"Müharibə başlayacaq və Ermənistan bütün ərazilərini itirəcək" - Rus ekspert
"Bu videoda bir məsələni müzakirə etmək istərdim. Çoxları mənə bu sualı verir: "Ermənistanda ermənilərin gələcəyi necə olacaq?". Mən şəxsən mövzu ilə bağlı öz fikrimi bildirəcəm. Heç kəsi qorxutmaq, efirə mənfi aura göndərmək istəmirəm, amma əsil həqiqəti söyləyəcəm".
KONKRET.az xəbər verir ki, bu fikirləri "Mən belə fikirləşirəm" Youtube kanalında ekspert rus dilində səsləndirib.
Mövzunun aktualllığını nəzərə alaraq onun şokedici açıqlamalarını diqqətinizə çatdırırıq:
"Ermənistanın çətinlikləri İsrail ilə İran arasındakı hərbi əməliyyatların başlanğıcı zamanı olacaq. İranı məhv etməyə başlayanda çoxlarının gözlədiyi problemlər ortaya çıxacaq. Bu hansı çətinliklərdir? Azərbaycanlılar atəş açmasa da müharibə başlayacaq və Ermənistan demək olar ki, bütün ərazisini itirəcək. Bu yalnız İrana qarşı müharibə başlayanda baş verəcək. İrana qarşı müharibənin olacağına isə əminəm. O zaman Ermənistanın ərazisinə də müharibə gələcək və başı bəlaya girəcək. Bunu hər kəs başa düşməlidir. Ona görə indidən bu ölkəni tərk edib getməlidirlər. Hazırda Qərb Ermənistana silah verir, onu müharibəyə hazırlaşdırır.
Youtube-da İrəvandan müxtəlif videolara baxıram. Bu gözəl şəhər yer üzündən silinəcək.
İran da dağılacaq. Bu əvvəl-axır baş tutacaq. Ermənistanın taleyi İrandakı hadisələrdən asılı olacaq.
Ermənistanı yer üzündən silmək istəyənlər İrandakı müharibəni gözləyirlər.
Dediklərim isə cəfəngiyyat deyil. Varlı ermənilərə məsləhət görərdim ki, özlərinə təhlükəsizlik bir yer tapsınlar.
80% əminliklə deyirəm ki, müharibə Ermənistana da gələcək. Çoxlu qurbanlar, qan, göz yaşı olacaq, iqtisadiyyatları dağılacaq. Bütün bu dəhşətli günləri siz öz gözlərinizlə görəcəksiniz.
Yaşayarıq görərik, mən düz deyirəm, yoxsa yox. Mənə gülüb müxtəlif şərhlər yazacaqsınız. Onsuz da heç bir reaksiya verməyəcəyəm, çünki düşündüklərimi cəsarətlə bu kanalda deyirəm".
KONKRET.az
f Paylaş
İki gündür axtarılan 12 yaşlı qız tapıldı
Ombudsman Səbinə Əliyeva Fəxri xiyabanı ziyarət edib
Dövlət Ehtiyatları Agentliyinə sədr təyin edildi - SƏRƏNCAM
Cəmi 3 il evli qala bildilər
Azercell-in "Oflayn Qadınlar" layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
Ermənistanın Baş naziri: İrəvan və Bakı arasında sülh Cənubi Qafqaz üçün yeni imkanlar yaradır
Paşinyanın 2027–2028-ci il planı: Moskva ilə münasibətlər pisləşəcək
Bank kartından istifadə edənlərə XƏBƏRDARLIQ
Bank of Baku-nun növbəti maliyyə savadlılığı tədbiri Şirvanda baş tutub
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
Xırdalanda 12 yaşlı qız itkin düşüb
2027-ci ildə minlərlə ailənin həyatını dəyişəcək qərar