Mütəxəssisdən İslandiyada vulkan püskürməsi ilə bağlı iddia: Dünyaya təsir edə bilər

Mütəxəssisdən İslandiyada vulkan püskürməsi ilə bağlı iddia: Dünyaya təsir edə bilərMütəxəssisdən İslandiyada vulkan püskürməsi ilə bağlı iddia: Dünyaya təsir edə bilər
"İslandiyada baş verən son zəlzələlərdən sonra Faqradalsfyall vulkanının gözlənilən püskürməsi Türkiyəyə də təsir edə bilər".
Bunu türkiyəli mütəxəssis, Meteorologiya Mühəndisləri Palatasının baş katibi Emel Ünal bildirib.
Emel Ünal bu partlayışın şiddətindən asılı olaraq dünyanı təsir altına ala biləcəyini deyib.
İslandiyadakı Faqradalsfyall vulkanı ətrafında baş verən zəlzələlərdən sonra vulkanik fəaliyyətlərlə bağlı narahatlıqlar səbəbilə fövqəladə vəziyyət elan edilib. İslandiya Meteorologiya İdarəsi də Reykyanes yarımadasında vulkan püskürməsi ehtimalının yüksək olduğunu nəzərə çatdırıb.
Emel Ünal vulkanların dünyanın tarazlıq nöqtələri olduğunu və 20-ci əsrdə baş verən iki böyük partlayışın atmosferə təsir etdiyini, nəticədə dünyada soyumanın müşahidə edildiyini qeyd edib.
"Araşdırdığımız zaman partlayış və püskürmələrin müxtəlif effektlərini görə bilərik. Bu, bəzən yağıntıların artması, bəzi hallarda külək vasitəsilə çox uzaq məsafələrə yayılması, havanın çirklənməsi ilə müşayiət oluna bilər. Əgər vulkana yaxın ərazidirsə, hava şəraitinə görə uçuşların ləğv edilməsi kimi təsirləri ola bilər", - deyə Ünal bildirib. 
Mütəxəssisin sözlərinə görə, iqlim dəyişikliklərində vulkanik püskürmələrin az da olsa təsirini görmək mümkündür.
Emel Ünal 2010-cu ildə Avropada vulkan püskürməsi nəticəsində yaranan kül buludları səbəbilə uçuşların dayandırıldığını xatırladıb. O, belə bir vəziyyətdə əlverişsiz hava məkanı şərtlərinin Türkiyəyə də təsir edə biləcəyi ehtimalını dəyərləndirib.
"Əgər bu vulkan partlaması nəticəsində Avropa üzərində kül buludları toplanarsa və yuxarı qatlara qalxarsa, oradan reaktiv axınlar və küləklər vasitəsilə bizə gəlmə ehtimalı da var, təbii ki. Bunun baş verməyəcəyinə, tamamilə sıfır ehtimalı olduğuna zəmanət verilə bilməz. Partlayışın necə baş verəcəyi, necə gerçəkləşəcəyi, atmosferin hansı qatına qalxacağı, hətta kül, toz və ya kükürd miqdarı belə, çox şeyə təsir edəcək", - deyə Ünal əlavə edib.
Mənbə: Haber Global / oxu.az

Maraqlı       Tarix: 21 noyabr 2023
f Paylaş

Xidmetler [newsid: 0-123300]

Oxşar xəbərlər

Neandertal insanın sümüklərində tapılan qədim viruslara yeni həyat veriləcək

Neandertal insanın sümüklərində tapılan qədim viruslara yeni həyat veriləcək. Bu gün də sirkulyasiya edən üç ümumi virusun genetik ardıcıllığı 50 min ildən çox əvvəl yaşamış neandertalların qalıqlarında tapılıb. San-Paul

İlon Mask insandakı telepatiya qüvvəsini sınamaq üçün könüllü axtarır

İlon Mask insandakı telepatiya qüvvəsini sınamaq üçün könüllü axtarır. "Neuralink" şirkəti insana düşüncənin köməyi ilə qadcetləri idarə etməyə imkan verəcək "Telepathy" implantı ilə eksperiment üçün dah

Appendiksin çıxarılması bağırsaq xərçəngi riskini azalda bilər - TƏDQİQAT

Appendiksin çıxarılması bağırsaq xərçəngi riskini azalda bilər - TƏDQİQAT. Fukusima Tibb Universiteti və Harvard İctimai Sağlamlıq Məktəbinin alimləri müəyyən ediblər ki, appendiksin çıxarılması "Fusobacterium nucleatum"

Chevrolet Ehtiyyat Hissələri seçərkən baxmalı olduğunuz 5 Məqam

Chevrolet ehtiyyat hissələri avtomobilin texniki sağlamlığını qorumaq, təhlükəsiz hərəkətini təmin etmək və uzunmüddətli istifadəsini mümkün etmək baxımından əsas rol oynayır. Bu hissələrin keyfiyyətsiz və ya uyğun olmaya

Arktikada strateji əhəmiyyət daşıyan torpaq sahəsi satışa çıxarılıb

Arktikada strateji əhəmiyyət daşıyan torpaq sahəsi satışa çıxarılıb. Arktikada Şpitsbergen arxipelaqında torpaq sahəsi 300 milyon avroya (323 milyon dollar) satışa çıxarılıb. Qeyd olunub ki, geosiyasi əhəmiyyəti olan əraz

Həkim məsləhəti: Maqnit qasırğası zamanı səfərə çıxmaq olarmı?

Həkim məsləhəti: Maqnit qasırğası zamanı səfərə çıxmaq olarmı?. "Maqnit qasırğası zamanı uçuşlar və avtomobil səfərləri xroniki ürək-damar xəstəlikləri olan insanlar üçün əlavə sağlamlıq riskləri yaradır. Onların vəziyyət

Günəşdəki fırtınanın Yerə kritik təsiri: Partlayışlar mühüm tarazlığı pozub

Günəşdəki fırtınanın Yerə kritik təsiri: Partlayışlar mühüm tarazlığı pozub. Yeni araşdırma göstərir ki, keçən həftə Yer kürəsini vuran güclü Günəş qasırğası fırtınalar dalğasına səbəb ola bilər. Alimlər qrupu son 5 500 i

Duzlu qida sevənlərə xəbərdarlıq: Dəhşətli xəstəliyə səbəb olur

Duzlu qida sevənlərə xəbərdarlıq: Dəhşətli xəstəliyə səbəb olur. Vyana Tibb Universitetinin (Avstriya) alimləri qidaya duz əlavə etmək, həmçinin duzlu qidaların həddindən artıq istehlakı ilə mədə xərçənginə tutulma riskini

Su sızması ustası hansı xidmətləri göstərir?

Su sızması ustası borularda, kranlarda və su bağlantılarında yaranan sızmaları tapır və təmir edir. Su sızması kiçik görünsə də, davam etdikdə divar və döşəmədə nəmlik yarada bilər. Buna görə problemin mənbəyini tapmaq v


son xeberler azerbaycan xeberleri yeni xeberler azerbaycanda son xeberler hava haqqinda cəbhədən son vəziyyət ən son xəbərlər bugün