Müharibədə dediyi şeirlə məşhurlaşan qazinin evə ehtiyacı var

Müharibədə dediyi şeirlə məşhurlaşan qazinin evə ehtiyacı varMüharibədə dediyi şeirlə məşhurlaşan qazinin evə ehtiyacı var
Hər kəs onu Vətən müharibəsinin ən qızğın çağlarında Mehmet Akif Ərsoyun "İstiqlal marşı"ndan səsləndirdiyi misralara görə tanımışdı. Odun-alovun içində, məğrurcasına deyilmiş o misralar çoxumuzun yanan ürəyinə su səpmişdi. Osmanlı əsgəri görünüşlü gəncin məşhur çıxışı internetdə yayılandan sonra az qala, zəfər himninə çevrilmişdi. Söhbət sözügedən marşı səsləndirən Vətən müharibəsi qazisi Hüseynov Murad İlqar oğlundan gedir. 
"Qafqazinfo" qazinin evində olub, onun döyüş xatirələrini dinləyib. Məlum olub ki, 30 yaşlı Murad Hüseynov ailəsinin ilk övladıdır, özündən başqa kiçik qardaşı Nicat da var. Sən demə, qardaşlar döyüşlərdə çiyin-çiyinə döyüşüblər. Aprel döyüşlərinin də iştirakçısı olan Hüseynovlar Vətən müharibəsinə ilk günlərdən qoşulublar. Ayrı cəbhələrdə olsalar da, hər ikisi bir amal-Vətənin azadlığı uğrunda şərəflə vuruşub:
"Bir evdən iki qardaş müharibəyə getmişik, üç qardaş olsaydıq, yenə üçümüz də orduya qoşulardıq. Bizim torpağımızdırsa, onu qorumalıyıq. Orduda bütün millətlərin nümayəndəsi var idi, hamısı torpağımızın geri qaytarılması üçün əlindən gələni etməyə hazır idi. Hər kəsin beynində 30 ilin niskili vardı, Vətən üçün hər şeyə hazır idik. Bizim əsgərlərimiz çox mərddirlər, günlər olub ki, ac-susuz qalıblar, amma silahsız qalmayıblar. Şəhid olanda da əllərində silah olub".  
Muradın döyüş yolu Talış, Suqovuşan istiqamətindən başlayıb, Kəlbəcərə qədər gedib çıxıb. 
Muradla söhbət onu türk dünyasında məşhur edən "İstiqlal marşı"na gəlib çıxır. O, söylədiyi misraların tarixçəsini belə nəql edir:
"Türkiyə kanalı gəlib çəkəndə mən də bığlı olduğuma, Osmanlı əsgərlərinə oxşadığıma görə ön tərəfdə durdum. Ürəyimdən keçdi ki, danışım və o şeiri dedim. O şeirdən sonra əsgərlərimizdə böyük ruh yüksəkliyi yaranmışdı".
Ön cəbhədə Xüsusi Təyinatlı Qüvvələrlə birgə döyüşən ikinci qardaş - 25 yaşlı Nicat isə hələ də müharibədəki ab-havadan çıxa bilmir. O, tez-tez silahdaşlarını xatırlayır, şəhid olan döyüş yoldaşlarının yoxluğu ilə barışa bilmir.
İndi ailənin bir problem var, evsizlik. İlqar deyir ki, vaxtilə cəbhədə döyüşən iki qardaş indi fiziki durumları ilə əlaqədar işləyə bilmirlər:
"Bir parça çörəyimiz olanda onu suya da batırıb yeyərik, amma ev problemimiz var. 22 ildir kirayədə qalırıq. Nə rayonda, nə də burada evimiz yoxdur. Əvvəllər özüm də, uşaqlar da işləyirdik, kirayə pulunu verə bilirdik. Oğlanlarım inşaatda fəhlə işləyirdilər, indi heç birimiz işləmirik. Mənim işlədiyim yerlərdə də virusla bağlı işçi sayını azaldıblar. Hər ayın 4-ü kirayə pulunu veririk, ev pulunu ödəməliyik, çətinlik çəkirik. Xahiş edirik, bizə köməklik olunsun". /oxu.az

