Mübariz Mənsimov məhkəmədə: çox gizlinlər üzə çıxacaq

Mübariz Mənsimov məhkəmədə: çox gizlinlər üzə çıxacaq"Fətullahçı Terror Təşkilatına üzv olmaq" ittihamı ilə həbs olunan azərbaycanlı iş adamı Mübariz Mənsimov barəsində istintaq başa çatıb.
26 səhifəlik iddianamə İstanbul Baş Prokurorluğu tərəfindən verilib. İttiham aktında şübhəlinin FETÖ-yə aidiyyəti bir-bir izah edilib və təşkilatın rəhbərinin əşyalarını muzeydə nümayiş etdirdiyi də qeyd edilb.
Azərbaycanlı iş adamının FETÖ-nin ən yaxşı menecerlərindən olan Akın İpek, Suat Yıldırım, Süleyman Uysal ilə sıx telefon əlaqəsi olduğu məlum olub. M.Mənsimovun təşkilatın rusiyalı imamı Ahmet Hamdi Vural ilə iş yerində görüşdüyü aşkar edilib.
İttiham aktında M.Mənsimovun FETÖ/PDY silahlı terror təşkilatı ilə intensiv təmasının 17/25 dekabr dövründən sonra da davam etdiyi və təşkilatın idarəçiləri ilə sıx təmas və əməkdaşlığın 2016-cı ilə qədər davam etdiyi qeyd edilib. Təşkilatın xarici struktur quruluşuna cavabdeh olan Ahmet Hamdi Vural ilə gizli bir görüş və əlaqənin olduğu, qeydlərin və müsahibələrin aşkarlanmasının qarşısını almaq üçün danışıq cihazlarının danışıqların məzmununu öyrənməsinin qarşısını almağa çalışdığı bildirilib.
Onun təşkilatın baş katibi Fətullah Gülənlə üz-üzə görüşdüyü və təşkilatın yüksək hissəsində olduğu, hətta şəxsi əşyalarını alıb muzeydə sərgiləməsi, maddi yardım göstərməsi və xaricdəki məktəb və dərnəklərin fəaliyyətlərini qorumaq üçün inzibati hərəkətlərlə əməliyyat apardığı bildirilib.
İttiham aktında Mübariz Mənsimovun cəzalandırılması istənilib. O, yaxın günlərdə İstanbul Ağır Cəza Məhkəməsində mühakimə olunacaq.
"Lukoil"in sahibi Vahid Ələkbərov və SOCAR-ın prezidenti Rövnəq Abdullayevin qapısında əl görüşməyi gözləyən, milyard dollarlıq müqavilələri alan Mübariz Mənsimovun sonradan  hər iki adamı da arxadan xəncərləməsinin nankorluqdan başqa bir şey sayıla bilərmi?
Mübariz Mənsimov məhkəmədə: çox gizlinlər üzə çıxacaqM.Mənsimov  SOCAR və "Lukoil"ə niyə hücum edirdi? Sualının cavabı isə belədir: "Palmali Denizçili"yi dünya markası edən V.Ələkbərov və R.Abdullayev idilər. "Palmali"yə milyard dollarlıq müqavilələri "Lukoil"in iştirakı ilə "Litaso" və SOCAR verib.
Mənsimov hər iki adın altında sıxıldı, əzildi. O elə zənn etdi ki, oz qabiliyyətinin, kəramətinin nəticəsində bu uğuru əldə edib. Bu ərköyünlük qarşısında həm SOCAR, həm də "Lukoil" müqavilələri ləğv etdi. SOCAR alacaqlarının qarşılığında "Suezmax" tipli gəmilərlə birlikdə "Palmali" donanmasındakı yüksək tonajlı gəmilər aldı. "Sberbank"ın krediti ilə alınan çay tankerləri və kiçik tonnajı gəmilər isə "Palmali"də qaldı. Əslində gəmilərin hamısı Rusiyanın "Sberbank"ın girovudur.
