"Müəllimlərin maaşı mənim dövrümə nisbətən artıb" - Misir Mərdanov
"Elə bir ölkə yoxdur ki, onun təhsil sahəsində problemi olmasın. Mən işləyən dövrdə də olub, bu gün də var, gələcəkdə də olacaq. Ancaq fikrimcə, təhsildə ən ciddi problemlərdən biri müəllimlərin əməkhaqqı məsələsi idi".
azxeber.com xəbər verir ki, bu barədə AZƏRTAC-a müsahibəsində keçmiş təhsil naziri, fizika-riyaziyyat elmləri doktoru Misir Mərdanov bildirib.
O, artıq bu problemin öz həllini tapdığını deyib: "Bu gün həmin məsələ yavaş-yavaş, hissə-hissə öz həllini tapmaqdadır. İndi müəllimlərin əməkhaqqı mənim dövrümə nisbətən hiss olunacaq dərəcədə artıb və ilbəil artmaqda davam edir. Məktəb direktorlarının əməkhaqqı da artıb. Bu da çox yaxşı işdir. Beynəlxalq təcrübə öyrənilir, ölkəmizə gətirilir və tətbiq olunur. Dərsliklərin və dərs vəsaitlərinin çapına çox ciddi fikir verilir. Kurikulum islahatı ölkəmizdə davam edir. Məktəblərimiz müasir avadanlıqlarla təchiz olunur".

Azərbaycanla delimitasiya prosesi... - Kobaxidze
Biləsuvarda bıçaqlanan 26 yaşlı kişi ölüb, saxlanılan var - ƏLAVƏ OLUNUB
Sumqayıtda avtomobilin vurduğu piyada ölüb
Ermənistanın Bərdəni raket atəşinə tutmasından 6 il ötür
Cəbrayılın azadlığı – Tarixi qələbəmizin təntənəsi
"Cəbrayılın azadlığı Zəfər yolunun mühüm mərhələsi idi" – Deputat
Ronaldodan gözlənilməz qərar
Nərimanovda tikintisi davam edən mənzillər üçün yeni satış şərtləri
Müstəqil xarici siyasət Azərbaycanın beynəlxalq çəkisini və təsir imkanlarını artırır - RƏY
Millimiz Litvanı məğlub edib
6 il əvvəl həbs edilən polkovnik dünyasını dəyişdi
Biləsuvarda 26 yaşlı kişi qohumu tərəfindən qətlə yetirilib
Ağstafada iki qardaş kafedə xəsarət alıb
Dünya birjaları: neftin qiyməti