Sosial       Tarix: 05 aprel 2021
f Paylaş

Xidmetler [newsid: 0-123300]

Oxşar xəbərlər

iPhone-18-in Azərbaycandakı satış qiyməti bəlli oldu

Apl şirkətinin yeni nəsil iPhone-18 modellərinin Azərbaycanda satışa çıxarılacağı qiymətlər bəlli olub. -a istinadən xəbər verir ki, iPhone-18 Pro Max modelinin qiyməti belə olacaq:. 256 GB – 6 499 AZN. 512 GB – 6 99 AZN

Bazarlarda mövsümi meyvələr bahalaşıb? - SON QİYMƏTLƏR

Yay fəslinin son günlərini yaşayırıq. Qarpız-yemiş mövsümünün də axır günləri olsa da, digər mövsümi meyvələr bazarlara çıxır. Xəzər TV-yə istinadla xəbər verir ki, bazarda mövsümü yeni başlayan meyvələrdən biri olan üzümü

Qonşu ölkədə benzinin qiyməti ikiqat artırıldı

İran hakimiyyəti subsidiyalara uyğun olmayan benzinin qiymətini ikiqat artırıb. xəbər verir ki, bu barədə İran Neft Nazirliyi məlumat yayıb. "8 sentyabrdan etibarən üçüncü tarif çərçivəsində benzinin hər litrinin qiymət

Sentyabrda tıxaclara qarşı vacib addım: 150 avtobus xəttə çıxacaq

Bakıda metro təmiri, tələbələrin şəhərə qayıdışı və "Formula 1" yarışlarının yol məhdudiyyətlərinin eyni vaxta düşməsi sentyabrda tıxac riskini artırır. xəbər verir ki, mövzu ilə bağlı nəqliyyat üzrə ekspert Elməddi

İnarə Mirhəsənovaya vəzifə verildi

İnarə Mirhəsənova TƏBİB-in icraçı direktorunun müşaviri vəzifəsinə təyin edilib. Bu barədə -a qurumdan məluma verilib. Bildirilib ki, İ.Mirhəsənova Bakı Dövlət Universitetində bakalavr və magistratura təhsilini fərqlənm

Bu yolda sürət həddi müvəqqəti endirildi - Sürücülərin diqqətinə

Hazırda Bakıda müşahidə edilən yağışlı hava şəraiti ilə əlaqədar olaraq Zığ dairəsi-Hava Limanı yolunda bütün zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib. xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Nəqliyyat

Qızıl almaq istəyənlərin nəzərinə

Sentyabrın 7-də Azərbaycanda qızılın qiyməti açıqlanıb. xəbər verir ki, 1 qram 99 əyarlı qızıl 244,52 manat, 750 əyarlı İtalyan qızılı 183,58 manat, 585 əyarlı Türk qızılı 143,19 manat, 582 əyarlı Rus qızılı isə 142,45 manatdır

Neftin qiyməti 120 dollara yüksələ bilər

Yaxın Şərqdə dəniz gəmiçiliyinə hücumlar artarsa, "Brent" markalı xam neftin bir barelinin qiyməti 120 dollara qədər yüksələ bilər. azərtac-a istinadən xəbər verir ki, bu proqnozla ABŞ-nin qabaqcıl investisiya banklarında

Bakının bəzi küçələrində hərəkət məhdudlaşdırılır – Marşrutların sxemi dəyişdirilir

Bakının bir sıra küçə və prospektlərində aparılacaq təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq ediləcək. xəbır verir ki, məhdudiyyətlə əlaqədar bu gün saat 20:00-dan etibarən 2, 7A, 14


son xeberler yeni xeberler azerbaycan xeberleri son xabar son xabarlar en son xeberler xeber