"Nar" abunəçiləri "Asan İmza" xidmətinin etibarlılıq müddətini SMS vasitəsilə uzada bilərlər

İyulun 9-dan başlayaraq "Asan İmza" xidmətini istifadə edən "Nar" abunəçiləri mövcud SIM kartı dəyişmədən xidmətinin etibarlılıq müddətini SMS vasitəsilə uzada bilərlər. Bunun üçün abunəçilər "8500" qısa nömrəsinə uyğun açar sözündən ibarət SMS göndərməlidir. Qeyd edək ki, "Asan İmza" xidmətli SİM kartın SMS vasitəsilə uzadılması kifayət etmir. Eyni zamanda "Asan İmza" sertifikatlarının müddətinin bitməsinə 30 gün qalmış istifadəçilərdən vergi ödəyicisinin e-taxes.gov.az vahid İnternet portalında onlayn şəkildə "Asan İmza" sertifikatlarını növbəti 3 il müddətinə uzatmaq tələb olunur. "Asan İmza" sertifikatının etibarlılıq müddəti bitdikdən sonra onun onlayn rejimdə uzadılması mümkün olmayacaq və istifadəçi sertifikatı yeniləmək üçün Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti nəzdində Asan Sertifikat Xidmətləri Mərkəzinə (ASXM) fiziki olaraq müraciət etməli olacaqdır.
"Asan İmza" xidmətinin etibarlılıq müddəti haqqında məlumat əldə etmək üçün "8500" qısa nömrəsinə "status" açar sözünü SMS vasitəsilə göndərmək lazımdır.
Abunəçi "Asan İmza" xidmətinə ilk dəfə qoşulmaq üçün "Nar" Xidmət Mərkəzinin təmsilçilərinə müraciət edərək, tələb olunan ödənişi həyata keçirməklə müvafiq xidmətə 3 il müddətinə qoşula bilər. Hər hansı səbəbdən Asan İmza xidmətini ləğv etmiş (o cümlədən müvafiq nömrə ilə bağlı münasibətlərə xitam verilmiş, nömrənin təkrar həmin və ya başqa abunəçinin istifadəsinə verilməsi halları da daxil olmaqla) abunəçilərə, SMS xidmətindən istifadə etməklə "Asan İmza" xidmətini növbəti müddətə aktiv etmək mümkün olmayacaq.
Daha ətraflı məlumatı və səhifələrindən əldə etmək olar. Bu xidmətdən "Asan İmza" SİM kartını istifadə edən və həmin SİM kartda "Asan İmza" xidmətinin etibarlılıq müddəti bitən abunəçilər yararlana bilərlər.

İqtisadiyyat       Tarix: 09 iyul 2021
f Paylaş

Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Bütün sosial ödənişlər bu tarixdə yekunlaşdırılacaq

Dövlət Sosial Müdafiə Fondu tərəfindən bütün müavinət, təqaüd, kompensasiya və ünvanlı dövlət sosial yardımların oktyabrın 23-də ödənilməsi nəzərdə tutulub. Bu barədə -a DSMF-dən məlumat verilib. Bildirilib ki, bununla d

"Crystal Group of Companies" ASC vergi borcu ilə bağlı yayılan iddialara aydınlıq gətirdi

Son günlər bəzi media resurslarında "Crystal Group of Companies" ASC-nin külli miqdarda vergi borcunun olması ilə bağlı həqiqətə uyğun olmayan məlumatların yayılması şirkətin etirazına səbəb olub. "Crysta

"Cahan Şirkətlər Qrupu"nun "BE Group" şirkəti "BakuBuild" sərgisində böyük maraqla qarşılanıb - FOTOLAR

Ölkəiqtisadiyyatına töhfələri, sənaye və istehsal sahəsində həyata keçirdiyi layihələrləseçilən "Cahan Şirkətlər Qrupu" 14–16 oktyabr 2026-cı il tarixlərində"BakuBuild" beynəlxalq tikinti sərgisində təmsi

Planlarınızı reallaşdırmaq üçün AccessBank-dan 50 000 AZN-dək nağd kredit imkanı

Gündəlik xərclərdən daha böyük planlara qədər müxtəlif maliyyə ehtiyacları üçün AccessBank müştərilərinə 50 00 AZN-dək nağd kredit imkanı təqdim edir. Nağd kredit üzrə illik faiz dərəcəsi 9,5%-dən başlayır. Kredit müddət

Qızılın qiyməti kəskin ucuzlaşdı

Dünya bazarında qızılın qiyməti iyulun sonundan bəri ilk dəfə bir troya unsiyası üçün 4 00 dollardan aşağı düşüb. Trend-ə istinadən xəbər verir ki,  qızıl avqust ayında qeydə alınan pik qiymətlə müqayisədə təxminən 15 fai

Birbank-dan "7 gözəl gün": bonuslar və 70%-dək endirim fürsəti

Ölkənin ilk rəqəmsal bankı Birbank 26 oktyabr – 1 noyabr tarixlərində müştərilərinə daha sərfəli alış-veriş imkanı yaradan "7 gözəl gün" kampaniyasını təqdim edir. Kampaniya çərçivəsində müştərilər ödənişlərində

Mobil telefonların POS-terminal kimi istifadəsi sahibkarlara nə verəcək? - İqtisadçıdan AÇIQLAMA

Xəbər verdiyimiz kimi, Azərbaycanda mobil telefonların POS-terminal kimi istifadə edilməsi nəzərdə tutulur. Bu məsələ Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında müzakirəyə çıxarıla

Mobil telefonlardan POS-terminal kimi istifadə mümkün olacaq

Azərbaycanda mobil telefonlar POS-terminal kimi istifadə ediləcək. xəbər verir ki, bu məsələ Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılan "Elektron ticarə

Kapital Bank enerji effektivliyi üzrə layihəni maliyyələşdirdi: günəş panelləri qurulur

Kapital Bank-ın Enerji Məsələlərini Tənzimləmə Agentliyi (EMTA) ilə əməkdaşlığı çərçivəsində Enerji effektivliyi fondunun vəsaiti hesabına ilk layihə maliyyələşdirilib. Günəş panellərinin quraşdırılmasını nəzərdə tutan layihəni


yeni xeberler azerbaycan xeberleri son xeberler sonxeberler cəbhədən son məlumatlar xeber az cəbhədən son dəqiqə