Münasibətlər gərginləşdikdən sonra İranda güneyli soydaşlarımıza qarşı təqiblər artıb? - AÇIQLAMA + FOTO

Münasibətlər gərginləşdikdən sonra İranda güneyli soydaşlarımıza qarşı təqiblər artıb? - AÇIQLAMA + FOTOMünasibətlər gərginləşdikdən sonra İranda güneyli soydaşlarımıza qarşı təqiblər artıb? - AÇIQLAMA + FOTO
İranla Azərbaycan arasında münasibətlər gərgin olaraq qalır. Qafanda İran konsulluğunun açılması, bundan sonra Ermənistan Xarici İşlər Nazirliyinin 2023-cü ildə Təbrizdə Baş Konsulluq açacağını elan etməsi İranın "müsəlman qardaşım" dediyi Azərbaycana qarşı heç də qardaş kimi davranmadığının bariz nümunəsidir. Son olaraq İranın neft nazirinin qaz məsələləri üzrə müavini Məcid Çəgninin İranın Ermənistana ixrac etdiyi qazın həcmini iki dəfə artıracağını elan etməsi cənub qonşumuzun Ermənistanla əməkdaşlıqda xeyli maraqlı olduğunu göstərir.
Bəs görəsən, Azərbaycanla münasibətlərin kəskinləşməsi İran hakimiyyətinin güneyli soydaşlarımıza münasibətinə necə təsir göstərir?
Məsələ ilə bağlı Oxu.Az-a danışan Azərbaycanlıların İnsan Haqlarının Müdafiəsi Təşkilatının idarə heyəti üzvü Şahin Xiyavi bildirib ki, Azərbaycan Respublikası müstəqil olduğu dövrdən indiyədək İran bu müstəqilliyi həzm edə bilməyib:
Münasibətlər gərginləşdikdən sonra İranda güneyli soydaşlarımıza qarşı təqiblər artıb? - AÇIQLAMA + FOTO"İranın daxilində 40 milyona yaxın Azərbaycan türkü yaşayır, bu baxımdan müstəqil bir Azərbaycan dövlətinin olması onu narahat edir. Ona görə də İranla Azərbaycan arasında münasibətlər gərginləşir. İran müsəlman dövləti olduğunu elan etsə də, onun siyasəti, əməlləri göstərir ki, ötən illər ərzində daim Ermənistanın yanında olub, siyasətini o istiqamətdə aparıb.
Xüsusilə 44 günlük Vətən müharibəsindən sonra molla rejimi Azərbaycana qarşı düşmənçilik nümayiş etdirib, açıq şəkildə Ermənistanı himayə elədi. İran torpaqlarından Ermənistana silahlar daşınırdı. Bunun videosu da yayıldı. Amma sözdə İran Azərbaycanı dəstəkləyirdi, əməldə isə İran rəsmən Ermənistanın müharibədə qalib olmasını istəyirdi. 30 il torpaqlarımız işğal altında oldu, İran o ərazidə bir dəfə olsun hərbi təlim keçmədi, amma müharibədən sonra mütəmadi olaraq Azərbaycanın suverenliyinə, ərazi bütövlüyünə qarşı təzyiq göstərməyə çalışdı. Azərbaycana qarşı təbliğat apardı".
Həmsöhbətimiz vurğulayıb ki, İran əhalisinin 40 milyonu azərbaycanlılardan ibarətdir, əgər hazırkı mövqeyini davam etdirərsə, vəziyyət İran üçün ağır olacaq:
"Tehran Azərbaycanın yanında durmaqla ölkədə yaşayan 40 milyon Azərbaycan türkünün də könlünü ələ ala bilərdi, amma bu yolu seçmədi. Düzü, Ermənistan bazarı İran üçün o qədər də böyük əhəmiyyətə malik deyil. Ermənistan əhalisi az olan bir ölkədir. Azərbaycan İran üçün daha qazanclı bir bazar ola bilərdi. Amma baxırıq ki, molla rejimi həm İranda yaşayan azərbaycanlıları cəzalandırmağı, həm də Azərbaycan dövlətinə qarşı çox çirkin addımlar atmağı seçir.
Bunun bir nümunəsi də Ermənistanın Qafanda konsulluğunun açılması, həmçinin Təbrizdə də buna hazırlaşmaları xəbəridir. Buna qərar verilsə, xüsusilə Azərbaycan türkləri tərəfindən ciddi etirazlarla qarşılaşacaq. Molla rejimi yaxşı bilir ki, bu iş bir nöqtədə partlayacaq və nəticələr onun özü üçün ağır olacaq. Xameneinin dini nümayəndələri hələ ki Ermənistan XİN-in Təbrizdə konsulluq açılacağına dair açıqlamasına münasibət bildirməyiblər. Bütün bunlara baxmayaraq, azərbaycanlılara qarşı hələ o qədər təqiblər olmaz, İran bu məsələdən çəkinir. Çünki hazırda ölkədə olan etirazlar işlərə təsir edir".
Hüquq müdafiəçisi İrandakı soydaşlarımızın Azərbaycan mediasını çox diqqətlə izlədiklərindən də söz açıb:
"İranda fars millətçiliyini müdafiə edən bir axın vardı, onların dövləti Azərbaycana qarşı qaldırmaq kimi rolları vardı. Onların sosial mediada Azərbaycanın KİV-inin Güneylə bağlı yazılar yazdığını görməsi İran dövlətində ciddi narazılıq yaradıb. Çünki artıq Cənubi Azərbaycandan mənə gələn xəbərlər odur ki, insanlar Quzey mediasını böyük sevinclə izləyirlər. Bu bizim üçün çox xoşdur. İran-Azərbaycan gərginliyinin artması güneyliləri müstəqil Azərbaycana daha da yaxınlaşdırır".
Sayad Həsənli

