Müəllim uşağı vura bilməz? – Əvvəllər "əti sənin, sümüyü mənim" deyirdilər

Müəllim uşağı vura bilməz? – Əvvəllər Bir neçə gün öncə sosial şəbəkələrdə paytaxtda fəaliyyətgöstərən 9 nömrəli tam orta məktəbin direktoru Zinyət Əhmədovanın təhsilocağında şagirdlərə əl qaldırmasını əks etdirən video yayılmışdı.
Ciddi müzakirələrə səbəb olan görüntülərə birmənalı yanaşma yoxdur.
Kiminə görə, uşaq döyülərək, qadağalarla sıxışdırılaraq dahayaxşı tərbiyə oluna bilir. Kimisinə görə isə söz ən gözəl tərbiyə üsuludur.
Bəs, həqiqətdə kim haqlıdır?
Məsələ ilə bağlı Azxeber.com-a fikirlərini bildirən təhsilüzrə ekspert Elçin Əfəndi bu cür halların baş verməsinin məktəblərdəpsixoloqların düzgün işləməməsi ilə izah edib:
"Ölkəmizdə hazırda ümumi 4432 orta ümumitəhsil mərkəzi var. 1milyon 590 minə yaxın şagird, 145 min isə müəllim heyəti hər gün bu təhsil müəssisələrinəgəlir. Təbii ki, bu qədər şagirdin də hər birinin dərslərə, müəllimlərəyanaşması eyni olmur. Bu səbəbdən biz məktəbdən qaçan, dərslərə girməyənşagirdlərin olduğunu görürük. Bunun məktəblərdə kütləvi hal almasının bir digərsəbəbi də məktəb psixoloqlarının doğru şəkildə şagirdlərlə işləməməsidir. Ənazı bir saat da olsa, məktəbdə əlavə psixologiya dərsləri olmalıdır. Biz yalnızxüsusi hallar olduqda şagirdləri psixoloq yanına aparırıq, amma yaxşı olar ki,bu dərs kimi salınsın və ən azı həftədə bir dəfə tədris olunsun".
Eskpert qeyd edib ki, istənilən halda şagird də bir şəxsdirvə bu cür halların baş verməməsi üçün düzgün ünsiyyət qurmaq lazımdır:
"Əvvəlki dövrlərdə valideynlər səssiz qalırdılar, onlar üçünəsas maraqlı olan övladlarının təhsil alması idi. Hətta bizim dövrümüzdəvalideynlər müəllimə bildirirdilər ki, bizim övladımız sizin əlinizdədir. "Əti sənin,sümüyü mənim" məsələni yada salaq. Təbii ki, həmin dövrdə müəllimlər oxumayan, yanlışhərəkətlərə yol verən şagirdlərə qarşı daha həssas yanaşırdırlar və müvafiq cəzaüsulları tətbiq edirdilər. Amma bu indiki kimi rezonans doğurmurdu. Təəssüflərolsun ki, indi müəllim şagirdə hər hansı bir ifadə işlətdikdə və ya ona qarşızor tətbiq etdikdə dərhal həmin müəllimə qarşı müvafiq tədbirlər görülür. İstənilənhalda şiddətə yol vermək olmaz. Şagird də bir şəxsdir, insandır".
Mövzu ilə bağlı Azxeber.com-a fikirlərini bildirən psixoloqFuad Əsədov nəinki uşaqların, ümumiyyətlə insanın döyülməsinin, şiddətin yolverilməzolduğunu bildirib:
"Ümumiyyətlə, insanın döyülməsi yolverilməz haldır.Uşağın da, şagirdin də, tələbənin də, bir qadının da, kişinin də döyülməsi,insanın fiziki, psixoloji, emosional şiddət görməsi yanlış bir şeydir. Müəllim-şagirdmünasibətləri də xüsusilə önəm kəsb edir. Çünki insanın həyatı, dünyanı və buhaqda bilgiləri öyrəndiyi iki yer var: biri ailə, digəri isə məktəb mühitidir.İndiki dövr internet kimi amillər də var, amma nəticədə insanın ən azındansosial dünyagörüşü ailənin və məktəbin əsasında formalaşır. Bir uşaq məktəbdə dəşiddət görürsə, burada hansı sağlam formalaşmadan söhbət gedə bilər? Amma bu odemək deyil ki, hər hansı bir səhvlərə və ya başqa neqativ hallara görə şagird,tələbə, yeniyetmə, uşaq cəzalandırılmalıdır. Pozitiv cəza deyilən bir şey var.Bu bəzi ölkələrdə məktəblərdə tədris olunur. Uşağa etdiyi səhvin cəzası olaraqbir iş tapşırılır. Tutaq ki, daha artıq dərs oxumaq və ya şagirdin məktəbdəkihansısa ictimai işlərə cəlb edilməsi. Bunlar ailədə də fərqli üsullarla tədbiqolunur, məsələn, uşaq bu gün cəza olaraq küçəyə çıxmayacaq, dostları iləoynamağa getməyəcək. Bu şəkildə uşağın normalda zövq aldığı şeylərdən onu məhdudedərək və ya heç istəmədiyi işlərə cəlb edərək cəzalandırmaq olar. Yalnız faydalı işlər görməsi ilə. Yəni buradauşağın qürurunu alçaltmaq olmaz. Amma bilavasitə, uşağın şəxsiyyətini, onundünya haqqında fikirlərini zədələyən hallara yol vermək olmaz. Tutaq ki, digəryoldaşlarının qarışısında uşaq döyülürsə, bu onda ciddi travma, qüruralçaldılması hissini yaşada bilər".
Psixoloq yaşlı nəslin bu cür hallara bəraət qazandırmasınada münasibət bildirib:
"Bəzən yaşlı nəsil belə bir fikirlər səsləndirir ki,bizi də vaxtilə döyüblər. Bizə də müəllim acıqlanıb, vurub, amma biz travmaalmamışıq, indi niyə psixoloqlar tez-tez deyir ki, uşaqlar travma alır. Bəli,bu həqiqətən də belədir. Tədqiqatlar göstərir ki, bu cür döyülmə halları 90-cıillərdən sonra doğulan insanlarda travma yaradır. Çünki dövr dəyişir,dünyagörüşü dəyişir, ətrafdakı digər insanların münasibəti dəyişir. Bu dauşaqlara travma verəcək dərəcədə ola bilir".
Aydın Nuri

