Musa Musayev Mədət Quliyevlə bağlı xəbərə belə REAKSİYA VERDİ
"Belə bir məsəl var: Desəm öldürərlər, deməsəm ölləm! Ümumiyyətlə, mən sosial şəbəkələrdə fəalam, eyni zamanda da mətbuatı, saytları və internet televiziyalarını mütəmadi izləyirəm!".
KONKRET.az xəbər verir ki, bunu sabiq YAP-çı deputat, Naftalan Şəhər İcra Hakimiyyətinin sabiq başçısı Musa Musayev sosial şəbəkə hesabında paylaşıb.
"Nəyi xoşlamıram: digər insanların, kimliyindən asılı olmayaraq şəxsi həyatlarının müzakirələrini gündəmə gətirməyi! Məsələn: Mədət Quliyev boşandı, kimsə kiminləsə evləndi və sairə! Adama deyərlər: sənə nə dəxli var? Ayıb deyilmi, guya bunu yazanların özlərinin problemi yoxdur?
Gündəmi bu mənasız mövzularla doldurmayın, hörmətli jurnalistlər! Yazmağa mövzu tapmırsınızsa, mənə müraciət edin, mən də sizə kömək edim! Bəzən cəlbedici başlıqlar qoyursunuz, baxanda görürsən ki başlığın mövzuya aidiyyatı yoxdur! Təəssüflər olsun ki, Milli Məclis Mətbuat haqqında bu günə qədər normal bir qanun qəbul etməyib. Bundan da süni istifadə olunur və kim nə istəyirsə, onu da yazır və paylaşır. Bu bizim mətbuatın faciəsidir! Gələcək nəsillər bunu bizə bağışlamayacaqlar! Senzura olmalıdır, ruslar demişkən: "bezpridelə" son qoyulmalıdır" – Musa Musayev əlavə edib.
Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Azərbaycanda meymunçiçəyinə yoluxma var? – Rəsmi
Bakıda dəhşətli hadisə:Yeniyetmə ürəyindən VURULDU
Naxçıvanda zəncirvari qəza - Azyaşlı öldü, xəsarət alanlar var
İmran Əliyevə 12 il iş istənildi
Vüsalın qətlini gözləri ilə görüb - "Bıçağı üstünə sürtərək yanımdan keçdi..."
Yaponiyanın böyük imperiya arzusu: Qərbi təqlid etdi, Asiyaya hökmranlıq etdi
Türkiyə ilə viza rejimi tətbiq edilir? - SƏBƏBLƏR
Türk millətçiliyini zəhərləməyə çalışanlar... - Baxçalı
Kapital Bank enerji effektivliyi üzrə layihəni maliyyələşdirdi: günəş panelləri qurulur
Nəsrin Cavadzadə Türkiyədə onu təhqir edənləri məhkəməyə verdi
"Hər həftə bir ev alırdım
Leyla Əliyeva Arkadağ şəhərində Uşaq Sağlamlığı və Reabilitasiya Mərkəzinin fəaliyyəti ilə tanış olub
Bakcell-in baş icraçı direktoru ADA Universitetinin tələbələri ilə görüşüb
Aşqabadda Türkmənistan Dövlət Simfonik Orkestrinin konserti olub
Azərbaycanla Ukrayna müxtəlif sahələrdə əməkdaşlığı müzakirə edib