Mütəxəssisdən açıqlama: Mərmərə dənizindəki zəlzələ İstanbulda gözlənilən böyük zəlzələdən xəbər verir? - FOTO

Mütəxəssisdən açıqlama: Mərmərə dənizindəki zəlzələ İstanbulda gözlənilən böyük zəlzələdən xəbər verir? - FOTOMütəxəssisdən açıqlama: Mərmərə dənizindəki zəlzələ İstanbulda gözlənilən böyük zəlzələdən xəbər verir? - FOTO
Türkiyədə Mərmərə dənizində 5,1 və 4,5 bal gücündə ard-arda baş verən iki zəlzələ qorxu və təşvişə səbəb olub. 
Belə ki, 5,1 bal gücündə ilk zəlzələ İstanbul və ətraf vilayətlərdə hiss olunub. Bundan dərhal sonra 4,5 bal gücündə daha bir zəlzələ qeydə alınıb.
Bir-birinin ardınca gələn zəlzələlər gözlənilən böyük Mərmərə zəlzələsi ilə bağlı xəbərləri gündəmə gətirib.
Bununla bağlı türkiyəli mütəxəssis, geoloq Okan Tüysüz NTV-nin canlı yayımında qiymətləndirmələr aparıb.  
O, bundan sonra yenə də təkanların, afterşokların ola biləcəyi barədə xəbərdarlıq edib.
"Qırılma xətlərindən biri Düzce, Adapazarı, Gölcükdən keçərək bizim üzərində böyük zəlzələni gözlədiyimiz Mərmərə dənizindəki Saros körfəzinə qədər uzanır. Bu, təxminən hər 250-300 ildən zəlzələ əmələ gətirən qırılma xəttidir.
Bu xəttin üzərində İstanbulda illərdir haqqında danışdığımız zəlzələnin olmasını proqnozlaşdırırıq. İkinci xətt isə Pamukova İznik gölünün cənubundan keçərək Gemlik körfəzinə daxil olur, dənizin içi ilə davam edir və Bandırmadan Edremit körfəzinə qədər uzanır.
Ancaq bu xəttin üzərində zəlzələlər çox uzun fasilələrlə baş verir. Bu xəttin axırıncı dəfə nə vaxt qırıldığı mübahisəlidir. Bu səbəbdən Gemlik körfəzinə çatanda bir neçə qola ayrılır.
Buna görə də hansı xəttin qırıldığı, bu zəlzələni hansı qolun yaratdığı ilə bağlı hələlik kifayət qədər məlumatımız yoxdur.
Bunu başa düşdükdən sonra daha yaxşı şərh etmək şansımız olacaq. 5,2 bal gücündə zəlzələ isə 4,5 bala qədər afterşoklar yarada bilər", - deyə Okan Tüysüz qeyd edib.
Mütəxəssisdən açıqlama: Mərmərə dənizindəki zəlzələ İstanbulda gözlənilən böyük zəlzələdən xəbər verir? - FOTOMütəxəssisdən açıqlama: Mərmərə dənizindəki zəlzələ İstanbulda gözlənilən böyük zəlzələdən xəbər verir? - FOTOMütəxəssisdən açıqlama: Mərmərə dənizindəki zəlzələ İstanbulda gözlənilən böyük zəlzələdən xəbər verir? - FOTOMütəxəssisdən açıqlama: Mərmərə dənizindəki zəlzələ İstanbulda gözlənilən böyük zəlzələdən xəbər verir? - FOTOMütəxəssisdən açıqlama: Mərmərə dənizindəki zəlzələ İstanbulda gözlənilən böyük zəlzələdən xəbər verir? - FOTOMütəxəssisdən açıqlama: Mərmərə dənizindəki zəlzələ İstanbulda gözlənilən böyük zəlzələdən xəbər verir? - FOTOMütəxəssisdən açıqlama: Mərmərə dənizindəki zəlzələ İstanbulda gözlənilən böyük zəlzələdən xəbər verir? - FOTOMütəxəssisdən açıqlama: Mərmərə dənizindəki zəlzələ İstanbulda gözlənilən böyük zəlzələdən xəbər verir? - FOTOMənbə: Haber Global / oxu.az

