Multimodal marşrut üzrə pilot tranzit konteyner qatarı 2020-ci ildə xəttə buraxılacaq - FOTO

Multimodal marşrut üzrə pilot tranzit konteyner qatarı 2020-ci ildə xəttə buraxılacaq - FOTODaşkənddə Beynəlxalq multimodal marşrutun inkişafı müzakirə olunub.
"Azərbaycan Dəmir Yolları" Qapalı Səhimdar Cəmiyyətindən Milli.Az-a verilən məlumata görə, Özbəkistanın paytaxtı Daşkənd şəhərində beynəlxalq multimodal marşrutun inkişafı üzrə 5 ölkənin - Azərbaycan, Gürcüstan, Qırğızıstan, Türkmənistan və Özbəkistanın dəmir yolları rəhbərlərinin birinci çoxtərəfli görüşü olub.
Görüşdə bu dəhlizin inkişafı üzrə Əlaqələndirmə Komitəsi haqqında əsasnamənin yaradılması və qəbul edilməsi, marşrut üzrə vahid tariflərin hazırlanması və yüklərin daşınması şərtləri müzakirə olunub, müvafiq qərarlar qəbul edilib. Multimodal marşrut üzrə pilot tranzit konteyner qatarının 2020-ci ilin ilk rübündə buraxılması nəzərdə tutulub.
Dəhlizin əhəmiyyətindən danışan "Azərbaycan Dəmir Yolları" QSC-nin sədri Cavid Qurbanov onun iştirakçı ölkələrə fayda gətirəcəyini bildirib.
Çıxışlardan sonra iştirakçı ölkələr arasında çoxtərəfli və ikitərəfli qaydada Protokollar imzalanıb.
İclas çərçivəsində Azərbaycanla Özbəkistan Dəmir Yolları rəhbərləri arasında görüş keçirilib. Müzakirələr "Azərbaycan Dəmir Yolları" QSC-nin sədri Cavid Qurbanovla "Özbəkistan Dəmir Yolları" Səhmdar Cəmiyyəti İdarə Heyətinin sədri Xusnutdin Xasilov arasında aparılıb. İkitərəfli görüşdə nəqliyyat sahəsində əməkdaşlığın inkişafı, beynəlxalq nəqliyyat dəhlizlərindən səmərəli istifadə, eləcə də tranzit yüklərinin həcminin artırılması müzakirə olunub. Görüşdə həmçinin bildirilib ki, Azərbaycanla Özbəkistan arasındakı yük dövriyyəsi 2019-cu ilin yanvar-noyabr aylarında 127 min ton təşkil edib, bu da ötən ilin müvafiq dövrünə nisbətən 18,1 min ton çoxdur. Tərəflər yük həcmlərinin qarşılıqlı artırılması və bu marşrutun inkişafına yönəlmiş tədbirlərin təşkilinə dair razılığa gəliblər.
Milli.Az /news.milli.az

İqtisadiyyat       Tarix: 21 dekabr 2019
f Paylaş

Oxşar xəbərlər

Azər Türk Bankın şəhid əməkdaşının xatirəsi anılıb - FOTOLAR

Dövlət bankı Azər Türk Bankın rəhbərliyi Vətən müharibəsində şəhid olmuş həmkarları Rauf Əliyevin anım günü münasibətilə onun məzarını ziyarət edib. Qəhrəman şəhidimizin əziz xatirəsi dərin ehtiramla yad edilib, məzarı üzərin

Yelo Bank-ın "Parlaq sahillər" aksiyası çərçivəsində Hövsan sahili tullantılardan təmizlənib - FOTOLAR

Sahil zolaqları təkcə istirahət məkanı deyil, həm də dənizin ekosistemini qoruyan təbii sərhəddir. Yerə atılan plastik və digər tullantılar zamanla dənizə düşərək canlı aləmə təsir göstərir, ona görə də sahillərin təmiz saxlanmas

Sahibkarlara 100 000 manatadək mikrokredit və 12 ay güzəşt müddəti

Yeni avadanlıq almaq, anbarı doldurmaq, ikinci filial açmaq və ya sadəcə dövriyyəni gücləndirmək istəyirsiniz? Yelo Bank bu planların hamısı üçün sahibkarlara əlverişli mikrokredit təklif edir. xəbər verir ki, sahibkarla

Azərbaycanın beynəlxalq sanksiya siyahısı yenilənib

Azərbaycanın beynəlxalq sanksiya siyahısına yeni dəyişikliklər edilib. bu barədə Maliyyə Monitorinqi Xidmətinə istinadən xəbər verir. Məlumata görə, dəyişiklik "Hədəfli maliyyə sanksiyaları haqqında" qanunun 5.2-c

AZAL və "Sea Breeze" birgə lotereyanın 100 qalibini müəyyən etdi - FOTOLAR

 Azərbaycan Hava Yolları və "Sea Breeze"inbirgə təşkil etdiyi "Səma və Dəniz" lotereyasının əsas qalibi baş mükafatolaraq "Sea Breeze Resort" ərazisində yerləşən "Park Lane" yaşayı

Qızılın qiyməti kəskin ucuzlaşdı

Dünya bazarında qızılın qiyməti iyulun sonundan bəri ilk dəfə bir troya unsiyası üçün 4 00 dollardan aşağı düşüb. Trend-ə istinadən xəbər verir ki,  qızıl avqust ayında qeydə alınan pik qiymətlə müqayisədə təxminən 15 fai

Qışda bu məhsullar bahalaşa bilər – İqtisadçıdan xəbərdarlıq

Havaların soyuması və qış mövsümünün yaxınlaşması ilə ərzaq bazarında bəzi məhsulların qiymətində dəyişikliklər gözlənilə bilər. Xüsusilə mövsümi meyvə-tərəvəz, süd məhsulları və ət bazarında mümkün qiymət artımları istehlakçılar

Qadınların kişilərdən az maaş almasının səbəbi budur - AÇIQLAMA

2025-ci ildə iqtisadi fəaliyyət növləri və cins üzrə orta aylıq nominal əməkhaqqına dair göstəricilər qadınlarla kişilərin qazancı arasında fərqlərin mövcud olduğunu göstərir. Məlumatlara əsasən, 2025-ci ildə qadınların ort

Bank Respublika-dan sərfəli nağd kredit imkanı - "Payız fürsəti

Payız yalnız təbiətin rənglərinin dəyişdiyi deyil, həyatımızda yeniliklərə yer ayırdığımız mövsümdür. Bank Respublika bu mövsümü şəxsi planlarını reallaşdırmaq üçün dəyərləndirmək istəyən müştərilərinə "Payız fürsəti"


azerbaycan xeberleri yeni xeberler son xeberler cəbhədən son xeber son.xeberler ən son xəbərlər en son xeberler bu gun