Mütəxəssisdən xəbərdarlıq: "Son vaxtlar dərman ticarəti fırıldaqçılarının aktivliyi yenidən artıb"
Son vaxtlar ölkəmizdə aptek şəbəkələrindən kənarda fəaliyyət göstərən bir qrup dərman ticarəti fırıldaqçılarının aktivliyi yenidən artıb.
Milli.Az xəbər verir ki, bunu Trend-ə Azərbaycan Tibb Universitetinin dosenti Fuad İslamzadə deyib.
Onun sözlərinə görə, bu adamlar artıq bəzi mətbuat orqanlarının rəhbərlərinin də sadəlövhlüyündən istifadə edərək, ən yaxşı halda heç bir müalicəvi təsiri olmayan və hətta insan orqanizminə zərərli ola biləcək preparatları uydurma "alimlərin" adlarından geniş reklam edirlər.
Həmin dərmanlarla bağlı yayılan eyni müsahibənin ayrı-ayrı tanınmış bir neçə alimin adından verilməsinin şahidi olduğunu da deyən F.İslamzadə qeyd edib ki, belə fırıldaqçılar vətəndaşları öz saxta preparatlarını sifariş yolu ilə baha qiymətə almağa şirnikləndirirlər:
"Sizə tövsiyə edirəm ki, öz qiymətli vaxtınızı sərf edib, mətbuatda və sosial şəbəkələrdə "Həkimlər indiyə qədər bunu bizdən gizlədib", "Həkimlər şokda, sağalmaz hesab etdikləri xəstəlik 3 günə yox oldu" kimi başlıqlarla yayımlanan məqalələri oxumayasınız. Bu yolla siz həm dəyərli vaxtınıza qənaət edər, həm dərman ticarəti şarlatanlarının şirin sözlərinə aldanıb xərcə düşməz, həm də o "dərmanların" zərərli təsirinə uğramaq riskindən azad olarsınız. Nəzərə alın ki, belə reklam edilən preparatlar ən yaxşı halda təsiri tam öyrənilməmiş bioloji aktiv qida əlavələri olur və onlar heç bir ölkədə dərman vasitəsi kimi tanınmır".
F.İslamzadə qeyd edib ki, ən çox reklam edilən preparatlar adətən ya prostat vəzi iltihabının, ya dəri xəstəliklərinin, ya da oynaq xəstəliklərinin müalicəsi ilə bağlı olur.
Milli.Az /news.milli.az

Təzyiqi salmağın inanılmaz yolu - Alimlərdən diqqətçəkən açıqlama
Xankəndi Ultramarafonuna yekun vuruldu
Azərbaycanlı musiqiçi faciəvi şəkildə öldü
Kamboca baş naziri Azərbaycana gəldi
Deputatlardan ABŞ Konqresinin Senator və Nümayəndələr Palatasına müraciət
Masazırda motosikletlə avtomobil toqquşdu - Ölənlər var - Foto
Trampdan Azərbaycan açıqlaması
52 yaşlı piyadanı maşın vurub öldürdü
Qazaxda avtomobil piyadanı vurub, 3 nəfər xəsarət alıb
Gəncədə oğlunu öldürməkdə şübhəli bilinən ata saxlanılıb, daha bir nəfərin yaralandığı məlum olub
Azərbaycanlı reperlə oxuduğu duetə görə saxlanıldı
Bred Pittin yeni sevgilisi - Foto
Evini 3,2 milyona satır - Fotolar
Azərbaycanda müğənni əməliyyatdan sonra öldü - Fotolar
Qızıl 2027-ci ildə neçəyə olacaq? – PROQNOZ