"Nar" illik göstəricilərini açıqladı - FOTOLAR

Fəaliyyətə başlamasının 15-ci ilini qeyd edən "Nar" 2021-ci il ərzində rabitə bazarında əldə etdiyi göstəriciləri açıqladı. Abunəçilərinə xərc qarşılığında dəyər təqdim edən mobil operator 2021-ci ilin nəticələrinə əsasən 2,2 milyon aktiv abunəçi bazası ilə yerli rabitə bazarında 23%-lik pay sahibidir.
azxeber.com xəbər verir ki, müştəri məmnuniyyətinin öyrənilməsi məqsədi ilə keçirilən müstəqil sorğunun nəticəsinə görə, "Nar" 3 ildir ki, Müştəri Loyallığı İndeksinə görə ölkənin lider mobil operatorudur. 2021-ci ildə "Nar" xidmət mərkəzlərini ziyarət edənlərin 93%-i göstərilən xidmətdən razı qalıb. Çağrı mərkəzi və rəqəmsal kanallar isə çətinlikləri saniyələr ərzində həll etməsi ilə fərqlənib. Bundan başqa, abunəçinin xərclərin şəffaflığını və müxtəlif xidmət əməliyyatlarını asanlaşdıran "Nar+" tətbiqinin istifadəçiləri 2021-ci ildə 80% artıb.
Müştərilərinin tələblərini və rəyləri əsasında bazara təqdim edilən "Full" və "Cavannar" tarifləri "Nar"ın ən çox istifadə edilən məhsulları sırasındadır. 2021-ci ildə "Full" abunəçilərinin sayı 20%, "Cavannar" abunəçilərinin sayı isə 50% artıb.
Müştərilərinin "Nar" mağazasında özlərini daha komfortlu hiss etmələri və göstərilən xidmət keyfiyyətini üstün saxlamaq məqsədilə "Nar" öz mağazalarını yeni konsepsiya ilə dizayn edir. Bu günədək 3 xidmət mərkəzi və 41 mağaza tam yenilənib və ziyarətçilərinə xidmət göstərir.
Ölkə əhalisinin 94%-ni əhatə edən "Nar" 4G şəbəkəsindən hazırda 1,4 milyon "Nar" abunəçisi istifadə edir və bu say ölkədə ən yüksək göstəricilərdən biridir. "Nar" işğaldan azad edilmiş ərazilərdə də sürətlə şəbəkə infrastrukturunu yaradılmasına davam edir. Ağdam, Füzuli, Qubadlı, Cəbrayıl, Xocavənd (Hadrut), Şuşa, Tərtər, Zəngilan rayonlarında "Nar" xidmətlərindən istifadə etmək mümkündür. Hazırda Nar 8000-dən çox baza stansiyası ilə əhalinin 99%-nə yüksəkkeyfiyyətli xidmət göstərməkdədir. 
"Nar" özünün korporativ sosial məsuliyyət strategiyası çərçivəsində ölkənin mühüm sosial layihələrində aktiv iştirak etməyə davam etməkdədir. 2021-ci ildə korporativ sosial məsuliyyət strategiyası çərçivəsində 24 layihə həyata keçirən mobil operator layihələrinin davamlı olmağı ilə seçilir. "Nar" son 5 ildə sosial layihələrə 4,3 milyon AZN sərf edib. 
Mobil rabitə bazarındakı üstünlüyü saxlamaq üçün 2022-ci ildə "Nar" , müştəri yönümlü strategiyasını davam etdirməyi, yeni konsepsiyalı daha 27 mağazanı abunəçilərin xidmətinə təqdim etməyi, azad edilmiş ərazilərdəki şəbəkə infrastrukturunu daha da genişləndirməyi və həyata keçirilən sosial layihələrə investisiya yatırımlarını davam etdirməyi planlaşdırır.

