Narkoloq: "Əgər insan doğuş travması alıbsa, narkoman olma ehtimalı daha çoxdur" - ŞƏRH + FOTO

Narkoloq: Narkoloq: "Əgər insan doğuş travması alıbsa, narkoman olma ehtimalı daha çoxdur" - ŞƏRH + FOTO
2022-ci ildə ilk dəfə qoyulmuş diaqnozla 590 nəfər toksikomaniya xəstəsi qeydə alınıb. Dövlət Statistika Komitəsinin məlumatına görə, ötən il tibb müəssisələrində qeydiyyatda olan toksikomaniya xəstələrinin sayı 1 156 nəfər olub. 2021-ci ildə ilk dəfə qoyulmuş diaqnozla 361 nəfər toksikomaniya xəstəsi qeydə alınıb. İlk dəfə qoyulmuş diaqnoza görə öncəki illərdə rəqəmlər daha az olub.
2022-ci ildə ilk dəfə qoyulmuş diaqnozla 3 689 nəfər narkomaniya xəstəsi qeydə alınıb. Ötən il tibb müəssisələrində qeydiyyatda olan narkomaniya xəstələrinin sayı 35 097 nəfər olub. 2021-ci ildə ilk dəfə qoyulmuş diaqnozla 5 603 nəfər narkomaniya xəstəsi qeydə alınıb.
Narkomaniya ilə bağlı xəstələnənlərin sayında 2022-ci ilin statistik məlumatına baxanda azalma müşahidə olunur. Toksikomaniya ilə bağlı xəstələrin sayında isə artım var.
Bəs görəsən, xəstələrin sayında artım və azalma nə ilə əlaqəlidir? Bu iki xəstəliyin fəsadları hansılardır?
Mövzu ilə bağlı Oxu.Az-a açıqlama verən psixiatr-narkoloq, müstəqil tibbi ekspert Abdulla Şıxlinskinin sözlərinə görə, bu iki xəstəlik eyni məfhum hesab oluna bilər:
Narkoloq: "Əgər maddə dövlət qərarı ilə qadağandadırsa, onu istifadə edən narkoman hesab olunur. Toksikoman o şəxsdir ki, qəbul etdiyi maddələr tamamilə qadağan olunmayıb. Onlar həmin maddələrdən artıq istifadə etdikləri üçün asılı vəziyyətə düşürlər. Bu da xəstəliyə çevrilir. Asılılığa görə, hər ikisi eyni məfhum hesab olunur.
Spirtli içkilərdən asılı olan şəxslər toksikomaniya xəstəsi hesab olunurlar. Onlara alkoqol toksikomaniyası deyilir. Toksikomanlar həkim yazdığı dərmanları rejimsiz istifadə edirlər. Artıq qəbul etdiyi üçün toksikomaniya xəstəliyi yaranır".
Həkim toksikomaniya və narkomaniya xəstələrinin sayının durmadan artdığını qeyd edib:
"Mən sizə tam əminliklə deyirəm ki, həm toksikomaniya, həm narkomaniya xəstələrinin sayı durmadan artır. Son illər daha da artıb. Xüsusən də pandemiya zamanı daha çox artımlar müşahidə edildi.
Bəzi xəstələr anonim müraciət etdikləri üçün onlar qeydiyyata alınmır. Qanuni şəkildə məxfilik saxlanılır. Ona görə də dəqiq sayı təyin etmək çox çətindir. Tam məxfi olduğuna görə bu statistikaya düşmür".
Həkim hər iki xəstəliyin əlamətləri və fəsadlarından bəhs edib:
"Hər iki xəstəliyin əlamətləri də bir-birinə oxşardır. Müalicə prinsipləri də demək olar ki, eynidir. Tibbi cəhətdən onların əmələ gəlməsində gedişində və müalicəsində heç bir prinsipial fərq yoxdur.
Narkomaniya və toksikomaniya xəstəliklərində ən geniş yayılmış fəsadlar ağıl zəifliyidir. Tibbi dildə demensiya deyirlər. Ağıl zəifliyi zamanı 20 yaşında adamın intellekti, 80 yaşlının səviyyəsinə düşür.
Narkoman və yaxud toksikoman artıq o qədər öyrəşirlər ki, qəbul etdiyi dərmanların miqdarını itirir, hesablaya bilmir. Yəni həmişə qəbul etdiyindən bir neçə dəfə çox qəbul edir və yekunda bu da ölümlə nəticələnir. Ən geniş yayılmış fəsad beyin ödemidir. Yəni beyin o qədər narkotik maddələrin təsiri altında qalır ki, birdən-birə beynində ödem yaranır. Kəllədaxili təzyiq artır. Bu da beyin strukturlarını sıxır və xəstə həmin fəsaddan ölür".
A.Şıxlinski qeyd edib ki, narkomaniya və toksikomaniya xəstəliyinə düçar olanlar nə vaxtsa kəllə beyin travması alıblar:
"Doğuş zamanı onların beyni müəyyən müddət oksigensiz qalıb. Yəni doğuş fəsadları, uşaqlıqda olan hər hansı mərkəzi sinir sisteminin xəstəlikləri bu xəstəliyə yol aça bilir. Əgər insan anadan olanda doğuş travması alıbsa, onun narkoman olma ehtimalı daha çoxdur.
Həmin insanlarda psixi narahatlıq olur. Həkimə getmək əvəzinə asılılıq yaradan maddələrə üz tuturlar. Ona görə də psixikasında hər hansı problemi olan insanlar mütləq həkimə müraciət etməlidirlər. Əks halda onlar bu maddələri mütəmadi qəbul edib, narkoman və yaxud da toksikoman olurlar".
"Hazırda qadınların arasında metamfetamin istifadəçiləri artıb. Ümumiyyətlə, hazırda Azərbaycanda narkomaniya ilə mübarizəni gücləndirmək üçün mütləq psixiatrik yardım haqqında qanunu sərtləşdirmək lazımdır. Psixiatrik yardım haqqında qanun çox yumşaqdır, onun sərtləşdirilməsi də narkomaniya və toksikomaniya ilə mübarizədə bizə kömək edə bilər", - deyə A.Şıxlinski əlavə edib.
Nəzrin Vahid

