Müharibədən sonra bütün dünya erməni vəhşiliyinin yırtıcı sifətini gördü

Müharibədən sonra bütün dünya erməni vəhşiliyinin yırtıcı sifətini gördüMüharibədən sonra bütün dünya erməni vəhşiliyinin yırtıcı sifətini gördü. Çünki müharibəyə qədər işğal dövründə həm Ermənistan tərəfi o vaxt işğal edilmiş torpaqlara heç kimi buraxmırdı, eyni zamanda, bu məsələ ilə məşğul olan vasitəçilər də o qədər oraya getməyə can atmırdılar.
Azxeber.com xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev şəhid ailələri və Qarabağ qaziləri ilə görüşündə səsləndirib.
İşğal olunmuş ərazilərdə qanunsuz məskunlaşmanın hərbi cinayət sayıldığını qeyd edən dövlətimizin başçısı deyib: "Əgər 90-cı illərin əvvəllərində Ermənistan bu qanunsuz məskunlaşmanı gizlin şəkildə edirdisə, son vaxtlar o qədər azğınlaşmışdılar ki, bunu açıq şəkildə edirdilər. İndi yada salmaq lazımdır, müharibədən əvvəl onların televiziyalarında hansı reportajlar gedirdi. Xaricdən, Suriyadan, Livandan gəlmiş ermənilər Şuşa şəhərində müsahibələr verirdilər. Deyirdilər ki, bəli, biz gəlmişik bura. Bura Ermənistan torpağıdır. Biz burda yaşayırıq. Bunları təbliğ edirdi, hərbi cinayəti təbliğ edirdi. Onlara söz deyən yox idi, bizdən başqa. Minsk qrupu onlara bir söz demirdi".
Prezident bildirib ki, qanunsuz məskunlaşma təkcə Şuşada deyil, Cəbrayılda, Zəngilanda, Kəlbəcərdə, Laçında da aparılırdı. Təkcə Ağdam və Füzulidə məskunlaşma getmirdi. Çünki orada heç nə yox idi. Bütün şəhər və kəndlərimizi yerlə-yeksan ediblər.
"Bu hərbi cinayətə görə təkcə Ermənistan yox, bax, o cinayətlərə göz yuman da məsuliyyət daşıyır. Bizim uğurlu əməliyyatlarımız buna son qoydu. Ancaq bu gün qeyd etdiyim kimi, bütün dünya erməni vəhşiliyini görür. Görür ki, ermənilər bizim məscidlərimizi dağıdıblar. 60-dan çox məscid dağıdılıb. Ermənilər bizim məscidlərimizdə inək, donuz saxlayıblar. Bu, bütün müsəlman aləminə təhqirdir. Bir daha sizin qarşınızda bütün müsəlman ölkələrinin rəhbərlərinə üz tutaraq deyirəm, bunu heç vaxt unutmayın, buna göz yummayın, görməməzliyə vurmayın. Bütün müsəlman aləmini Ermənistan rəhbərliyi təhqir edib. Qəbirləri dağıdan, qəbir daşlarının üzünü sildirən də, Ermənistana satan da ermənidir, ölülərin qızıl dişlərini çıxardan da ermənidir, məscidlərimizi sökən də ermənidir. Kərpic-kərpic o evləri söküb öz daxmasına daşıyan da ermənidir. Bunu hər kəs görür və görməlidir", - deyə Azərbaycan Prezidenti vurğulayıb.

Siyasi       Tarix: 27 avqust 2021
f Paylaş

Xidmetler [newsid: 0-123300]

Oxşar xəbərlər

Böyük Britaniyanın müdafiə naziri Azərbaycanda səfərdədir

Böyük Britaniyanın müdafiə naziri Vernon Koker ilk dəfə olaraq ADEX sərgisində iştirak edir. Bu barədə Böyük Britaniyanın Azərbaycandakı səfirliyi məlumat yayıb. Bildirilib ki, nazirlə birlikdə Britaniyanın 18 şirkəti d

Türkiyə səfirliyi: Şəhidlərimizi minnətdarlıqla yad edirik

27 Sentyabr – Anım Günündə Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərimizi dərin ehtiram, rəhmət və minnətdarlıqla yad edirik. Bu barədə Türkiyənin Azərbaycandakı səfirliyinin paylaşımınd

İlham Əliyev Aleksandr Oşpelt ilə görüşdü

Sentyabrın 26-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Beynəlxalq Xizək və Snoubord Federasiyasının Prezidenti Aleksandr Oşpelt ilə görüşüb. xəbər verir ki, söhbət zamanı ölkəmizin beynəlxalq əhəmiyyətli nüfuzl

Prezident ona general rütbəsi verdi

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev Azərbaycan Respublikası Prokurorluğunun əməkdaşlarına ali xüsusi və ali hərbi rütbələrin verilməsi ilə bağlı Sərəncam imzalayıb. -un məlumatına görə, Sərəncamla Nihad Ənvər oğl

Deputat: "Azərbaycan dövləti öz qəhrəmanlarını unutmayacaq

"27 Sentyabr - Anım Günü Azərbaycan xalqının mənəvi yaddaşında xüsusi yer tutan müqəddəs tarixdir. Bu gün Vətən müharibəsində və Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən bütün döyüşlərdə canlarını fəda etmiş şəhidlərimizi

Baş prokuror: "Azərbaycan beynəlxalq platformalarda fəal iştirak edir

"Azərbaycan həmişə beynəlxalq platformalarda fəal iştirak edir". xəbər verir ki, bu sözləri Baş prokuror Kamran Əliyev 1 oktyabr - Azərbaycan Respublikası Prokurorluğu işçilərinin peşə bayramı günü və Azərbayca

Kamran Əliyev: "Bu şəxslərə layiqli cəzalar verilib

Azərbaycanlılara qarşı müharibə cinayəti törədən şəxslərə məhkəmələr tərəfindən layiqli cəzalar verilib. xəbər verir ki, bu sözləri Baş prokuror Kamran Əliyev Azərbaycan Prokurorluğunun yaradılmasının 108-ci ildönümü və prokurorlu

Prezident İlham Əliyev Məsud Pezeşkiana zəng etdi

Sentyabrın 29-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkiana zəng edib. xəbər verir ki, Dövlətimizin başçısı Prezident Məsud Pezeşkianı ad günü münasibətilə təbri

27 Sentyabr: Zəfərin başlanğıcı və şəhidlərimizin əbədi xatirəsi

27 Sentyabr – Vətən müharibəsində Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsinin dərin ehtiram və sonsuz minnətdarlıq hissi ilə yad edildiyi gündür. Azərbaycan Prezidenti


son xeberler yeni xeberler azerbaycan xeberleri xəbər.az cəbhədən son durum bu gunun xeberleri haqqinda melumat son xeberler bugun 2026 azerbaycan