"Nar" Gəncə şəhərində növbəti regional mağazasını təqdim etdi - FOTOLAR

Sərfəli xidmətləri və bölgələrə diqqəti ilə seçilən mobil operator "Nar" növbəti regional mağazasını Gəncə şəhərində istifadəyə verdi.
azxeber.com xəbər verir ki, Gəncə şəhəri, Şah İsmayıl Xətai prospekti 359c ünvanında açılan yeni mağazada abunəçilərə müştəri xidmətləri, mobil nömrələrin satışı, mobil telefon və aksesuarların təqdim olunması xidmətləri göstərilir.
Açılış mərasimində iştirak edən "Nar"ın baş icraçı direktoru Özgür Genc yerli sakinlərlə görüşərək onların istək və gözləntilərini öyrənib. O, mobil operatorun regionlara xüsusi diqqət siyasətinə sadiq qaldığını bildirib: "Bölgələrdə yaşayan müştərilərə keyfiyyətli xidmət göstərmək baxımından bu mağazalar çox önəmlidir. Regional satış və xidmət şəbəkəmiz sayəsində müştərilərimizin geridönüşlərini yerindəcə öyrənə bilirik."
Gəncə şəhərinə səfər edən "Nar" rəhbərliyi həmçinin tərəfdaşlıq etdiyi Azərbaycan Texnologiya Universitetinin tələbələri üçün karyera təlimi həyata keçirib. Universitetin rəhbər heyəti ilə görüşən "Nar" rəhbərliyi növbəti il üçün əməkdaşlıq perspektivlərini müzakirə edib.
Qeyd edək ki, mobil operator bölgələrdə açılan hər yeni mağazanı təkcə satış və xidmət şəbəkəsinin genişləndirilməsi olaraq deyil, həm də regionlarla birbaşa əlaqə qurmaq imkanı olaraq dəyərləndirir. 2025-ci il ərzində "Nar" rəhbərliyi Gəncə şəhəri ilə yanaşı Füzuli və Salyan rayonlarında da bənzər mağaza açılışı və maarifləndirici layihələr həyata keçirib.
"Nar"ın həyata keçirdiyi layihələr haqqında daha ətraflı nar.az səhifəsindən öyrənə bilərsiniz.
Hazırda 2,2 milyon abunəçiyə xidmət göstərən "Nar" son 6 il ərzində Müştəri Loyallığı İndeksi göstəricisinə əsasən Azərbaycanda lider mobil operatordur. Bu uğurun arxasında "Nar"ın ardıcıl şəkildə həyata keçirdiyi müştəriyönümlü strategiya dayanır. Mobil operator istifadəçilərinə sərfəli qiymət qarşılığında dayanıqlı və yüksəkkeyfiyyətli rabitə xidmətləri, müxtəlif internet paketləri və müasir eSim texnologiyası təqdim edir.

İqtisadiyyat       Tarix: 17 dekabr 2025
f Paylaş

Kurslar.az kurslar [newsid: 0-123300]

Oxşar xəbərlər

Birbank-dan "Yığ və qazan" lotereyası: 507 qalib pul mükafatı qazanacaq

Birbank Yığım hesabı olan müştəriləri üçün "Yığ və qazan" lotereyasına start verir. 8 oktyabr 2026-cı il 8 yanvar 2027-ci il tarixlərini əhatə edən lotereya çərçivəsində 3 tiraj üzrə ümumilikdə 507 qalib müəyyə

Sahibkarlara 100 000 manatadək mikrokredit və 12 ay güzəşt müddəti

Yeni avadanlıq almaq, anbarı doldurmaq, ikinci filial açmaq və ya sadəcə dövriyyəni gücləndirmək istəyirsiniz? Yelo Bank bu planların hamısı üçün sahibkarlara əlverişli mikrokredit təklif edir. xəbər verir ki, sahibkarla

Süni intellekt sahibkara kredit təklif edir: Mikro bankçılığın gələcəyi necə dəyişir?

Kapital Bank-ın Mikro Biznes departamentinin direktoru Bəxtiyar Rəsulov müsahibə verib. həmin müsahibəni təqdim edir:. Mikro sahibkarlıq iqtisadiyyatın mühüm hərəkətverici qüvvələrindən biridir. Bu sahədə fəaliyyət göstərə

Qızıl və gümüş ucuzlaşdı

Nyu-York birjasında qızıl və gümüşün qiyməti azalıb. COMEX əmtəə birjasında qızıl fyuçerslərinin dəyəri 1.24% azalaraq 4.010 ABŞ dollarına bərabər olub. COMEX-də gümüşün unsiya üzrə fyuçersləri isə 1.90% ucuzlaşaraq 53.9

Yelo App-də avto-ödəniş funksiyası istifadəyə verildi

"Sonra ödəyərəm". Hamımız ömrümüzdə bir dəfə də olsa bunu demişik. Sonra isə ya unutmuşuq, ya da son günün tələskənliyinə düşmüşük. Yelo App-də avto-ödəniş funksiyası ilə bu vərdiş artıq keçmişdə qalır! Yeni imka

PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır

Azərbaycanda yeni enerji saxlama layihəsi PAŞA Bankın maliyyə dəstəyi ilə reallaşacaq. Ümumi dəyəri 58,6 milyon ABŞ dolları olan layihənin maliyyələşdirilməsi üçün Bank 40 milyon ABŞ dolları ayıracaq. Layihə üzrə sazişi

Qışda bu məhsullar bahalaşa bilər – İqtisadçıdan xəbərdarlıq

Havaların soyuması və qış mövsümünün yaxınlaşması ilə ərzaq bazarında bəzi məhsulların qiymətində dəyişikliklər gözlənilə bilər. Xüsusilə mövsümi meyvə-tərəvəz, süd məhsulları və ət bazarında mümkün qiymət artımları istehlakçılar

Azərbaycanda turistlər ən çox bu bölgələrə üz tuturlar

Azərbaycanda turizm sektorunun inkişafı və regionlara turist axınının artırılması ölkə iqtisadiyyatının şaxələndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Son illərdə həm yerli, həm də xarici turistlərin paytaxtla yanaşı

2027-ci il dövlət büdcəsi haqqında' qanun layihəsi Milli Məclisə daxil olub

"2027-ci il dövlət büdcəsi haqqında" qanun layihəsi Milli Məclisə daxil olub. xəbər verir ki, gələn il büdcənin gəlirləri 39 milyard 254 milyon manat, xərcləri isə 42 milyard 400 milyon manat (o cümlədən mərkəzləşdirilmi


yeni xeberler azerbaycan xeberleri son xeberler meherremlik 2026 cəbhədən son məlumat krimnal bugun sonxabar