji saxlama layihəsi PAŞA Bankın maliyyə dəstəyi ilə reallaşacaq. Ümumi dəyəri 58,6 milyon ABŞ dolları olan layihənin maliyyələşdirilməsi üçün Bank 40 milyon ABŞ dolları ayıracaq. Layihə üzrə sazişi

Qışda bu məhsullar bahalaşa bilər – İqtisadçıdan xəbərdarlıq

Havaların soyuması və qış mövsümünün yaxınlaşması ilə ərzaq bazarında bəzi məhsulların qiymətində dəyişikliklər gözlənilə bilər. Xüsusilə mövsümi meyvə-tərəvəz, süd məhsulları və ət bazarında mümkün qiymət artımları istehlakçılar

Azərbaycanda turistlər ən çox bu bölgələrə üz tuturlar

Azərbaycanda turizm sektorunun inkişafı və regionlara turist axınının artırılması ölkə iqtisadiyyatının şaxələndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Son illərdə həm yerli, həm də xarici turistlərin paytaxtla yanaşı

2027-ci il dövlət büdcəsi haqqında' qanun layihəsi Milli Məclisə daxil olub

"2027-ci il dövlət büdcəsi haqqında" qanun layihəsi Milli Məclisə daxil olub. xəbər verir ki, gələn il büdcənin gəlirləri 39 milyard 254 milyon manat, xərcləri isə 42 milyard 400 milyon manat (o cümlədən mərkəzləşdirilmi


yeni xeberler azerbaycan xeberleri son xeberler meherremlik 2026 cəbhədən son məlumat krimnal bugun sonxabar