"Nar" milli internet resurslarına dəstək olur
Azərbaycanda milli internet resurslarının inkişafına dəstək məqsədilə, yüksək keyfiyyətli mobil rabitə və internet təminatçısı kimi "Nar" növbəti dəfə "NETTY" milli internet mükafatına dəstək olur.
Müsabiqədə iştirak üçün artıq "NETTY" təşkilat komitəsinə 6 əsas nominasiya üzrə 200-dən çox müraciət daxil olub. Növbəti mərhələdə Ekspertlər Şurası və Virtual Münsiflər heyəti "Dövlət və Cəmiyyət", "Biznes və Maliyyə", "Elm, Təhsil və İnnovasiya", "Səhiyyə, İdman və Turizm", "İnformasiya və Xəbərlər" və "Mədəniyyət, İncəsənət və Yaradıcılıq" nominasiyaları üzrə təqdim edilən layihələri qiymətləndirəcək.
Xatırladaq ki, bu gün müsabiqədə iştirak üçün müraciətlərin qeydiyyatının son günüdür.
Qeydiyyat 30 noyabr saat 00:00-dək açıqdır. Müraciətlər netty.az/registration səhifəsi üzərindən həyata keçirilir.
"Azerfon" şirkəti ("Nar" ticarət nişanı) 21 mart 2007-ci ildə fəaliyyətə başlayaraq qısa bir müddətdə Azərbaycanda telekommunikasiya və mobil rabitə sahəsinin aparıcı şirkətlərindən birinə çevrilib. "Nar" ticarət nişanı Azərbaycanın zəngin mədəni və tarixi irsinin çağdaş həyatla bağlılığının rəmzi olaraq seçilib. "Nar" ölkədə ilk dəfə olaraq 3G texnologiyasını təqdim edib və geniş 4G şəbəkəsini abunəçilərinin istifadəsinə verib. Mobil operator şəbəkə keyfiyyətinin davamlı təkmilləşdirilməsi strategiyası çərçivəsində səs keyfiyyətinin nəzərəçarpacaq dərəcədə artımını və səsin təmiz ötürülməsini təmin edən "HD-Voice" (High Definition Voice) xidmətini təqdim edib.
Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Millimiz İsrail yığmasını məğlub etdi – FOTOLAR
Futbol əfsanəsi Samuel Eto'O Bakıya gəldi
İstanbul derbisində sevinən tərəf "Qalatasaray" oldu
"Qarabağ" - "Dinamo Zaqreb" matçının baş hakimi açıqlandı
Banklar kimlərə aşağı faizlə kredit verir? – Əsas şərt
Əkrəm Həsənovdan xəbərdarlıq: "Azərbaycanı ağır illər gözləyir"
Hindistan Azərbaycandan neft alışını 5 dəfə artırdı
Dövlət dəstəyi almaq istəyənlər üçün ŞƏRTLƏR AÇIQLANDI
Şamaxı şəhərində Xınıslı körpələr evi-uşaq bağçasının açılışı olub - FOTOLAR
Leyla Əliyeva Şamaxıda "Capybara Azerbaijan" fermasında olub - FOTOLAR
Temperatur dəyişir, sağlamlıq risk altına düşür? – Terapevtdən XƏBƏRDARLIQ
Qızıl ucuzlaşdı - Yeni qiymətlər
"Qızıl top"un sahibi bəlli oldu
Bakıda dəhşətli qəza: Tanınmış şairənin həyat yoldaşı öldü
İnfantinodan "Sabah" – "Qarabağ" oyunu ilə bağlı paylaşım – FOTOLAR