MSK YAP-ın və digər 5 partiyanın səlahiyyətli nümayəndələrini qeydə aldı
Mərkəzi Seçki Komissiyasınınbu gün keçirilən iclasında Yeni Azərbaycan Partiyasının (YAP) 2024-cü il sentyabrın 1-nə təyin edilmiş Milli Məclisə növbədənkənar seçkilərdə səlahiyyətli nümayəndələrinin qeydə alınması ilə bağlı müraciətlərinə baxılıb.
KONKRET.az xəbər verir ki, məsələ barədə MSK katibi Arifə Muxtarova məlumat verib.
Daha sonra YAP-ın 77 səlahiyyətli nümayəndəsi və 1 maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndəsi qeydə alınıb.
Eyni zamanda iclasda Ümid Partiyasının, Böyük Qurtuluş Partiyasının, Demokratik İslahatlar Partiyasının, Ana Vətən Partiyasının və Klassik Xalq Cəbhəsi Partiyasının Milli Məclisə növbədənkənar seçkilərdə səlahiyyətli nümayəndələrinin qeydə alınması ilə bağlı müraciətlərinə baxılıb. Məsələ səsverməyə çıxarılaraq qəbul edilib.
Qeyd edək ki, Prezident İlham Əliyev iyunun 28-də VI çağırış Milli Məclisin buraxılması və Milli Məclisə növbədənkənar seçkilərin təyin edilməsi haqqında Sərəncam imzalayıb. Sərəncamla altıncı çağırış Milli Məclis buraxılıb və sentyabrın 1-nə növbədənkənar seçkilər təyin edilib.

İki gündür axtarılan 12 yaşlı qız tapıldı
Paşinyanın 2027–2028-ci il planı: Moskva ilə münasibətlər pisləşəcək
Dövlət Ehtiyatları Agentliyinə sədr təyin edildi - SƏRƏNCAM
ABŞ-ın İrana qarşı düşmənçiliyi dəyişməyəcək - Xamenei
Asiyada ikinci NATO yaratmaq istəyirlər - Lavrov
Hüseynəli xanı Əfşar kimi təqdim etdilər - İran səfirliyinin kobud səhvi
Prezident İlham Əliyev Panama Prezidentini təbrik etdi
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Metro istifadəçilərinə SEVİNDİRİCİ XƏBƏR - Bu stansiya 2027-ci ildə açılır
Sumqayıtda iki avtomobil toqquşdu: Xəsarət alanlar var
İlyas Yalçıntaş sərbəst buraxıldı
Metro və avtobusa tək ödəniş - Sistem nə vaxtdan işə düşüəcək?
Masallıda itkin düşən şəxs Bakıda tapıldı
Estoniyanın XİN başçısı noyabrın sonunda Azərbaycana səfər edəcək