MSK Fərəc Quliyevin namizədliyinin ləğv edilib-edilməməsilə bağlı qərar verəcək - RƏSMİ
MSK Fərəc Quliyevin namizədliyinin ləğv edilib-edilməməsilə bağlı qərar verəcək - RƏSMİ
31 saylı Suraxanı İkinci Seçki Dairəsindən deputatlığa namizəd, Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyevlə bağlı şikayətə hazırda Mərkəzi Seçki Komissiyasının Ekspert qrupu tərəfindən baxılır.
Bunu APA-ya açıqlamasında MSK sədrinin müavini Rövzət Qasımov bildirib.
R.Qasımov deyib ki, indiyə qədər MSK tarixində rüşvətlə bağlı məsələnin olmasını xatırlamır:
"Ekspert qrupu nə zaman məsələnin müzakirəyə çıxarılmasını təklif etsə, MSK qanunvericiliyin tələbinə uyğun vaxtda məsələyə baxacaq və qərar verəcək".
R.Qasımov onu da qeyd edib ki, Fərəc Quliyevin namizədliyinin ləğv edilib-edilməməsinə də MSK qərar verəcək.
Qeyd edək ki, iki gün əvvəl 31 saylı Suraxanı İkinci Seçki Dairəsindən deputatlığa namizəd Mehman Hüseynov sosial şəbəkələrdə həmin dairədən deputatlığa namizəd olan F.Quliyevlə danışığının səs yazısını yayıb. Səs yazısında F.Quliyevin Mehman Hüseynova 10-15 min manat pul təklifi əksini tapıb. F.Quliyev isə sonradan məsələyə münasibət bildirərək həmin pulu M.Hüseynovun müalicəsi üçün təklif etdiyini, M.Hüseynovun danışığın səs yazısını montaj edərək yaydığını bildirib.
M.Hüseynov bununla əlaqədar MSK-ya müraciət edib. /oxu.az

Bu şəxslərdə yuxu çatışmazlığı təhlükəli nəticələrə səbəb ola bilər
Kürdəmirdə toyda kütləvi zəhərlənmə oldu
ASELSAN' Naxçıvanda zavod yaradacaq
İlham Əliyev "ADEX 2026" və "Securex Caspian" sərgiləri ilə tanış olub - FOTOLAR
Milli Məclis Anım Günü ilə bağlı Bəyanat qəbul etdi
Messinin vida matçının tarixi açıqlandı
Prezident və xanımı Bakıda sərgidə
İspaniyanın ən yüksək maaş alan idmançısı
Bakıda dəhşət: Dörd uşaq anası boğularaq öldürüldü, əri şübhəli bilinir
Fatih Terim "Barselona" ilə matçda texniki müşahidəçi olacaq
Ronaldo millinin düşərgəsini tərk edib
Pensiyaya çıxanlara birdəfəlik pul veriləcək – Kimlərə şamil olunur?
Paytaxtın bu ərazisində ev almaq istəyənlər üçün yeni imkan: illik 8%-dən başlayan güzəştli kredit
Yük maşını aşdı, yol bağlandı