"Nar" mobil rabitə bazarında müsbət inkişaf dinamikasını qoruyub saxlayır

"Nar"ın müştəriyönümlü strategiyası, hər bir abunəçiyə özəl təkliflərin təqdim olunması, əhatə dairəsinin daim genişlənməsi, abunəçilərə göstərilən yüksəkkeyfiyyətli internet xidməti sayəsində son 9 ay ərzində abunəçi bazası çoxalıb. Belə ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə aktiv abunəçi bazasında 5% artım qeydə alınıb.
"Nar"ın hər bir abunəçi qrupunun tələblərinə uyğun şəkildə formalaşdırdığı tariflər də istifadəçilər tərəfindən yüksək qiymətləndirilib. Belə ki, ötən ilin eyni dövrü ilə müqayisədə "FULL", "CavanNar" və "Unikal" tarif planlarının istifadəçi sayında ortalama olaraq, 23% artım müşahidə olunub.
"Nar" olaraq əsas hədəflərimizdən biri müştərilər üçün yaratdığımız üstün keyfiyyət dəyərini qoruyub saxlamaqdır. Bu yanaşma özünü həm fərqli müştəri qrupları üçün təqdim etdiyimiz məhsullarda, həm də müxtəlif kanallar üzərindən göstərdiyimiz təkmilləşdirilmiş müştəri təcrübəsində göstərir. Bu kompleks yanaşmanın nəticəsi olaraq, biz abunəçi bazamızda dinamik artım müşahidə edir və artıq 3-cü ildir ki, müştəri loyallığı indeksi üzrə öz liderliyimizi qoruyub saxlaya bilirik",- deyə "Azerfon"un Baş icraçı direktoru Qunnar Panke bildirib.
Qeyd edək ki, müştəri loyallığı indeksinə mobil internet təcrübəsi, sərfəli tariflər və keyfiyyətli şəbəkə kimi bir çox amillər təsir göstərir. Müstəqil araşdırma şirkəti tərəfindən aparılmış sorğunun nəticələrinə əsasən, "Nar" abunəçilərinin müsbət mobil internet təcrübəsi üzrə 27% artım qeydə alınıb.
"Nar" hesabat dövründə öz müştəri yönümlülük və davamlı təkmilləşmə dəyərlərinə sadiq qalaraq, abunəçilərini daha üstün müşətri xidmətləri ilə təmin etmək üçün mağazalarında yeni konsept təqdim edib. Qeyd edək ki, mobil operator paytaxt və regionlar da daxil olmaqla 20-dən çox yenilənmiş xidmət mərkəzini müştərilərin ixtiyarına verib.
"Nar", abunəçilərinə Çağrı Mərkəzləri, "Nar+" mobil tətbiqi, sosial media vasitəsilə də yüksəkkeyfiyyətli və operativ müştəri xidmətləri göstərməkdə davam edir. Belə ki, son 9 ay ərzində mobil operatorun sosial şəbəkələrinə 45 mindən çox müraciət daxil olub və onlar ortalama 6 dəqiqə ərzində cavablandırılıb. Çağrı Mərkəzinə daxil olmuş 1 milyondan çox sorğunun 93%-i isə ilk zəngdən öz həllini tapıb. Bir çox mühüm əməliyyatları saniyələr içində həll etməyə imkan verən "Nar+" tətbiqi abunəçilərin ən çox üz tutduğu xidmət kanalı olub. Belə ki, 3-cü rüb ərzində tətbiqə abunəçilər tərəfindən 8 milyondan çox giriş edilib.
Son 9 ay ərzində "Nar" KSM strategiyası çərçivəsində müxtəlif hədəf qruplarının rifahının yaxşılaşdırılmasına yönəlmiş sosial layihələrini də uğurla həyata keçirməyə davam edib. Belə ki, daha çox Vətən müharibəsi iştirakçılarına, şəhid ailələrinə dəstək istiqamətində yönəlmiş layihələr də daxil olmaqla, mobil operator hesabat dövrü ərzində sosial layihələrə ümumilkdə 750 min AZN-dən çox investisiya ayırıb.
"Azerfon" şirkəti ("Nar" ticarət nişanı) 21 mart 2007-ci ildə fəaliyyətə başlayaraq qısa bir müddətdə Azərbaycanda telekommunikasiya və mobil rabitə sahəsinin aparıcı şirkətlərindən birinə çevrilib. "Nar" ticarət nişanı Azərbaycanın zəngin mədəni və tarixi irsinin çağdaş həyatla bağlılığının rəmzi olaraq seçilib. "Nar" ölkədə ilk dəfə olaraq 3G texnologiyasını təqdim edib və geniş 4G şəbəkəsini abunəçilərinin istifadəsinə verib. "Nar" şəbəkəsi hazırda ölkə ərazisinin 91%-ni əhatə edir və 8780-dan artıq baza stansiyası ilə 2,3 milyondan çox abunəçiyə yüksəkkeyfiyyətli xidmət göstərir. Mobil operator şəbəkə keyfiyyətinin davamlı təkmilləşdirilməsi strategiyası çərçivəsində səs keyfiyyətinin nəzərəçarpacaq dərəcədə artımını və səsin təmiz ötürülməsini təmin edən "HD-Voice" (High Definition Voice) xidmətini təqdim edib

