Müşfiq Abbasov: "Şuşa" komandasının adını qaytardıq
Aleksandr Maslyakovla danışıqlarda şərt qoyduq ki, ya komandanın adını qaytarırıq, ya da yarışı tərk edirik.
Nəticədə məqsədimizə nail olduq və bundan sonra "Şuşa" komandası olaraq Sankt-Peterburq ŞHK Liqasında çıxış edəcəyik.
Bunu Oxu.Az-a açıqlamasında komandanın prodüseri Müşviq Abbasov deyib.
Xatırladaq ki, bundan əvvəl Soçidə hər il keçirilən festivala yollanan və birinci mərhələdən uğurla keçən "Şuşa" ŞHK komandası ikinci mərhələdə adını dəyişmək məcburiyyətində qalıb.
Bu xəbər azərbaycanlı sosial şəbəkə istifadəçilərinin hiddətinə, ermənilərin isə sevincinə səbəb olub. Vətəndaşlarımız qeyd ediblər ki, komandanın adını dəyişməkdənsə, ŞHK-dən ayrılmaq daha yaxşıdır.
Komandanın prodüseri Müşfiq Abbasov məlumat verib ki, birinci turdan sonra baş tutan iclasda redaktorlardan bir nöbəti mərhələdə iştirak edəcək komandaların siyahısını açıqlayıb. O, bildirib ki, "Şuşa" komandası ancaq adını dəyişdiyi təqdirdə ikinci turda iştirak edə bilər. Bu tələbi milliyyətcə erməni, Aleksandr Maslyakovun müavini Ruben Caqinyan irəli sürüb.
Müşfiq Abbasovun sözlərinə görə, ikinci mərhələyə adlamaq və Aleksandr Maslyakovla görüşmək imkanı əldə etmək üçün onların komandası adını dəyişmək məcburiyyətində qalıb.

Bakı Hərbi Kollecinin kursantı vəfat etdi
Merz Aİ-nin büdcə planının bir neçə yüz milyard avro azaldılmasını istəyib
İranda benzin bahalaşdı, Azərbaycanda nə olacaq? - AÇIQLAMA
"Qarabağ"da qızlardan ibarət yeni komanda yaradıldı
Tramp müharibənin bitmə zamanını açıqladı
Natiq Cəfərli: "Bank faizləri aşağı salınmalıdır"
Azərbaycanda qızıl bahalaşdı
Zelenski o hərəkətinə görə tənqid olundu
XİN Şimali Koreyanı təbrik etdi – FOTO
Azərbaycanda maaş artdı
Zubir "Qarabağ"a qayıdır? – SÜRPRİZ
Bakıda mağazada qadın döyüldü
Məşhur türk aktyoru vəfat etdi
39 yaşlı qadın bıçaqlandı: qardaşı saxlanıldı
Minlərlə rus 5 ölkəyə girəcək – Siyahıda Azərbaycan da var