Sosial       Tarix: 11 yanvar 2022
f Paylaş

Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Bazarlarda mövsümi meyvələr bahalaşıb? - SON QİYMƏTLƏR

Yay fəslinin son günlərini yaşayırıq. Qarpız-yemiş mövsümünün də axır günləri olsa da, digər mövsümi meyvələr bazarlara çıxır. Xəzər TV-yə istinadla xəbər verir ki, bazarda mövsümü yeni başlayan meyvələrdən biri olan üzümü

Bakının bu ərazisində işıq olmayacaq

Sentyabrın 7-də Yasamalın bir sıra ərazilərində işıq olmayacaq. xəbər verir ki, bu barədə "Azərişıq" ASC məlumat yayıb. Qeyd olunur ki, Yasamal Rayon Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) xidməti ərazisind

Aysel keçmiş həyat yoldaşına dəstək oldu - FOTO

Xəbər verdiyimiz kimi, Xalq artisti Murad Adıgözəlzadə xərçəng xəstəliyindən əziyyət çəkir. xəbər verir ki, bununla bağlı Prezidentin köməkçisi Anar Ələkbərov instaqram səhifəsində paylaşım edib. M.Adıgözəlzadənin keçmi

Azərbaycanda bu məhsullar bahalaşdı

2026-cı ilin yanvar-avqust aylarında istehlak qiymətləri 2025-ci ilin yanvar-avqust aylarına nisbətən 5,7 faiz, o cümlədən qida məhsulları, alkoqollu içkilər və tütün məmulatları üzrə 6,9 faiz, qeyri-qida məhsulları üzr

Neftin qiyməti 120 dollara yüksələ bilər

Yaxın Şərqdə dəniz gəmiçiliyinə hücumlar artarsa, "Brent" markalı xam neftin bir barelinin qiyməti 120 dollara qədər yüksələ bilər. azərtac-a istinadən xəbər verir ki, bu proqnozla ABŞ-nin qabaqcıl investisiya banklarında

"Dəbdəbəli həyatı ilə gündəm olan "influenserlər" insanları qıcıqlandırır" - Tədbir görülməlidir

Sosial mediada "Vanlı Kara Haydar" ləqəbi ilə tanınan MehmetFatih Tançalanın sosial şəbəkə paylaşımları ilə bağlı barəsində cinayət işi üzrəaraşdırma başlanılıb. . Van Baş Prokurorluğu tərəfindən Tançalan barəsind

Ağdamda traktor minaya düşüb

Ağdam rayonunda traktor şum işləri apararkən minaya düşüb. Hadisə rayonun Sarıcalı kəndində baş verib. İlkin məlumatlara görə, traktor texnika əleyhinə minaya düşüb. Partlayış zamanı texnikaya ciddi ziyan dəysə də, sürücünü

Bacısının 19 yaşlı sevgilisini öldürmüşdü - Bu cəza verildi

Bu ilin aprel ayında Şəmkirdə 19 yaşlı Ramal Quliyevi bıçaqlayaraq qətlə yetirən 15 yaşlı F.Poladovun (şərti soyadlı) məhkəməsi başa çatıb. "Qafqazinfo"ya istinadən xəbər verir ki, yetkinlik yaşına çatmayan şəx

Bakının bəzi küçələrində hərəkət məhdudlaşdırılır – Marşrutların sxemi dəyişdirilir

Bakının bir sıra küçə və prospektlərində aparılacaq təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq ediləcək. xəbır verir ki, məhdudiyyətlə əlaqədar bu gün saat 20:00-dan etibarən 2, 7A, 14


son xeberler azerbaycan xeberleri yeni xeberler meherremlik 2026 hava proqnozu apa.az xeberler son xeberler 2026