"Müştərinin psixologiyası və istəklərinə bələd olmağım məhsul və xidmətlərimizin rəqəmsallaşdırılmasına kömək edir

AccessBank-ın simaları rubrikasında bugünkü həmsöhbətimiz Onlayn satışlar şöbəsinin meneceri İxtiyar Əhmədovdur.
azxeber.com həmin müsahibəni təqdim edir:
- İxtiyar bəy, sizi doğum gününüz və yeni təyinatınız münasibətilə təbrik edirik! Həm yeni yaşınızda, həm də yeni vəzifənizdə bol-bol uğurlar arzu edirik! Yeni mövqeyinizdə ilk növbədə nə etməyi planlaşdırırsınız?
- Təbriklərə və xoş sözlərinizə görə təşəkkür edirəm! Bəli, bu ilin yanvar ayından AccessBank-ın Onlayn satışlar şöbəsinin meneceri kimi fəaliyyətimi davam etdirirəm. 
Gənc nəsil müştərilərimiz rəqəmsal mühitdə böyüyüblər. Eyni zamanda, müxtəlif yaşda olan çoxlu sayda müştərilərimiz bank xidmətlərini rəqəmsal mühitdə - necə deyərlər - əllərinin altında və smartfon ekranlarından mümkün qədər tez əldə etmək istəyirlər. Həm müştəri gözləntiləri, həm də bank sektorundakı rəqabət rəqəmsal məkanda mümkün qədər daha çox xidmətlərin onlayn-a - "burada və indi"-yə keçidini tələb edir. Bu baxımdan bizim bütün yeniliklərimiz məhsullarımızın "onlayn əkizlərini" yaratmağa yönəlib ki, müştərilər istənilən vaxt filiala getmədən məhsullarımızdan onlayn şəkildə istifadə edə bilsinlər. Hazırda AccessBank-ın peşəkar komandası ilə birlikdə məhz onlayn məhsulların artırılması üzərində işləyirik.
- Neçə ildir AccessBank-da işləyirsiniz? Bildiyimə görə, siz bankın bir çox filiallarında çalışmısınız. Hansı filial sizə daha yaxındır?
- Bir saniyə sayım. 17! Artıq 17 ildir ki, AccessBank-da işləyirəm. Bilirsiniz, AccessBank mənim ilk rəsmi iş yerimdir. O vaxtlar bank hətta başqa cür adlanırdı - Azərbaycan Mikromaliyyələşdirmə Bankı. Bankda işə qəbul müsahibəsi hələ də yadımdadır. Məni xoş xatirələrə qaytardınız. O vaxtdan ailəmə çevrilən komandada illər keçib. AccessBank-da işlədiyim müddətdə bir çox filiallarda işləmişəm - haradasa daha uzun müddət, haradasa qısa. Bankın əksər işçiləri ilə şəxsən tanışam. AccessBank təkcə mənim üçün doğma deyil. O, bir çoxlarımız üçün böyük mehriban bir ailədir.
İşlədiyim filiallardan ən doğmasını seçmək mənim üçün çox çətindir. Çünki onların hər biri mənim üçün özünəməxsus şəkildə əziz və yaxındır.
- Siz bankın müxtəlif filiallarında çalışmısınız, yaxın vaxtlara qədər uzun müddət Xəqani filialının rəhbəri olmusunuz, indi isə AccessBank-ın baş ofisinə keçmisiniz. Filialdan baş ofisə keçid necədir? Bu keçidə alışmaq çətin deyilmi?
- Təbii ki, filialdan baş ofisə keçmək mənim üçün dəyişiklik oldu. Filialda müştərilərlə daha çox ünsiyyətdə olursan, baş ofisdə isə daha çox həmkarlarınla birgə çalışırsan.  
Filiallar ilk növbədə müştərilərlə işlədiyi halda, baş ofis bankın fəaliyyətini təşkil edən prosesləri idarə edir. Bu proseslərin idarə edilməsi mənim üçün çox maraqlıdır - buna görə də "sahə"də işləyərək yığdığım təcrübəni baş ofisə keçirmək qərarına gəldim. 
Rəqəmsal məkana keçidlə bağlı dəyişikliklər, innovasiyalar mənim üçün yeni təcrübədir. Bununla belə, müştərinin psixologiyasına və istəklərinə bələd olmağım məhsul və xidmətlərimizin rəqəmsallaşdırılmasında mənə və komandama kömək edir.
- Bildiyimə görə, uşaqlıqda şahmat üzrə Azərbaycan çempionu olmusunuz. Şahmat üzrə bilik və bacarıqlarınız işinizdə strategiya qurmağınıza nə dərəcədə kömək edir?
- Məni ətraflı araşdırmısız ki! Bəli, həqiqətən də uşaqlıqda çox sayda şahmat turnirlərində qalib gəlib çempion adını qazanmışam. Bəzi səbəblərdən Avropa Şahmat Çempionatında iştirak edə bilmədim. Bu, məni çox məyus etmişdi, amma necə deyərlər, hər şey yaxşılığa doğrudur. Qarşıda məni başqa zirvələr gözləyirdi.
İstənilən biznes məqsəddən və məqsədə çatmaq üçün strategiyadan ibarətdir. Və əlbəttə ki, şahmatlı keçmişim və əldə etdiyim strateji planlaşdırma bacarığım işimdə əlimdən çox tutur. 
Ancaq şahmatdakı və biznesdəki strateji planlaşdırma arasında fərq var. Tək oynadığınız şahmatdan fərqli olaraq, biznesdə strateji planlaşdırma sizdən, komanda üzvlərinizdən və bütün təşkilatın korporativ mədəniyyətindən asılıdır. Komanda ilə birlikdə tək əldə edə bildiklərimizdən daha çoxuna nail oluruq. 
- Siz həm də atasız. Övladlarınızın maraqları nədir? Bank işinə həvəslər var? 
- Bəli, bir qız və bir oğul atasıyam. Hər ikisi əlaçıdır. Bunda mənə oxşayıblar. Həmçinin qızım bir çox fənn olimpiyadalarının qalibi və mükafatçısıdır, gələcəkdə həkim olmaq istəyir. Oğlum isə informasiya texnologiyaları və müxtəlif rəqəmsal həllərlə maraqlanır. Burada onunla maraqlarımız üst-üstə düşür. Bundan əlavə, oğlum idmançıdır və kikboksinq üzrə bir çox beynəlxalq yarışların qalibidir. Bilirsiniz, hər səhər evdə övladlarımın kubokları, medal və sertifikatlarına baxıram. Hər günü belə motivasiya ilə başlamaq məni daha da ilhamlandırır.  

