Mustafa Şentop: 'Bölgədə sülh üçün işlərimizi sürətləndirəcəyik
"Azərbaycan, Türkiyə və Pakistan arasındakı münasibətlər dostluq və qardaşlıq əsasında formalaşıb".
Azxeber.com xəbər verir ki, bunu Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentop Azərbaycan parlamentində keçirilən birinci üçtərəfli görüşdə çıxışı zamanı deyib.
Onun sözlərinə görə, bu görüş Azərbaycanla Türkiyə arasında əlaqələrin daha da möhkəmlənməsi işinə töhfə verəcək: "İki ölkə arasında bütün sahələrdə uğurlu əməkdaşlıq var. Bu görüş üç ölkə arasında mövcud olan birliyi nümayiş etdirir. Həm Türkiyə, həm də Pakistan Vətən müharibəsinin ilk anlarından Azərbaycana dəstək olurdu. "Şuşa bəyənnaməsi"nin imzalanması üç ölkənin birliyindən xəbər verir".
M.Şentop bildirib ki, Azərbaycan əhatəli sülh sazişi imzalamaq çağırışı etdi: "Bölgədə sülh üçün işlərimizi sürətləndirəcəyik. Burada "Bakı bəyannaməsi" imzalanacaq. Bu sənəd bölgəmizin təhlükəsizliyi və əmin-amanlığının təmin edilməsinə öz töhfəsini verəcək. Üçtərəfli münasibətləri institutlaşdırmaq baxımından bu bəyanat mühüm rol oynayır".
Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Seymur Cəfərov vəfat etdi
Azercell abunəçilərinə mənzil, avtomobil və iPhone hədiyyə edir
Anım Gününə həsr olunmuş qanvermə aksiyası keçirilib - FOTO
Bakcell İçərişəhərin tarixi irsini rəqəmsal texnologiyalarla canlandıracaq
Unibank və FMO əməkdaşlığı bərpa edir: 50 milyon ABŞ dolları kredit sazişi imzalanıb
"Fənərbağça" bu tarixdə Azərbaycana gələcək
"Bütün keçmişimi və pulumu itirdim" - Roberto Karlos
Azərbaycan millisi 16:0 hesabı ilə məğlub oldu
Ukraynanın oyunu azərbaycanlı hakimə tapşırıldı
13 yaşlı oğlan faciəvi şəkildə öldü
Bakıda zibil maşını yaşlı kişini vurub öldürdü
Tehranda yeni savaş: Pezeşkian hədəf alındı – Hərbi çevriliş
Kərki Azərbaycana qaytarılır? - Müzakirələr qızışır
Kamran Əliyev Qarabağdakı bərpa işlərindən danışdı
Prezident sərəncam imzaladı