"Müvəqqəti vergi rejimi" bu fəaliyyət sahələrinə aid ediləcək - SİYAHI

"Müvəqqəti vergi rejimi" bu fəaliyyət sahələrinə aid ediləcək - SİYAHIPandemiya ilə əlaqədar sahibkarlıq subyektlərinə dəstək verilməsi məqsədilə Vergi Məcəlləsinə edilmiş son dəyişikliklər bir neçə istiqamətdə əhəmiyyətlidir.
Milli.Az Trend-ə istinadən xəbər verir ki, bu sözləri İqtisadi Resursların Öyrənilməsi Mərkəzinin sədri Ruslan Atakişiyev vergi və sosial qanunvericiliyə edilmiş əsas dəyişiklikləri şərh edərkən deyib.
O vurğulayıb ki, Vergi Məcəlləsinə "Koronavirus pandemiyasının yayılması nəticəsində iqtisadi şəraitin əhəmiyyətli şəkildə dəyişməsi ilə əlaqədar tətbiq edilən müvəqqəti vergi rejimi" adlı 18-ci fəsil əlavə edilib. Həmin əlavə müvəqqəti xarakter daşıyır. Bu fəslin müddəalarının Məcəllənin 222.5-ci maddəsində nəzərdə tutulan şəxslərin yalnız həmin fəaliyyət üzrə əməliyyatlarına tətbiq olunmasını əhatə edir. Vergi Məcəlləsinin yeni müddəaları aşağıdakı şəxslərə şamil ediləcək:
avtomobil nəqliyyatı vasitələri ilə ölkədaxili (şəhərlərarası və rayonlararası, şəhərdaxili və rayondaxili) sərnişin daşımaları (o cümlədən taksi ilə) fəaliyyəti;
yerləşmə vasitələri hesab edilən mehmanxana və mehmanxana tipli digər obyektlərin fəaliyyəti;
turoperator və turagent fəaliyyəti;
sifarişlər üzrə malların, o cümlədən yeməklərin, ərzaq və qeyri-ərzaq mallarının satıcılardan alıcılara daşınması və ya çatdırılması fəaliyyəti;
ictimai iaşə fəaliyyəti;
sərgilərin təşkili, səhnə, istirahət və əyləncə (oyun), kinoteatr, teatr, muzey və konsert zallarının fəaliyyəti;
idman-sağlamlıq obyektlərinin fəaliyyəti;
hazırlıq (tədris) və ixtisasartırma kurslarının, məktəbdənkənar təhsil müəssisələrinin, psixoloji mərkəzlərinin fəaliyyəti.
Dəyişikliyə əsasən, şəhərlərarası, rayonlararası sərnişindaşıma xidməti göstərənlər hər oturacağa görə aylıq 1 manat 80 qəpik əvəzinə 50 faiz az - 90 qəpik, taksi fəaliyyəti ilə məşğul olanlar aylıq 9 manat əvəzinə 4 manat 50 qəpik ödəyəcəklər. Bu, son dövrlər karantin rejimində ölkə daxilində rayonlararası və şəhərlərarası sərnişin daşımalarının səviyyəsinin aşağı düşməsi ilə bağlıdır.
"Məcəlləyə edilən dəyişikliklərlə mikro sahibkarlıq subyektlərinə mühüm dəstək göstərilib. Ardıcıl olaraq 12 ay ərzində ümumi dövriyyəsi 100 min manatdan aşağı olan subyektlər 2 faiz əvəzinə 1 faiz dərəcə ilə sadələşdirilmiş vergiyə cəlb olunub. Əmlak və torpaq vergisi ilə bağlı azadolmalar, eləcə də hava nəqliyyatında sərnişindaşınma ilə məşğul olan şirkətlərə məxsus təyyarələrin də əmlak vergisindən azad edilməsi sahibkarların sabit xərclərinə qənaət etməsinə, karantin dövründə onların üzləşdikləri zərərlərin aradan qaldırılmasına kömək göstərəcək. Müxtəlif hesabatların vaxtının uzadılması sahibkarlıq subyektlərinə öz fəaliyyətlərini daha rahat həyata keçirmələrinə imkan verəcək", - deyə o qeyd edib.
R.Atakişiyev məcəlləyə dəyişikliklərdən birinin də daşınmaz əmlakın icarəsi ilə bağlı olduğunu söyləyib. Belə ki, əvvəllər fiziki şəxslər mülkiyyətlərində olan əmlakı icarəyə verən zaman ödəmə mənbəyində 14 faiz vergi ödəməli idi. Artıq onların bu öhdəliyi 7 faizə endirilib. Ümumilikdə isə iş adamlarına 1 illik güzəştlər paketi sahibkarlıq subyektlərinə qənaət olunan vəsaitdən düzgün istifadə etmək imkanı yaradır. Burada maraqlı məqam odur ki, riskli vergiödəyiciləri bu güzəştlərdən istifadə edə bilməyəcək. Bu qərar sahibkarların daha şəffaf işləməsinə kömək göstərəcək və sahibkarlıq subyektlərində öz bizneslərini şəffaflaşdırmağa maraq yaradacaq.
Milli.Az /news.milli.az