Maraqlı       Tarix: 04 dekabr 2023
f Paylaş

Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Alimlərdən ömrün uzunluğu ilə bağlı sevindirici proqnoz

Alimlərdən ömrün uzunluğu ilə bağlı sevindirici proqnoz. Alimlər əsrin ortalarına qədər gözlənilən ömür uzunluğunun nə qədər artacağını müəyyən ediblər. Beynəlxalq alimlər qrupu 2050-ci ilə qədər qlobal ömür uzunluğu il

Fiziki fəaliyyətin xərçəng riskini necə azaltdığı məlum olub

Fiziki fəaliyyətin xərçəng riskini necə azaltdığı məlum olub. "Fiziki fəaliyyət hüceyrə funksiyasını yaxşılaşdırır və orqanizmdə xərçənglə bağlı xroniki iltihabı aradan qaldırır". Bu barədə xərçəngin reabilitasiyas

Beyninə çip yerləşdirilimiş ilk pasiyentin son vəziyyəti açıqlandı

Beyninə çip yerləşdirilimiş ilk pasiyentin son vəziyyəti açıqlandı. İlon Maskın "Neuralink" proqramı çərçivəsində 2024-cü ilin martında ilk dəfə beyninə çip yerləşdirilmiş xəstənin son vəziyyəti açıqlanıb. Xəst

Yer kürəsini istiləşmədən qoruyacaq material hazırlanıb

Yer kürəsini istiləşmədən qoruyacaq material hazırlanıb. Tədqiqatçılar karbon qazı və digər istixana qazlarını udan yeni növ məsaməli material hazırlayıblar. Bu barədə "Science Alert" nəşrində dərc olunan məqaləd

Chevrolet Ehtiyyat Hissələri seçərkən baxmalı olduğunuz 5 Məqam

Chevrolet ehtiyyat hissələri avtomobilin texniki sağlamlığını qorumaq, təhlükəsiz hərəkətini təmin etmək və uzunmüddətli istifadəsini mümkün etmək baxımından əsas rol oynayır. Bu hissələrin keyfiyyətsiz və ya uyğun olmaya

Arktikada strateji əhəmiyyət daşıyan torpaq sahəsi satışa çıxarılıb

Arktikada strateji əhəmiyyət daşıyan torpaq sahəsi satışa çıxarılıb. Arktikada Şpitsbergen arxipelaqında torpaq sahəsi 300 milyon avroya (323 milyon dollar) satışa çıxarılıb. Qeyd olunub ki, geosiyasi əhəmiyyəti olan əraz

Həkim məsləhəti: Maqnit qasırğası zamanı səfərə çıxmaq olarmı?

Həkim məsləhəti: Maqnit qasırğası zamanı səfərə çıxmaq olarmı?. "Maqnit qasırğası zamanı uçuşlar və avtomobil səfərləri xroniki ürək-damar xəstəlikləri olan insanlar üçün əlavə sağlamlıq riskləri yaradır. Onların vəziyyət

Hava dəyişdikdə oynaqlar niyə ağrıyır? - SƏBƏB

Hava dəyişdikdə oynaqlar niyə ağrıyır? - SƏBƏB. "Dayaq-hərəkət aparatının xəstəlikləri, xüsusən də artroz olan xəstələrdə hava şəraiti dəyişdikdə ağrılar artır". Bu barədə rusiyalı revmatoloq Alina Puzakova danışıb

Duzlu qida sevənlərə xəbərdarlıq: Dəhşətli xəstəliyə səbəb olur

Duzlu qida sevənlərə xəbərdarlıq: Dəhşətli xəstəliyə səbəb olur. Vyana Tibb Universitetinin (Avstriya) alimləri qidaya duz əlavə etmək, həmçinin duzlu qidaların həddindən artıq istehlakı ilə mədə xərçənginə tutulma riskini


son xeberler azerbaycan xeberleri yeni xeberler kriminal maraqlı xəbərlər sonxeberler en yeni xeberler