İqtisadiyyat       Tarix: 31 mart 2022
f Paylaş

Xidmetler [newsid: 0-123300]

Oxşar xəbərlər

Bank Respublika regionlarda sahibkarlıq üçün AİB-dən 40 milyon dollar cəlb edib

Bank Respublika və Asiya İnkişaf Bankı (ADB) regionlarda mikro, kiçik və orta sahibkarlığın, eləcə də aqrar sektorun maliyyələşdirilməsinə yönəlmiş 40 milyon ABŞ dolları məbləğində kredit sazişi imzalayıblar. Vəsait kən

Türk İnvestisiya Fondunun Rəhbərlər Şurasına sədrlik Azərbaycana həvalə olunub

Daşkənddə keçirilən Türk İnvestisiya Fondunun Rəhbərlər Şurasının iclasında Fondun fəaliyyətinin genişləndirilməsi və üzv ölkələr arasında investisiya əməkdaşlığının gücləndirilməsi məsələləri müzakirə edilib. Bu barədə -

Mobil telefonların POS-terminal kimi istifadəsi sahibkarlara nə verəcək? - İqtisadçıdan AÇIQLAMA

Xəbər verdiyimiz kimi, Azərbaycanda mobil telefonların POS-terminal kimi istifadə edilməsi nəzərdə tutulur. Bu məsələ Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında müzakirəyə çıxarıla

"AzerGold" QSC-nin xarici ölkədə ilk törəmə şirkəti – "AzerGold Uzbekistan" təsis edilib

"AzerGold" QSC-nin xarici ölkədə ilk törəmə şirkəti  "AzerGold Uzbekistan" Xarici İnvestisiyalı Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) Özbəkistan Respublikasında dövlət qeydiyyatına alınıb. İki ölkə arasınd

PAŞA Bankın təşkilatçılığı ilə KOB-ların idxal və ixrac fəaliyyətinə dəstək imkanları müzakirə olunub

PAŞA Bank, Azərbaycan–Fransa Ticarət və Sənaye Palatası (AFChamber) və Deloitte Azərbaycanın birgə təşkilatçılığı ilə kiçik və orta biznes subyektlərinin nümayəndələri üçün "Əlverişli gömrük tənzimləmələri və müvafi

Azərbaycanda ödəniş kartlarının sayı sürətlə artır - İqtisadçı səbəbləri açıqladı

Bu ilin avqust ayından Azərbaycanda kartdan-karta ("Card to card") köçürmə əməliyyatlarına limitlərin tətbiqi fonunda ölkədə ödəniş kartlarının sayındakı artım iki dəfədən çox sürətlənib. Azərbaycan Mərkəzi Bankını

Birbank-dan "7 gözəl gün": bonuslar və 70%-dək endirim fürsəti

Ölkənin ilk rəqəmsal bankı Birbank 26 oktyabr – 1 noyabr tarixlərində müştərilərinə daha sərfəli alış-veriş imkanı yaradan "7 gözəl gün" kampaniyasını təqdim edir. Kampaniya çərçivəsində müştərilər ödənişlərində

Yelo App-də avto-ödəniş funksiyası istifadəyə verildi

"Sonra ödəyərəm". Hamımız ömrümüzdə bir dəfə də olsa bunu demişik. Sonra isə ya unutmuşuq, ya da son günün tələskənliyinə düşmüşük. Yelo App-də avto-ödəniş funksiyası ilə bu vərdiş artıq keçmişdə qalır! Yeni imka

Füzuli şəhərinə 9 ayda 125 milyon manata yaxın investisiya yatırılıb

Bu ilin yanvar-sentyabr aylarında Füzuli şəhəri üzrə əsas kapitala 124 milyon 607,9 min manat investisiya yatırılıb. Bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir. Bu ilin 9 ayında bu şəhər üzrə 132 milyo


azerbaycan xeberleri son xeberler yeni xeberler son xeberler bugun 2026 muharibe son xəbərlər azərbaycanda cəbhədən son durum ən son xəbərlər bugün