"Müharibə sahibsiz müsəlman ölkələrində getmir ki, onillərlə davam etsin və dünya laqeyd yanaşsın" - ÖZƏL

ABŞ prezidenti Baydenin müharibədən danışarkən Putin Ukraynada "heç vaxt və heç vaxt" qalib gəlməyəcək ifadəsini işlətməsi böyük marağa səbəb olub. Ağ Ev rəhbərinin takrar və əmin şəkildə "heç vaxt" deməsi bu müharibədə Rusiyanın məğlub olacağı fikirlərini düşünməyə əsas verib. Maraqlıdır Bayden nəyə görə bu ifadəni iki dəfə, özüdə belə əminliklə işlədib?. Bu, Rusiyanın məğlub olacağı anlamına gələ bilərmi?.
Mövzunu KONKRET.az-a politoloq Əhəd Məmmədli şərh edib. O bildirib ki, Baydenin bu açıqlamasını Rusiyaya qarşı təzyiq və təsir rıçağı kimi dəyərləndirmək olar: "Amma Hesab edirəm ki, müharibə uzunmüddət davam etməyəcək. Qalibin kim olacağını demək çox çətindir. Amma bu kimi müharibələr uzunmüddətli olmur. Çünki döyüşlər Avropada aparılır. Bura Afrika, yaxud Asiya deyil. Yəni müharibə sahibsiz müsəlman ölkələrində getmir ki, onillərlə davam etsin və bombardmanlar nəticəsində sivil vətəndaşların həlak olmasına beynəlxalq aləm etinasız yanaşsın. Ona görə də, düşünürəm ki, Rusiya-Ukrayna müharibəsi uzunmüddətli olmayacaq və yaxın zamanda sülh müqaviləsi imzalanmasa da, atəşkəs razılığı əldə ediləcək".
Politoloq əlavə edib ki, Bayden Rusiyanın məğlub olacağına əmin deyil: "Sadəcə olaraq bu bir əminlik görüntüsüdür və psixoloji təsir metodudur. Bayden bir növ bu açıqlaması ilə Ukraynaya "sən davam et" mesajını da verir. Çünki müharibənin davam etməsi və Rusiyanın zəifləməsi ABŞ-ın maraqlarına uyğundur. Yəni məqsəd Ukraynanın əli ilə Rusiyanı zəiflətməkdir. Təbii ki, ABŞ-ın bu marağına Rusiya və Ukraynanın nə qədər xidmət edəcəyi isə tərəflərin hakim elitasının qərarlarından asılıdır. Ukrayna və Rusiya hakimiyyətləri istəsələr müharibəni dayandıra bilərlər. Buna həm də siyasi iradə lazımdır. Amma hələlik biz bu iradəni görmürük. Çünki Rusiya Ukraynanın kapitulyasiyasını istəyir, sonuncu isə buna gedə bilməz".
Müşviq Tofiqoğlu,
KONKRET.az    
 

Siyasi       Tarix: 11 mart 2022
f Paylaş

Xidmetler [newsid: 0-123300]

Oxşar xəbərlər

Meloni İlham Əliyevə təşəkkür etdi

İtaliyanın "Eni" şirkətindən sonra Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti (SOCAR) də törəmə şirkəti "Italiana Petroli" (IP) şəbəkəsində benzin və dizel yanacağının qiymət həddini təyin etmək qərarın

2027-ci il üzrə dövlət büdcəsinin layihəsi Prezidentə təqdim ediləcək

Azərbaycan Respublikasının 2027-ci il üzrə dövlət büdcəsinin və icmal büdcənin layihələri və sonrakı üç il üçün icmal büdcənin göstəriciləri, Azərbaycan Respublikasının 2027-ci il və sonrakı üç il üzrə iqtisadi və sosia

Prezident sərəncam imzaladı

Prezident İlham Əliyev Azərbaycan Respublikası Prokurorluğunun əməkdaşlarına ali xüsusi və ali hərbi rütbələrin verilməsi haqqında Sərəncam imzalayıb. xəbər verir ki, sərəncama əsasən, Azərbaycan Respublikası Prokurorluğunu

Zelenski: Qış sizin üçün də ağır olacaq

Ukrayna Prezidenti Volodimir Zelenski qarşıdakı qışın həm Ukrayna, həm də Rusiya üçün çətin keçəcəyini bildirib. xəbər verir ki, Zelenski ABŞ-ın Nyu-York şəhərində BMT Baş Assambleyasının 81-ci sessiyasının ikinci iclasınd

Prezident və birinci xanım Bakıdakı Zəfər parkında olub - FOTOLAR 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva sentyabrın 27-də Anım Günü ilə əlaqədar Bakıdakı Zəfər parkında olublar. xəbər verir ki, dövlətimizin başçısı Zəfər abidəsinin önünə əkli

İlham Əliyev Aleksandr Oşpelt ilə görüşdü

Sentyabrın 26-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Beynəlxalq Xizək və Snoubord Federasiyasının Prezidenti Aleksandr Oşpelt ilə görüşüb. xəbər verir ki, söhbət zamanı ölkəmizin beynəlxalq əhəmiyyətli nüfuzl

FAKTI' Cənubi Qafqazda sülhə görə yalnız Paşinyanın mükafatlandırılması barədə: 'Bu, absurddur

Bolqarıstanın "Faktı" nəşri Cənubi Qafqaz regionunda sülhün bərqərar olmasına töhfə verdiyinə görə Hessen mükafatının Ermənistan hökumətinin başçısı Nikol Paşinyana verilməsinin əsaslılığının şübhə altına alındığ

Xankəndidə əsirləri zirzəmiyə saldıran Köçəryan - Özü "KQB podval"ının ən qaranlıq kamerasında – ŞOK DETALLAR

Ermənistanın sabiq prezidenti Robert Köçəryanın saxlanma şəraiti ilə bağlı yeni detallar açıqlanıb.  xəbər verir ki, Ermənistanın "Past" qəzeti Köçəryanın "KQB zirzəmisi" kimi tanınan "İrəvan-Kentron"

Ərdoğan: Qarabağ Azərbaycan torpağıdır, əbədi olaraq belə də qalacaq

Qarabağ Azərbaycan torpağıdır və əbədi olaraq belə də qalacaq. xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu barədə 27 sentyabr - Anım Günü ilə bağlı X-da paylaşımında bildirib. "Anım Günü münasibətilə Qarabağ


son xeberler azerbaycan xeberleri yeni xeberler sonxeber az valyuta məzənnələri son xeber.az xəbər.az