"Nar" və Dövlət Məşğulluq Agentliyi Anlaşma Memorandumu imzaladı - FOTOLAR

"Nar" və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi məşğulluq və insan kapitalının inkişafı istiqamətində əməkdaşlıq haqqında anlaşma memorandumu imzalanıb.
azxeber.com xəbər verir ki, memorandum Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Hasil Abbasov və "Nar"ın baş icarçı direktoru Özgür Genc tərəfindən imzalanıb.
Əməkdaşlıq çərçivəsində tərəflər iş yarmarkalarının birgə təşkili, işaxtaran və işsiz şəxslərin peşəyönümü və peşə hazırlığının dəstəklənməsi, bilik və bacarıqların artırılması üzrə təşəbbüslərin həyata keçirilməsi, həmçinin korporativ sosial münasibətlərin inkişafına yönəlmiş layihələr üzərində işləyəcəklər. 
Anlaşma memorandumunun imzalanma mərasimində Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Hasil Abbasov işsiz və işaxtaran şəxslərin məşğulluğunun təmin olunmasında işəgötürənlərlə tərəfdaşlığın mühüm rol oynadığını vurğulayıb və "Nar" ilə imzalanan memorandumun da işsiz və işaxtaran şəxslərin məşğulluq imkanlarının genişləndirilməsinə, eləcə də özəl sektorla əməkdaşlığın daha da gücləndirilməsinə xidmət edəcəyini qeyd edib.
"Nar"ın baş icraçı direktoru Özgür Genc bildirib: "İnanırıq ki, dövlət və özəl sektorun birgə səyləri nəticəsində işaxtaran şəxslərin potensialını üzə çıxarmaq, onların bacarıqlarını əmək bazarının tələblərinə uyğunlaşdırmaq və uzunmüddətli məşğulluq imkanları yaratmaq mümkündür".
Qeyd edək ki, bu memordandum çərçivəsində tərəflər arasında işgüzar görüşlər keçiriləcək, aktiv məşğulluq tədbirlərinə cəlb olunanşəxslərin dəstəklənməsi məqsədilə maarifləndirmə və məlumatlandırma təşəbbüsləri həyata keçiriləcək.
Hazırda 2,2 milyon abunəçiyə yüksəkkeyfiyyətli rabitə xidmətləri göstərən "Nar" son 6 ildə Müştəri Loyallığı İndeksinə görə ölkədə lider mobil operatordur. Mobil operator müştəriyönümlülük strategiyasına sadiq qalaraq sərfəli qiymət qarşılığında üstün xidmət təqdim edir.

İqtisadiyyat       Tarix: 31 yanvar 2026
f Paylaş

Xidmetler [newsid: 0-123300]

Oxşar xəbərlər

Azərbaycanda turistlər ən çox bu bölgələrə üz tuturlar

Azərbaycanda turizm sektorunun inkişafı və regionlara turist axınının artırılması ölkə iqtisadiyyatının şaxələndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Son illərdə həm yerli, həm də xarici turistlərin paytaxtla yanaşı

"Trendyol" və "Temu"da qiymətlər niyə səbətdə artır? - İqtisadçı səbəbləri açıqladı

Son vaxtlar "Trendyol", "Temu" və digər onlayn alış-veriş platformalarında məhsulların qiymətinin səbətə əlavə edildikdən sonra artması alıcılar arasında narazılıq yaradır. İstifadəçilər bildirirlər ki

Xəyal etdi, inandı, qazandı — "Sürətlə Yeni Mövsümə" lotereyasının 'Changan Q07' qalibi danışdı

və platformalarında keçirilən "Sürətlə Yeni Mövsümə" stimullaşdırıcı lotereyası bir-birindən dəyərli hədiyyələri ilə qazandırmağa davam edir. Kampaniyanın 4-cü tirajının qalibləri müəyyənləşib və ilk avtomobili

Süni intellekt sahibkara kredit təklif edir: Mikro bankçılığın gələcəyi necə dəyişir?

Kapital Bank-ın Mikro Biznes departamentinin direktoru Bəxtiyar Rəsulov müsahibə verib. həmin müsahibəni təqdim edir:. Mikro sahibkarlıq iqtisadiyyatın mühüm hərəkətverici qüvvələrindən biridir. Bu sahədə fəaliyyət göstərə

PAŞA Bankın təşkilatçılığı ilə KOB-ların idxal və ixrac fəaliyyətinə dəstək imkanları müzakirə olunub

PAŞA Bank, Azərbaycan–Fransa Ticarət və Sənaye Palatası (AFChamber) və Deloitte Azərbaycanın birgə təşkilatçılığı ilə kiçik və orta biznes subyektlərinin nümayəndələri üçün "Əlverişli gömrük tənzimləmələri və müvafi

Türk İnvestisiya Fondunun Rəhbərlər Şurasına sədrlik Azərbaycana həvalə olunub

Daşkənddə keçirilən Türk İnvestisiya Fondunun Rəhbərlər Şurasının iclasında Fondun fəaliyyətinin genişləndirilməsi və üzv ölkələr arasında investisiya əməkdaşlığının gücləndirilməsi məsələləri müzakirə edilib. Bu barədə -

Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır

Birbank tətbiqində pul köçürmələrinin təsdiqlənməsi prosesi yenilənib. Belə ki, Birbanklılar köçürmələrini SİMA İmza ilə təsdiqləyərək daha rahat və sürətli şəkildə həyata keçirə bilərlər. Beləliklə, SMS kodunu gözləməy

Qızıl və gümüş ucuzlaşdı

Nyu-York birjasında qızıl və gümüşün qiyməti azalıb. COMEX əmtəə birjasında qızıl fyuçerslərinin dəyəri 1.24% azalaraq 4.010 ABŞ dollarına bərabər olub. COMEX-də gümüşün unsiya üzrə fyuçersləri isə 1.90% ucuzlaşaraq 53.9

PAŞA Bankın dəstəyi ilə ölkəmizdə növbəti yaşıllaşdırma və gənc iş adamlarına dəstək layihəsi həyata keçirilib

PAŞA Bank-ın dəstəyi və Regional İnkişaf İctimai Birliyi (RİİB) ilə əməkdaşlıq çərçivəsində bu ilin oktyabr ayında Xocalı rayonunun Əsgəran qəsəbəsində 400 pavloniya ağacı əkilib. Təşəbbüs beynəlxalq Enactus proqramı çərçivəsind


son xeberler azerbaycan xeberleri yeni xeberler son xeberler bugun son xeber bugünkü son xəbərlər xankendi