Maraqlı       Tarix: 30 oktyabr 2023
f Paylaş

Oxşar xəbərlər

Beyninə çip yerləşdirilimiş ilk pasiyentin son vəziyyəti açıqlandı

Beyninə çip yerləşdirilimiş ilk pasiyentin son vəziyyəti açıqlandı. İlon Maskın "Neuralink" proqramı çərçivəsində 2024-cü ilin martında ilk dəfə beyninə çip yerləşdirilmiş xəstənin son vəziyyəti açıqlanıb. Xəst

Rəssam Cavid Həsənli: "Mənim üzərimdə, sən demə, təcrübə aparırmışlar" - MÜSAHİBƏ + FOTO

Rəssam Cavid Həsənli: "Mənim üzərimdə, sən demə, təcrübə aparırmışlar" - MÜSAHİBƏ + FOTO. "Mən 23 yaşıma qədər evdən çıxmırdım. Ev şəraitinə öyrəşmişdim. Rahatlığımı pozmurdum. Ancaq keçmişdə ilişib qalma

Alimlərdən ömrün uzunluğu ilə bağlı sevindirici proqnoz

Alimlərdən ömrün uzunluğu ilə bağlı sevindirici proqnoz. Alimlər əsrin ortalarına qədər gözlənilən ömür uzunluğunun nə qədər artacağını müəyyən ediblər. Beynəlxalq alimlər qrupu 2050-ci ilə qədər qlobal ömür uzunluğu il

Chevrolet Ehtiyyat Hissələri seçərkən baxmalı olduğunuz 5 Məqam

Chevrolet ehtiyyat hissələri avtomobilin texniki sağlamlığını qorumaq, təhlükəsiz hərəkətini təmin etmək və uzunmüddətli istifadəsini mümkün etmək baxımından əsas rol oynayır. Bu hissələrin keyfiyyətsiz və ya uyğun olmaya

Mədəkiçiltmə erasının sonu gəlir: Cərrahi müdaxilə olmadan arıqlamağın yolu tapıldı

Mədəkiçiltmə erasının sonu gəlir: Cərrahi müdaxilə olmadan arıqlamağın yolu tapıldı. Elm adamları mədəyə cərrahi müdaxilə olmadan piylənmə ilə mübarizə aparmağın üsulunu tapıblar. Yeni metod mədənin yuxarı hissəsinin selikl

"WhatsApp" daha bir yeniliklə gəlir - FOTO

"WhatsApp" daha bir yeniliklə gəlir - FOTO. "WhatsApp" daha bir yeniliklə istifadəçiləri sevindirir. Belə ki, mesencerin "iOS" əməliyyat sisteminə malik cihazlar üçün versiyasında stikerlər yaratma

Zaqulbada yerləşən sümük-vərəm xəstəlikləri sanatoriyasından FOTOREPORTAJ

Zaqulbada yerləşən sümük-vərəm xəstəlikləri sanatoriyasından FOTOREPORTAJ. 1911-ci ildə Zaqulbada işləyən ailələrin uşaqları üçün sümük-vərəm xəstəlikləri sanatoriyası açılıb. Belə ki, buranı həmin dövrdə yaşayan professo

İmtahandan əvvəl yaddaşı gücləndirən QİDALAR

İmtahandan əvvəl yaddaşı gücləndirən QİDALAR. Son elmi araşdırmalara görə, tərkibində yüksək şəkər olan şirniyyatlar müvəqqəti olaraq enerjini artırsa da, yekun nəticədə konsentrasiyanı azalda bilər. Yaddaş və konsentrasiyan

Neandertal insanın sümüklərində tapılan qədim viruslara yeni həyat veriləcək

Neandertal insanın sümüklərində tapılan qədim viruslara yeni həyat veriləcək. Bu gün də sirkulyasiya edən üç ümumi virusun genetik ardıcıllığı 50 min ildən çox əvvəl yaşamış neandertalların qalıqlarında tapılıb. San-Paul


azerbaycan xeberleri son xeberler yeni xeberler son.xeber krimnal bugun sonxəbər en son xeberleri