Bundan başqa, "Palmali"nin donanmasındakı gəmilərə Rəsulzadə adının verilməsi, belə demək mümkünsə, istismardan başqa bir şey deyildi. Əbülfəz Elçibəyin adının verilməsi isə Türkiyədəki ülkücüləri yanına çəkmək üçün etdiyi bir oyun idi.
"Palmali Denizçilik" şirkətini dünya markası edən SOCAR və "Lukoil"ə iftiralar, böhtanlar atan Mübariz Mənsimovun 21 yaşlı bir gəmini, hətta, 2015-ci ildə yanacaq qaçaqmalçılığına görə istintaqı başlayan "ADRİATİC MARİNER" adlı məhsul tankerinə Azərbaycan Cümhuriyyətinin qurcusu Məhəmmədəmin Rəsulzadənin adının verilməsinin milli dəyərlərin sui-istifadəsi olmadan əlavə, tamamilə məsuliyətsizlik nümunəsi olduğunu, hətta 2015-ci ildə Ukrayna parlamentində qızğın mübahisəyə səbəb olan və Ukrayna Baş Prokurorluğu tərəfindən "Yanacaq qaçaqmalçılığı" ilə bağlı istintaqı başlayan "ADRİATİC MARİNER"ə Liberiyanın bayrağı çəkilərək Məhəmmədəmin Rəsulzadə adının verilməsi, bu məsuliyətsizliyin göstərcisidir".
İddialar "Deniz Haber Ajansı"na məxsusdu və Mübariz Mənsimov da ona qarşı səslənən ittihamları "əsassız" adlandırmışdı.
Belədirmi?
Mübariz Mənsimov Facebook səhifəsində az qala hər gün vurğulayırdı ki, Türkiyə vətəndaşıdır, Azərbaycanın daxili işlərinə, ələlxüsus da siyasətə qarışmaq niyyətində deyil, yalnız Azərbaycanı və azərbaycanlılalı düşünür, korrupsiyaya və rüşvətxorluğa qarşıdır, xeyriyyəçilik və bizneslə məşğuldur və s.
Fəqət, elə həmin paylaşımların istisnasız olaraq hamısında o, Azərbaycan vətəndaşlarına səslənir, çağırışlar edirdi. Çağırışlar siyasi-ictimai məzmunludur və siyasi elementlərdən xali deyildi.
Aşkar görünən bu idi ki, siyasətdən gerçəkdən də çox uzaq qalan və hansı proseslərə niyə qatıldığını hələ də tam dərk etməyən iş adamından kimlərsə istifadə edirdi.
Mübariz Mənsimov siyasi intriqaları bilmirdi, bu sahədə tam sadəlövhdü və özünü "həm də siyasətçi" hesab etdiyi üçün usta intriqanlarla mənhus ssenarilər ustalarının əlində vasitəyə çevrilməkdə idi.
Ona qarşı irəli sürülən ittihamlardan biri də bu idi ki, SOCAR ilə ciddi çəkişmələri olan "Palmali Denizçilik" şirkətinin başçısı Mübariz Mənsimov milyonlarla dollarlıq borclarının ödənişini gecikdirmək, imkan olarsa, ödənişdən ümumiyyətlə, yayınmaq üçün bu yollara əl atıb.
Mübariz Mənsimov indi bəyan edir ki, ona qarşı irəli sürülmüş ittihamlar yalandır, heç bir əsası yoxdur və sadəcə, "ustacasına hazırlanmış oyun qurbanı"nıdır.
Türkiyədə Mübariz Qurbanoğlu olan iş adamının qurban olmasına dəlalət edəcək faktlar yoxdur. Amma əksini göstərən faktlar deyəsən, yetərincədir.
İş adamının məhkəməsinin başlanmasına az qalıb. Şübhə yox ki, məhkəmə prosesində Mübariz Mənsimovla bağlı çox gizlinlər üzə çıxacaq.
Elçin Alıoğlu
Milli.Az /news.milli.az