Maraqlı       Tarix: 11 noyabr 2022
f Paylaş

Oxşar xəbərlər

"İdeal" valideyn olmaq üçün nə etməli? - ARAŞDIRMA

"İdeal" valideyn olmaq üçün nə etməli? - ARAŞDIRMA. "İdeal" valideyn olmaq istəyi emosional tükənməyə və uşağın davranışı üzərində nəzarətin daha da itirilməsinə səbəb olur. Bu barədə "MedicalXpress"

Səhrada uca göydələnləri, yamyaşıl bağları, fəvvarələri ilə heyrətamiz şəhər - BƏLƏDÇİ + FOTO

Səhrada uca göydələnləri, yamyaşıl bağları, fəvvarələri ilə heyrətamiz şəhər - BƏLƏDÇİ + FOTO. Əbu-Dabi - səhranın üstündə yüksələn şəhərdir. Birləşmiş Ərəb Əmirliklərinin yeddi əmirliyindən biri və ölkənin biznes, siyasi

İspaniyada ilk dəfə: Onlarla insanda siçovul xəstəliyi aşkar edildi

İspaniyada ilk dəfə: Onlarla insanda siçovul xəstəliyi aşkar edildi. İspaniyada dünyada ilk dəfə olaraq insanlarda onlarla siçovul hepatiti E-yə yoluxma halı müəyyən edilib. Bu barədə "El Pais" qəzetində yazı dər

Avropada minlərlə insanın ölüm səbəbi ilə bağlı maraqlı HESABAT

Avropada minlərlə insanın ölüm səbəbi ilə bağlı maraqlı HESABAT. Avropada hər gün 10 min insanın ürək-damar xəstəliklərindən ölümünün əsas səbəbi həddindən artıq duz istehlakıdır. Bu barədə Ümumdünya Səhiyyə Təşkilatını

Yerə oxşayan yeni planet aşkarlandı - FOTO

Yerə oxşayan yeni planet aşkarlandı - FOTO. Alimlər bizdən nisbətən yaxın məsafədə - 55 işıq ili məsafəsində yerləşən "SPECULOOS-3b" adlı, ölçülərinə görə Yerə oxşayan daş planet aşkar ediblər. Araşdırma "Natur

Nirezo Official Azərbaycanın tanınmış endirim bloqu

Azərbaycanda sosial media üzərindən endirimlər, kampaniyalar və sərfəli alış-veriş imkanlarını izləyicilərə çatdıran Nirezo Official ölkənin ən tanınmış endirim platformalarından biri kimi fəaliyyət göstərir. Müxtəlif sosia

May ayının təqvimində yeni əlamətdar gün peyda oldu

May ayının təqvimində yeni əlamətdar gün peyda oldu. BMT Baş Assambleyası 25 may tarixinin Ümumdünya Futbol Günü elan olunması barədə qətnamə qəbul edib. Bu barədə beynəlxalq təşkilatın Mətbuat Xidməti məlumat yayıb. Qey

Hava dəyişdikdə oynaqlar niyə ağrıyır? - SƏBƏB

Hava dəyişdikdə oynaqlar niyə ağrıyır? - SƏBƏB. "Dayaq-hərəkət aparatının xəstəlikləri, xüsusən də artroz olan xəstələrdə hava şəraiti dəyişdikdə ağrılar artır". Bu barədə rusiyalı revmatoloq Alina Puzakova danışıb

Neandertal insanın sümüklərində tapılan qədim viruslara yeni həyat veriləcək

Neandertal insanın sümüklərində tapılan qədim viruslara yeni həyat veriləcək. Bu gün də sirkulyasiya edən üç ümumi virusun genetik ardıcıllığı 50 min ildən çox əvvəl yaşamış neandertalların qalıqlarında tapılıb. San-Paul


yeni xeberler azerbaycan xeberleri son xeberler sou biznes ən son xeberler azerbaycan son xeber bugun son xeber 2026