Müharibə yenidən alovlandı: İranda 80 hədəf VURULDU
ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) İrana qarşı silsilə güclü zərbələr endirməyə başladığını bəyan edib.
KONKRET.az xəbər verir ki, qurumun "X" sosial şəbəkəsində yaydığı məlumata görə, əməliyyat İranın Hörmüz boğazından keçən üç kommersiya gəmisinə hücumuna cavab olaraq həyata keçirilir.
"Birləşmiş Ştatlar Mərkəzi Komandanlığının qüvvələri beynəlxalq su yolunda mülki şəxslərin idarə etdiyi ticarət gəmilərinin hədəfə alınmasına görə İrana ciddi bədəl ödətdirmək məqsədilə bir sıra güclü zərbələr endirməyə başlayıb", – açıqlamada bildirilib.
CENTCOM qeyd edib ki, İranın hərəkətləri səbəbsiz, təhlükəli olub və atəşkəs rejiminin açıq şəkildə pozulması hesab edilir.
Bu saatlara olan xəbərə görə, iyulun 8-nə keçən gecə ABŞ qüvvələri yüksək dəqiqlikli silahlardan istifadə etməklə İran ərazisində 80-dən çox hədəfi vurub.
Zərbələr İranın hava hücumundan müdafiə sistemlərinə, komanda-idarəetmə şəbəkələrinə, sahil radar stansiyalarına, gəmi əleyhinə raket komplekslərinə, eləcə də İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) 600-dən çox sürətli katerinə endirilib.
CENTCOM bildirib ki, əməliyyatın məqsədi İranın beynəlxalq dəniz ticarətinə qarşı hücumlar həyata keçirmək imkanlarını zəiflətməkdir.
Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Milli Məclis Zəfər Günü ilə əlaqədar bəyanat qəbul edəcək
İran agentlərindən Londonda Azərbaycan səfirliyi qarşısında təxribat
Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb
Tovuzda minik avtomobili su kanalına aşıb, xəsarət alanlar var
Bazarda qiymətlər əl yandırır: Meyvə-tərəvəz niyə bahalaşır?
"Əl-Nəsr"dən Ronaldonu istədilər
"Sabah" mövsümdə ilk dəfə uduzdu
Azərbaycanda bu cərimə 10 min manatdan 8 min manata endirilir
Bu şəxslərin gəlirlərindən 10 faiz vergi tutulacaq - Qanun
Maaşınızı istədiyiniz bankdan ala biləcəksiniz - TARİX
Yanacaqdoldurma məntəqələrində sürücülər necə aldadılır? – ŞOK İDDİA
Mərkəzi Banka yeni səlahiyyət verilir
İllərlə işləyənlərə daha çox PUL VERİLƏCƏK