İqtisadiyyat       Tarix: 30 mart 2022
f Paylaş

Oxşar xəbərlər

Bank Respublika regionlarda sahibkarlıq üçün AİB-dən 40 milyon dollar cəlb edib

Bank Respublika və Asiya İnkişaf Bankı (ADB) regionlarda mikro, kiçik və orta sahibkarlığın, eləcə də aqrar sektorun maliyyələşdirilməsinə yönəlmiş 40 milyon ABŞ dolları məbləğində kredit sazişi imzalayıblar. Vəsait kən

Türk İnvestisiya Fondunun Rəhbərlər Şurasına sədrlik Azərbaycana həvalə olunub

Daşkənddə keçirilən Türk İnvestisiya Fondunun Rəhbərlər Şurasının iclasında Fondun fəaliyyətinin genişləndirilməsi və üzv ölkələr arasında investisiya əməkdaşlığının gücləndirilməsi məsələləri müzakirə edilib. Bu barədə -

Mobil telefonların POS-terminal kimi istifadəsi sahibkarlara nə verəcək? - İqtisadçıdan AÇIQLAMA

Xəbər verdiyimiz kimi, Azərbaycanda mobil telefonların POS-terminal kimi istifadə edilməsi nəzərdə tutulur. Bu məsələ Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında müzakirəyə çıxarıla

"AzerGold" QSC-nin xarici ölkədə ilk törəmə şirkəti – "AzerGold Uzbekistan" təsis edilib

"AzerGold" QSC-nin xarici ölkədə ilk törəmə şirkəti  "AzerGold Uzbekistan" Xarici İnvestisiyalı Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) Özbəkistan Respublikasında dövlət qeydiyyatına alınıb. İki ölkə arasınd

PAŞA Bankın təşkilatçılığı ilə KOB-ların idxal və ixrac fəaliyyətinə dəstək imkanları müzakirə olunub

PAŞA Bank, Azərbaycan–Fransa Ticarət və Sənaye Palatası (AFChamber) və Deloitte Azərbaycanın birgə təşkilatçılığı ilə kiçik və orta biznes subyektlərinin nümayəndələri üçün "Əlverişli gömrük tənzimləmələri və müvafi

Azərbaycanda ödəniş kartlarının sayı sürətlə artır - İqtisadçı səbəbləri açıqladı

Bu ilin avqust ayından Azərbaycanda kartdan-karta ("Card to card") köçürmə əməliyyatlarına limitlərin tətbiqi fonunda ölkədə ödəniş kartlarının sayındakı artım iki dəfədən çox sürətlənib. Azərbaycan Mərkəzi Bankını

Birbank-dan "7 gözəl gün": bonuslar və 70%-dək endirim fürsəti

Ölkənin ilk rəqəmsal bankı Birbank 26 oktyabr – 1 noyabr tarixlərində müştərilərinə daha sərfəli alış-veriş imkanı yaradan "7 gözəl gün" kampaniyasını təqdim edir. Kampaniya çərçivəsində müştərilər ödənişlərində

Yelo App-də avto-ödəniş funksiyası istifadəyə verildi

"Sonra ödəyərəm". Hamımız ömrümüzdə bir dəfə də olsa bunu demişik. Sonra isə ya unutmuşuq, ya da son günün tələskənliyinə düşmüşük. Yelo App-də avto-ödəniş funksiyası ilə bu vərdiş artıq keçmişdə qalır! Yeni imka

Füzuli şəhərinə 9 ayda 125 milyon manata yaxın investisiya yatırılıb

Bu ilin yanvar-sentyabr aylarında Füzuli şəhəri üzrə əsas kapitala 124 milyon 607,9 min manat investisiya yatırılıb. Bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir. Bu ilin 9 ayında bu şəhər üzrə 132 milyo


azerbaycan xeberleri son xeberler yeni xeberler son xeberler bugun 2026 muharibe son xəbərlər azərbaycanda cəbhədən son durum ən son xəbərlər bugün