Narkotik vasitə qəbul edən şəxslər sürücülük hüququndan məhrum edildi
Narkotik vasitə qəbul etmələri müəyyən edilən şəxslər 9 ay müddətinə sürücülük hüququndan məhrum ediliblər.
Bu barədə Azxeber.com-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları tərəfindən dekabrın 5-də saat 18 radələrində Sabirabad rayonunun Nizami kəndi ərazisində yerləşən postda Sumqayıt şəhər sakini A.Tapdıqovun və Bakı şəhər sakini E.Binyətovun idarə etdikləri "Shacman" markalı 2 yük avtomobili nəzarət-yoxlama qaydasında saxlanılıb.
Polis əməkdaşları tərəfindən həmin sürücülərin narkotik vasitə qəbul etmələri müəyyən edilib və barələrində İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə protokollar tərtib edilib.
Hər iki sürücü Şirvan Şəhər Məhkəməsinin qərarı ilə 9 ay müddətinə sürücülük hüququndan məhrum ediliblər.

Bakı Hərbi Kollecinin kursantı vəfat etdi
Merz Aİ-nin büdcə planının bir neçə yüz milyard avro azaldılmasını istəyib
"Qarabağ"da qızlardan ibarət yeni komanda yaradıldı
Tramp müharibənin bitmə zamanını açıqladı
Natiq Cəfərli: "Bank faizləri aşağı salınmalıdır"
Azərbaycanda qızıl bahalaşdı
Zelenski o hərəkətinə görə tənqid olundu
Azərbaycanda maaş artdı
Zubir "Qarabağ"a qayıdır? – SÜRPRİZ
Bakıda mağazada qadın döyüldü
Məşhur türk aktyoru vəfat etdi
Azərbaycan Hava Yolları Ciddəyə müntəzəm uçuşları bərpa edir
Kərimin səhhətində problem yarandı
Azercell ilk yeni nəsil diller mağazasını istifadəyə verir - FOTOLAR