Naftalan nefti sertifikatlaşdırılacaq

Naftalan nefti sertifikatlaşdırılacaqNaftalan nefti sertifikatlaşdırılacaq
"Dövlət Turizm Agentliyi Naftalan neftinin sertifikatlaşdırılması ilə bağlı iş aparır".
"Report" xəbər verir ki, bunu Agentlik yanında Azərbaycan Turizm Bürosunun İdarə Heyətinin sədr müavini Rəşad Əliyev Bakıda keçirilən, ümummilli lider Heydər Əliyevin və Türkiyə Cümhuriyyətinin 100 illiyinə həsr edilmiş Azərbaycan-Türkiyə İnvestisiya Forumunda bildirib.
"Hazırda həm Səhiyyə Nazirliyi, həm də Almaniyanın Sağlamlıq Turizmi Assosiasiyası ilə birlikdə Naftalan neftinin sertifikatlaşdırılması üzərində işləyirik, fəaliyyət planı hazırlanır. Sertifikatlaşdırmanın əsas hissəsi Dövlət Neft Şirkətindən (SOCAR) başlayacaq", - deyə o qeyd edib.
"Azərbaycanda sağlamlıq turizmi dedikdə ilk ağıla gələn yerlərdən biri Naftalan şəhəridir. Burada yerli neft vasitəsilə müəyyən prosedurlar və sağlamlıq turizmi sektorunda fəaliyyətlər davam edir. Naftalan Şəhər İcra Hakimiyyəti ilə birlikdə Naftalanın turizm inkişaf konsepsiyasını hazırladıq. Naftalanla bağlı ən mötəbər layihə Naftalan neftinin sağlamlıq turizminin inkişafında rolunun artırılması ilə bağlı əlavə tədbirlər planı haqqında olan layihədir. Həmin layihə yekunlaşmaq üzrədir. Layihə çərçivəsində Naftalan neftinə ümumi strateji yanaşma gətirəcəyik. Layihə təsdiqləndikdən sonra Naftalan neftinin beynəlxalq səviyyədə sertifikatlaşdırılması ilə bağlı addımlar atacağıq", - deyə R.Əliyev əlavə edib.
Bundan başqa, onun sözlərinə görə, hazırda sağlamlıq turizmi ilə bağlı Naftalana gələn turistlərin böyük hissəsi MDB ölkələrindəndir:
"Dövlət Turizm Agentliyi xarici ölkələrdə keçirilən sərgilərdə, tədbirlərdə Azərbaycanın turizm potensialını təqdim edir. Lakin Qərb ölkələrinin turistlərini Naftalana cəlb etməkdə qarşımızda duran baryerlərdən biri Naftalan neftinin beynəlxalq sertifikatının olmamasıdır. Sertifikatlaşdırma bitəndən sonra Naftalana xeyli sayda turist gələcəyinə inanırıq".

Turizm       Tarix: 21 dekabr 2023
f Paylaş

Turlar.az [newsid: 0-123300]

Oxşar xəbərlər

Bakı "Instagram" və "TikTok"da ən populyar alternativ turizm məkanına çevrilib - FOTO

Bakı "Instagram" və "TikTok"da ən populyar alternativ turizm məkanına çevrilib - FOTO. Bakı "Destination Dupes"un reytinq siyahısında ilk beşliyə daxil olub, həmçinin "Instagram", "TikTok"

"Crocus"da terror aktından sonra Rusiyada miqrantlara nəzarət sərtləşdirilir

"Crocus"da terror aktından sonra Rusiyada miqrantlara nəzarət sərtləşdirilir. Moskva vilayətində "Crocus City Hall" konsert kompleksində baş vermiş terror aktından sonra Rusiya dövlət qurumları vasitəsil

Bakıdan Omska son 10 ildə ilk təyyarə reysi - FOTO

Bakıdan Omska son 10 ildə ilk təyyarə reysi - FOTO. Bakıdan Rusiyanın Omsk vilayətinə son 10 ildə ilk dəfə yola düşən təyyarə təyinat nöqtəsinə çatıb. Bu barədə Omsk hava limanının mətbuat xidməti "Telegram" kanalınd

2024-cü ilin turizm trendi: İnsanlar istirahət üçün hansı yerlərə üstünlük verirlər? - FOTO

2024-cü ilin turizm trendi: İnsanlar istirahət üçün hansı yerlərə üstünlük verirlər? - FOTO. Yaz fəslinin ikinci ayını başa vurmaq üzrəyik. Havaların isinməsi ilə əlaqədar turizm sektorunda da canlanma müşahidə olunur. 2020-c

Səyahət planlaşdırmağın əsl vaxtıdır: AZAL Novruz tətili üçün 40-dan çox istiqamət üzrə uçuş təklif edir

Səyahət planlaşdırmağın əsl vaxtıdır: AZAL Novruz tətili üçün 40-dan çox istiqamət üzrə uçuş təklif edir. Novruz bayramının gəlişi ilə Azərbaycanın milli aviadaşıyıcısı AZAL sərnişinlərinə onlarla marşrut üzrə uçuşlar təqdi

AZAL Laçın hava limanının nəzarət sistemi ilə təchiz edilməsinə dair müqavilə imzalayıb - FOTO

AZAL Laçın hava limanının nəzarət sistemi ilə təchiz edilməsinə dair müqavilə imzalayıb - FOTO. Frankfurt-Maynda keçirilən nüfuzlu "Passenger Terminal Expo 2024" konfransında "Azərbaycan Hava Yolları"

AZAL Od çərşənbəsində Almatı və Astana istiqamətlərində aviabiletlərə endirim təklif edir

AZAL Od çərşənbəsində Almatı və Astana istiqamətlərində aviabiletlərə endirim təklif edir. Azərbaycanın milli aviadaşıyıcısı AZAL Novruz bayramı ərəfəsində növbəti endirim aksiyasına start verir. Aviaşirkət Novruz çərşənbələrində

Bakı-Dubay reysi ilə bağlı AZAL-dan AÇIQLAMA

Bakı-Dubay reysi ilə bağlı AZAL-dan AÇIQLAMA. "Azərbaycan Hava Yolları" aviaşirkətinin Bakı-Dubay marşrutu üzrə J2 011 nömrəli reysi yerinə yetirən təyyarəsi Birləşmiş Ərəb Əmirliklərində müşahidə olunan əlverişsi

Azərbaycanda tur paketlər 300-400 dollar BAHALAŞDI

Azərbaycanda tur paketlər 300-400 dollar BAHALAŞDI. Aprel ayında tur paketlər bahalaşıb. xəbər verir ki, hazırda bu sahədə tələb təklifi üstələyir. İlkin rezervasiya zamanı kimlər tur paket alıbsa, büdcəsinə xeyli qənaə


azerbaycan xeberleri yeni xeberler son xeberler cəbhədən görüntülər zelzele son.xeberler sosial yardim