Müəllimi belə aşağılamağa sənə kim icazə verib?' – Deputat naziri müəllimdən üzr istəməyə çağırdı

Müəllimi belə aşağılamağa sənə kim icazə verib?' – Deputat naziri müəllimdən üzr istəməyə çağırdı"Mən bu müəllimi tanımıram. Ancaq məhz bu məsələyəgörə onun hüquqlarını qorumağa hazıram".
Azxeber.com xəbər verir ki, bu barədə MilliMəclisin deputatı Fazil Mustafa 165 nömrəli tam orta məktəbdə baş verənhadisə ilə bağlı danışarkən deyib. O, tərbiyəsizlik edən şagirdlərə görə müəllimə töhmət verilməsinə etiraz edib və buna görə Təhsil Nazirliyini qorxaq adlandırıb:
"Bakıda 165 saylı məktəbdə şagirdlərinsinif otağında tədris prosesinə uyğun olmayan davranışına görə araşdırılmaaparılıb və dərsin təşkilində yol verdiyi nöqsanlara görə fənn müəlliminə töhmətverilib. Bu nə cəsarətsizlik, bu nə qorxaqlıq? Müəllimi belə aşağılamağa, töhmətləməyəkim haqq verib sizlərə? Sosial şəbəkədə yüz şeylər paylaşıla bilər, şagird tərbiyəlidavranmırsa, müəllim islah-əmək müəssisəsinin rəhbəri deyil ki? Ayağını qaldırıbpartanın üzərinə qoyub video çəkdirən şagirdi müəllim bilmirsiniz niyə görməyib?Normal dərs keçmək əvəzinə müəllim gündəlik səhifələrlə dolu formal sənədləridoldurmalı olur. İcmal, gündəlik, formativ jurnal və başqa tələb olunan mənasızyazılar müəllimi dərsə diqqət yetirməkdən məhrum edib. Nə dərsə hazırlaşmağavaxtı olur, nə də sinifdə hansısa uşağa qəlbə dəyən söz deməyə. Dərhal tökülübgəlirlər ki, uşağın ustünə çığırmısan. Hələ serifikasiyaya hazırlaşmağı demirəm.Ümumiyyətlə, 45-50 yaşdan yuxarı bütün müəllimlərə aid sertifikat tələbini ləğvetmək lazım. Onların 15-20 illik təcrübəsi şagirdə bilik verməyə kifayət edər.Bu qədər gərginliyin altında qalan müəllimə şagirdlərin tərbiyəsiz hərəkətinə görəhələ bir töhmət də verirlər. Mən bu müəllimi tanımıram. Ancaq məhz bu məsələyəgörə onun hüquqlarını qorumağa hazıram. Düşünürəm ki, vurulan mənəvi zərbəyə görəbirbaşa təhsil naziri şəxsən həmin müəllimdən üzr istəməlidir və töhmət dərhalləğv olunmalıdır".
Deputat belə məsələlərə görə, dəyərli müəllimlərintəzyiq altında qaldığını da əlavə edib:
"Müəllimi belə məsələlərə görə günahkarçıxarmanın tam əleyhinəyəm. Azərbaycanın dəyərli müəllimlərini qorumaq, onlaramənəvi dəstək vermək lazımdır. Şagirdləri bu şəkildə müəllimlərin üzərinə qaldırmaqolmaz. Əlbəttə, pis niyyətli, qaba xarakterli, savadsız müəllimlər də ola bilər,bu konkret faktlar və konkret davranışlar üzrə dəyərləndirilməlidir. Ancaq həminvideogörüntüdəki şagirdlərin hərəkətinə görə müəllimin cəzalandırılması tamamiləyanlışdır".
Qeyd edək ki, şagirdlərin sinif otağında tədrisprosesinə uyğun olmayan davranışının əks olunduğu videogörüntü ilə bağlı məktəbrəhbərliyi tərəfindən araşdırma aparılıb, dərsin təşkilində yol verdiyinöqsanlara görə fənn müəlliminə töhmət verilib.
Hüquq-mühafizə orqanlarının əməkdaşlarıvalideyn və şagirdlərin izahatlarını alıb.