İqtisadiyyat       Tarix: 27 noyabr 2021
f Paylaş

Oxşar xəbərlər

PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır

Azərbaycanda yeni enerji saxlama layihəsi PAŞA Bankın maliyyə dəstəyi ilə reallaşacaq. Ümumi dəyəri 58,6 milyon ABŞ dolları olan layihənin maliyyələşdirilməsi üçün Bank 40 milyon ABŞ dolları ayıracaq. Layihə üzrə sazişi

Bank Respublika regionlarda sahibkarlıq üçün AİB-dən 40 milyon dollar cəlb edib

Bank Respublika və Asiya İnkişaf Bankı (ADB) regionlarda mikro, kiçik və orta sahibkarlığın, eləcə də aqrar sektorun maliyyələşdirilməsinə yönəlmiş 40 milyon ABŞ dolları məbləğində kredit sazişi imzalayıblar. Vəsait kən

Azərbaycanda ödəniş kartlarının sayı sürətlə artır - İqtisadçı səbəbləri açıqladı

Bu ilin avqust ayından Azərbaycanda kartdan-karta ("Card to card") köçürmə əməliyyatlarına limitlərin tətbiqi fonunda ölkədə ödəniş kartlarının sayındakı artım iki dəfədən çox sürətlənib. Azərbaycan Mərkəzi Bankını

Uşaqlar üçün "Kreativ sahibkar" proqramı başlayır

"Leonardo Art School" və "MiniBoss Business School" 8-13 yaş arasıuşaqlar "Kreativ sahibkar — yaradıcılıqdan biznesə" birgə təhsil proqramınınbaşladığını elan etdilər. Kreativ sahibkar — uşaqları

Qızıl və gümüş ucuzlaşdı

Nyu-York birjasında qızıl və gümüşün qiyməti azalıb. COMEX əmtəə birjasında qızıl fyuçerslərinin dəyəri 1.24% azalaraq 4.010 ABŞ dollarına bərabər olub. COMEX-də gümüşün unsiya üzrə fyuçersləri isə 1.90% ucuzlaşaraq 53.9

Bakcell eSIM ilə eyni anda iki nömrədən istifadə edin

Bakcell abunəçilərinə mobil xidmətlərdən daha rahat, çevik və rəqəmsal şəkildə yararlanmaq üçün eSIM həllini təqdim edir. Fiziki SIM karta alternativ olan bu texnologiya mobil xidmətlərdən istifadəni daha sadə və funksiona

Veysəloğlu Şirkətlər Qrupunda Prezident təqaüdçüsü olan əməkdaş övladları ilə görüş keçirildi - FOTOLAR

Veysəloğlu Şirkətlər Qrupunun baş icraçı direktoru Aydın Veysəloğlu rəhbər heyətin iştirakı ilə Qrupun Baş ofisində Prezident təqaüdünə layiq görülən dörd tələbə və onların valideynləri ilə görüşüb. xəbər verir ki, şirkətlə

2027-ci il dövlət büdcəsi haqqında' qanun layihəsi Milli Məclisə daxil olub

"2027-ci il dövlət büdcəsi haqqında" qanun layihəsi Milli Məclisə daxil olub. xəbər verir ki, gələn il büdcənin gəlirləri 39 milyard 254 milyon manat, xərcləri isə 42 milyard 400 milyon manat (o cümlədən mərkəzləşdirilmi

Biləcəridə yeni 2 otaqlı st. mənzillər satışda – 50,16 kv.m-dən başlayan təkliflər

"Kristal"ın Avtovağzalmetro stansiyasının yaxınlığında yerləşən Biləcəri Yaşayış Kompleksində yeni2 otaqlı studiya mənzillərin satışına başlanılıb. Sahəsi 50,16 kv.m-dənbaşlayan mənzillər tikinti mərhələsində, sərfəl


yeni xeberler azerbaycan xeberleri son xeberler krimnal xeber cəbhədən xəbərlər iqtisadiyyat xeberleri bugun şou biznes xəbərləri