"Nar" "AiNar" rəqəmsal köməkçisini istifadəyə verdi
Ölkənin sərfəli mobil operatoru "Nar" müştəri təcrübəsinin daha da təkmilləşdirilməsi məqsədilə "Nar+" tətbiqində süni intellekt texnologiyası əsasında işləyən "AiNar" köməkçisini istifadəyə verib. Yeni həll müştərilərin sorğularını operativ emal edərək onlara 24/7 rejimində dəstək göstərir, eyni zamanda bir sıra xidmətlər üzrə əməliyyatları birbaşa tətbiq daxilində həyata keçirir.
"AiNar"ın imkanları sayəsində müştərilər tarif və internet paketləri haqqında məlumat ala, onları aktivləşdirə və ya deaktivləşdirə, rouminq xəttini və paketlərini idarə edə, cari tarif və balans barədə məlumat əldə edə bilərlər. Həmçinin "AiNar" eSIM transferi, kredit xidməti və yeni nömrənin əldə olunması və s. ilə bağlı sorğuları cavablandırır. Tarif məsləhətçisi funksiyası isə müştərinin ehtiyaclarına uyğun tarif seçimi ilə bağlı tövsiyə verir. Beləliklə, müştərilər menyular arasında uzun axtarış aparmadan ehtiyac duyduqları məlumatı daha sürətli əldə edə və bir sıra xidmətlərdən yararlana bilirlər.
Hazırda Azərbaycan, ingilis və rus dillərində fəaliyyət göstərən "AiNar" müştərilərə növbə gözləmədən operativ və fasiləsiz dəstək almaq imkanı yaradır. "AiNar"ın funksionallığının genişləndirilməsi və yeni özünəxidmət imkanlarının əlavə edilməsi ilə yanaşı, gələcəkdə müştərilərə fərdiləşdirilmiş satış və təkliflərin təqdim edilməsi planlaşdırılır.
Hazırda 2,2 milyon abunəçiyə xidmət göstərən "Nar"son 7 il ərzində Müştəri Loyallığı İndeksi göstəricisinə əsasən Azərbaycanda lider mobil operatordur. Bu uğurun arxasında "Nar"ın ardıcıl şəkildə həyata keçirdiyi müştəriyönümlü strategiya dayanır. Mobil operator istifadəçilərinə sərfəli qiymət qarşılığında dayanıqlı və yüksəkkeyfiyyətli rabitə xidmətləri, müxtəlif internet paketləri və müasir eSim texnologiyası təqdim edir. / azxeber.com
Kurslar.az kurslar [newsid: 0-123300]

Ermənistan 2029-cu ildə COP34-ə ev sahibliyi etmək istəyir
Bakıda məktəb və bağçaların istilik təminatı ilə bağlı vacib açıqlama
Bakıda 11-ci sinif şagirdi müdirin seyfindən pul oğurladı
Nərimanovda kafedə baş verən insidentlə bağlı daha 3 nəfər saxlanılıb
Qarabağa köçən məşhurlar - SİYAHI
Euronews'da İlham Əliyevin Avropa Siyasi Birliyinin Sammitində iştirakına dair məqalə dərc olunub
Azercell və AKM "FireWall 2026" hakatonuna start verir
Mercedes-Benz Almaniyadakı zavodlarına investisiyaları dayandırır – Müəssisələrin bağlanması gündəmdədir
Azercell-in "30 il səninlə" lotereyasında fakturalı xətt abunəçilərini möhtəşəm hədiyyələr gözləyir!
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatıb
Birdəfəlik sosial müavinətlər bu tarixdə ödəniləcək
Millətlər Liqası: Bu gün daha 10 oyun var
Ağ Evin yanında banket zalı tikilir – Tarixi binanın yanında tikilən obyekt amerikalıların etirazına səbəb oldu
Polis kafedəki insidentlə bağlı daha 3 nəfəri saxladı
Bakıda kütləvi dava: bıçaqlananlar var