Sosial       Tarix: 26 yanvar 2022
f Paylaş

Oxşar xəbərlər

"Tarixi abidəyə yazı yazmaq sadəcə vandalizm deyil, şəhərin yaddaşına müdaxilədir

Şuşaya səfər edən bəzi turistlərin şəhərin tarixi əhəmiyyət daşıyan qayaları üzərinə müxtəlif yazılar həkk etməsi gündəmə gəlib. . Yazıların bir qismi artıq təmizlənsə də, onların silinməsi zamanı Cıdır düzündəki qayalar

Bacısının 19 yaşlı sevgilisini öldürmüşdü - Bu cəza verildi

Bu ilin aprel ayında Şəmkirdə 19 yaşlı Ramal Quliyevi bıçaqlayaraq qətlə yetirən 15 yaşlı F.Poladovun (şərti soyadlı) məhkəməsi başa çatıb. "Qafqazinfo"ya istinadən xəbər verir ki, yetkinlik yaşına çatmayan şəx

Qış gəlməmiş evinizdə bunları yoxlayın – Kommunal xərciniz arta bilər

Payız artıq özünü göstərir. Son iki gündə Bakıda havanın kəskin soyuması, yağış və güclü külək sakinlərə isti günlərin geridə qaldığını xatırladıb. Qarşıdakı həftələrdə havaların daha da soyuması ilə evlərdə kombilərin iş

Payız xəstəliyi, yoxsa gizli allergiya? - ƏLAMƏTLƏRİ

Havaların sərinləşməsi ilə birlikdə bir çox insan asqırma, burun axması, öskürək və halsızlıq kimi şikayətlərlə qarşılaşır. Bu əlamətlər isə bəzən payız allergiyası ilə soyuqdəymənin bir-birindən fərqləndirilməsini çətinləşdirir

Azərbaycanda PISA ilə bağlı mühüm yenilik – Region məktəbləri də tədqiqata cəlb edildi

Sentyabrın 4-də PISA beynəlxalq qiymətləndirmə tədqiqatı ilə bağlı məlumatlandırma görüşü keçirilib. xəbər verir ki, görüşdə təhsil ictimaiyyətinin və media nümayəndələrinin iştirakı ilə PISA proqramının məqsədləri, əsa

Azərbaycanda qadınlarla kişilərin maaşı arasında CİDDİ FƏRQ

Azərbaycanda qadınlarla kişilərin orta aylıq əmək haqqı arasında ciddi fərq qalmaqdadır. -a istinadla xəbər verir ki, 2025-ci ildə muzdla çalışan kişilərin orta aylıq nominal əmək haqqı 1264 manat, qadınların isə 874,6 mana

Mehman Hacıyev dünyasını dəyişdi

Gəncə futbolunda ağır itki baş verib. "Qafqazinfo"ya istinadən xəbər verir ki, veteran oyunçu Mehman Hacıyev 52 yaşında dünyasını dəyişib. "Kəpəz" klubunun yetirməsi olan futbolçu komandının heyyətind

Daha çox maaş almaq istəyirsinizsə... – Bu bacarıq gəlirinizi artıra bilər

Xarici dil bilmək artıq yalnız əlavə bacarıq deyil, bir çoxsahədə işə qəbul zamanı namizəddən tələb olunan əsas meyarlardan birinəçevrilib. Xüsusilə ingilis və rus dillərini bilmək müxtəlifvakansiyalarda üstünlük kimi göstərilir

Sentyabrda tıxaclara qarşı vacib addım: 150 avtobus xəttə çıxacaq

Bakıda metro təmiri, tələbələrin şəhərə qayıdışı və "Formula 1" yarışlarının yol məhdudiyyətlərinin eyni vaxta düşməsi sentyabrda tıxac riskini artırır. xəbər verir ki, mövzu ilə bağlı nəqliyyat üzrə ekspert Elməddi


azerbaycan xeberleri yeni xeberler son xeberler en son xeberler cəbhədən yeni xəbərlər xeberler bu gun xəbərlər