İqtisadiyyat       Tarix: 04 iyun 2020
f Paylaş

Oxşar xəbərlər

Birbank-dan "7 gözəl gün": bonuslar və 70%-dək endirim fürsəti

Ölkənin ilk rəqəmsal bankı Birbank 26 oktyabr – 1 noyabr tarixlərində müştərilərinə daha sərfəli alış-veriş imkanı yaradan "7 gözəl gün" kampaniyasını təqdim edir. Kampaniya çərçivəsində müştərilər ödənişlərində

Azərbaycanda gələn il bütün şəhər və rayonlar dövlət büdcəsindən vəsait almayacaq

Gələn il Azərbaycanda 67 şəhər və rayonun hamısı öz xərclərini ödəyə biləcək. "Report"a istinadən xəbər verir ki, bu, "2027-ci il dövlət büdcəsi haqqında" qanun layihəsində öz əksini tapıb. Xatırlada

Azərbaycanda ödəniş kartlarının sayı sürətlə artır - İqtisadçı səbəbləri açıqladı

Bu ilin avqust ayından Azərbaycanda kartdan-karta ("Card to card") köçürmə əməliyyatlarına limitlərin tətbiqi fonunda ölkədə ödəniş kartlarının sayındakı artım iki dəfədən çox sürətlənib. Azərbaycan Mərkəzi Bankını

Bank of Baku növbəti ağacəkmə aksiyasını təşkil etdi - FOTOLAR

"Hər ağac təbiətə dəyər, insanlığa nəfəsdir" – ekoloji təşəbbüslərə xüsusi əhəmiyyət verən Bank of Baku növbəti dəfə həyata keçirdiyi ağacəkmə aksiyasında bu mesajı vurğulayıb. Bank of Baku-nun təşəbbüsü,  Ekologiy

Nərimanovda mənzil almaq istəyənlər üçün yeni fürsət: təməldən satış başladı

Nərimanovda mənzil almaqistəyənlər üçün yeni fürsət: təməldən satış başladı!. City Garden Narimanovda təməldən mənzillər satışaçıxdı – 18 ayadək FAİZSİZ kredit!. Kristal-ın paytaxtın Nərimanov rayonunda inşa etdiyi CityGarde

Uşaqlar üçün "Kreativ sahibkar" proqramı başlayır

"Leonardo Art School" və "MiniBoss Business School" 8-13 yaş arasıuşaqlar "Kreativ sahibkar — yaradıcılıqdan biznesə" birgə təhsil proqramınınbaşladığını elan etdilər. Kreativ sahibkar — uşaqları

PAŞA Bankın təşkilatçılığı ilə KOB-ların idxal və ixrac fəaliyyətinə dəstək imkanları müzakirə olunub

PAŞA Bank, Azərbaycan–Fransa Ticarət və Sənaye Palatası (AFChamber) və Deloitte Azərbaycanın birgə təşkilatçılığı ilə kiçik və orta biznes subyektlərinin nümayəndələri üçün "Əlverişli gömrük tənzimləmələri və müvafi

Süni intellekt sahibkara kredit təklif edir: Mikro bankçılığın gələcəyi necə dəyişir?

Kapital Bank-ın Mikro Biznes departamentinin direktoru Bəxtiyar Rəsulov müsahibə verib. həmin müsahibəni təqdim edir:. Mikro sahibkarlıq iqtisadiyyatın mühüm hərəkətverici qüvvələrindən biridir. Bu sahədə fəaliyyət göstərə

Şirkətdə pis xəbərlər niyə rəhbərdən gizlədilir?

Bəzən şirkətdəhamı problemdən xəbərdar olur. Bir nəfərdən başqa — baş direktor. Məsələn,satışlar azalır, müştərilər narazıdır, mühüm layihə gecikir, əməkdaşlararasında ciddi narazılıq yaranıb. Şöbə rəhbərləri vəziyyəti bilir


yeni xeberler son xeberler azerbaycan xeberleri zelzele valyuta mezennesi 2026 cəbhədən son vəziyyət son xeberler bugun 2026 muharibe