İqtisadiyyat       Tarix: 18 iyun 2020
f Paylaş

Turlar.az [newsid: 0-123300]

Oxşar xəbərlər

Sahibkarların iştirakı ilə "44" bədii filminin xüsusi nümayişi keçirildi - FOTOLAR

Oktyabrın 28-də Marsol Group və İş Adamları Cəmiyyətinin Milli Assosiasiyasının (İCMA) təşkilatçılığı, sahibkarların iştirakı ilə 44 günlük Vətən müharibəsində qazanılmış Zəfərə həsr olunan "44" bədii filminin xüsus

Bakcell eSIM ilə eyni anda iki nömrədən istifadə edin

Bakcell abunəçilərinə mobil xidmətlərdən daha rahat, çevik və rəqəmsal şəkildə yararlanmaq üçün eSIM həllini təqdim edir. Fiziki SIM karta alternativ olan bu texnologiya mobil xidmətlərdən istifadəni daha sadə və funksiona

Azərbaycanda turistlər ən çox bu bölgələrə üz tuturlar

Azərbaycanda turizm sektorunun inkişafı və regionlara turist axınının artırılması ölkə iqtisadiyyatının şaxələndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Son illərdə həm yerli, həm də xarici turistlərin paytaxtla yanaşı

PAŞA Bankın təşkilatçılığı ilə KOB-ların idxal və ixrac fəaliyyətinə dəstək imkanları müzakirə olunub

PAŞA Bank, Azərbaycan–Fransa Ticarət və Sənaye Palatası (AFChamber) və Deloitte Azərbaycanın birgə təşkilatçılığı ilə kiçik və orta biznes subyektlərinin nümayəndələri üçün "Əlverişli gömrük tənzimləmələri və müvafi

Yelo App-də avto-ödəniş funksiyası istifadəyə verildi

"Sonra ödəyərəm". Hamımız ömrümüzdə bir dəfə də olsa bunu demişik. Sonra isə ya unutmuşuq, ya da son günün tələskənliyinə düşmüşük. Yelo App-də avto-ödəniş funksiyası ilə bu vərdiş artıq keçmişdə qalır! Yeni imka

Süni intellekt sahibkara kredit təklif edir: Mikro bankçılığın gələcəyi necə dəyişir?

Kapital Bank-ın Mikro Biznes departamentinin direktoru Bəxtiyar Rəsulov müsahibə verib. həmin müsahibəni təqdim edir:. Mikro sahibkarlıq iqtisadiyyatın mühüm hərəkətverici qüvvələrindən biridir. Bu sahədə fəaliyyət göstərə

Şirkətdə pis xəbərlər niyə rəhbərdən gizlədilir?

Bəzən şirkətdəhamı problemdən xəbərdar olur. Bir nəfərdən başqa — baş direktor. Məsələn,satışlar azalır, müştərilər narazıdır, mühüm layihə gecikir, əməkdaşlararasında ciddi narazılıq yaranıb. Şöbə rəhbərləri vəziyyəti bilir

Planlarınızı reallaşdırmaq üçün AccessBank-dan 50 000 AZN-dək nağd kredit imkanı

Gündəlik xərclərdən daha böyük planlara qədər müxtəlif maliyyə ehtiyacları üçün AccessBank müştərilərinə 50 00 AZN-dək nağd kredit imkanı təqdim edir. Nağd kredit üzrə illik faiz dərəcəsi 9,5%-dən başlayır. Kredit müddət

2027-ci il dövlət büdcəsi haqqında' qanun layihəsi Milli Məclisə daxil olub

"2027-ci il dövlət büdcəsi haqqında" qanun layihəsi Milli Məclisə daxil olub. xəbər verir ki, gələn il büdcənin gəlirləri 39 milyard 254 milyon manat, xərcləri isə 42 milyard 400 milyon manat (o cümlədən mərkəzləşdirilmi


yeni xeberler azerbaycan xeberleri son xeberler cəbhədən son xəbər maşın realiti şou kriminal bugun cəbhədən son xəbərlər