"Nargindəki əsgərlərimiz Azərbaycan türkləri sayəsində həyatda qalıblar" - Hulusi Akar
Türkiyənin milli müdafiə naziri Hulusi Akar Sarıqamış əməliyyatında həlak olanların anım mərasimində çıxış edib.
KONKRET.az xəbər verir ki, nazir çıxışında Azərbaycanın dəstəyindən söz açıb.
"Sarıqamış şəhidlərini yad etdiyimiz bu gündə Qafqaz cəbhəsində əsir düşən əsgərlərimizə Nargin adasında saxlanıldıqları zaman yardım əlini uzadan azərbaycanlı qardaşlarımıza minnətdarıq.
Nargindəki əsir düşərgəsində son dərəcə çətin şəraitdə həyat mübarizəsi aparan əsgərlərimiz Azərbaycan türklərinin yardımları sayəsində rahat nəfəs alıblar, həyatda qalıblar.
Tarixi prosesdə yaşanan fəlakətləri və çətinliklərə azərbaycanlı qardaşlarımızla necə bərabər sinə gərmişiksə, bundan sonra da "iki dövlət, bir millət" anlayışı ilə kədərdə və qürurda bərabər olmağa davam edəcəyik", – H.Akar qeyd edib.
Nazir onu da əlavə edib ki, Türkiyə Azərbaycan və Liviya başda olmaqla, dost, qardaş və müttəfiq ölkələri dəstəkləyərək, NATO, BMT, Aİ və ATƏT missiyaları ilə birlikdə Qətər, Somali, Bosniya və Herseqovina və bir çox başqa coğrafiyalarda dünyada sülhə töhfə verir.

Seymur Cəfərov vəfat etdi
Azercell abunəçilərinə mənzil, avtomobil və iPhone hədiyyə edir
Prezident ona general rütbəsi verdi
Anım Gününə həsr olunmuş qanvermə aksiyası keçirilib - FOTO
Bakcell İçərişəhərin tarixi irsini rəqəmsal texnologiyalarla canlandıracaq
Unibank və FMO əməkdaşlığı bərpa edir: 50 milyon ABŞ dolları kredit sazişi imzalanıb
"Fənərbağça" bu tarixdə Azərbaycana gələcək
"Bütün keçmişimi və pulumu itirdim" - Roberto Karlos
Azərbaycan millisi 16:0 hesabı ilə məğlub oldu
Ukraynanın oyunu azərbaycanlı hakimə tapşırıldı
13 yaşlı oğlan faciəvi şəkildə öldü
Bakıda zibil maşını yaşlı kişini vurub öldürdü
Tehranda yeni savaş: Pezeşkian hədəf alındı – Hərbi çevriliş
Kərki Azərbaycana qaytarılır? - Müzakirələr qızışır
Kamran Əliyev Qarabağdakı bərpa işlərindən danışdı