Narsizm - özünə vurğunluq halının həddini aşması ciddi problemlər yaradır
Son vaxtlar narsizm adlanan şəxsiyyət pozğunluğuna çox rast gəlinir. Məşhur alman filosofu Ziqmund Freyd ifrat özünəvurğunluq halını narsizm adlandırıb. Əslində hamıda narsizmin müəyyən əlamətləri var. Lakin həmin halın həddini aşması ciddi problemlər yaradır. Həmin problemdən əziyyət çəkənlər yorucu münasibətləri ilə ətrafındakıları və ailə üzvlərini bezdirirlər.
Milli.Az bildirir ki, Azərbaycan Dövlət Pedaqoji Universitetinin ümumi psixologiya kafedrasının baş müəllimi Günəş Əfəndiyeva AZƏRTAC-a deyib: "Narsizm özündən razı, yalnız özünü sevən, başqa heç kəsi bəyənməyən, insanlara qarşı rəğbət hissi duymayan, onların emosiya, duyğu və düşüncələrini başa düşməyən və həmişə hər yerdə özünü ağıllı sayan, özünü hamının fövgündə tutan şəxsiyyət pozğunluğu halıdır".
Narsistlər sosial statuslu insanlara meyllidirlər. Cəmiyyətdə hər şeyin ən yüksəyinə can atmaları, ona nail ola bilmədikdə başqalarını alçaltmaqla səciyyələndirilirlər. Bəyənilmək, daim diqqət mərkəzində olmaq arzusu onların özlərinə də zərər vurur və depressiyaya sala bilər. Nə qədər şişirdilmiş şəkildə özlərini sevsələr də, narsistlər yeniliklərə qapalıdırlar və inkişafa meylli olmurlar.
Psixoloqun dediyinə görə, bəzən valideynlər uşaqlarının arzu və istəklərinin qarşısına müəyyən məhdudiyyətlər qoyurlar: "Belə olanda uşaq öz arzularını həyata keçirə bilmir və onların arzu və istəkləri öz daxilində qalır. Onlar valideynin dediyi formada inkişaf edir və onların göstərdiyi yolla getməli olurlar. Hətta uşaqların hansı peşə və ixtisası seçmək məsələsini də valideynlər özləri həll edirlər".
Narsizm patologiyasının kökləri əsasən uşaqlıq illərinə gedib çıxır. Buna görə də valideynlər və müəllimlərin üzərinə böyük məsuliyyət düşür. Tez-tez təqdir olunan, mükafatlandırılan və ruhlandırılan uşaqların gələcəkdə narzsist olmaq ehtimalı daha azdır.
Milli.Az /news.milli.az

Təzyiqi salmağın inanılmaz yolu - Alimlərdən diqqətçəkən açıqlama
Azərbaycanlı musiqiçi faciəvi şəkildə öldü
Kamboca baş naziri Azərbaycana gəldi
Deputatlardan ABŞ Konqresinin Senator və Nümayəndələr Palatasına müraciət
Masazırda motosikletlə avtomobil toqquşdu - Ölənlər var - Foto
Trampdan Azərbaycan açıqlaması
52 yaşlı piyadanı maşın vurub öldürdü
Qazaxda avtomobil piyadanı vurub, 3 nəfər xəsarət alıb
Gəncədə oğlunu öldürməkdə şübhəli bilinən ata saxlanılıb, daha bir nəfərin yaralandığı məlum olub
Azərbaycanlı reperlə oxuduğu duetə görə saxlanıldı
Bred Pittin yeni sevgilisi - Foto
Evini 3,2 milyona satır - Fotolar
Azərbaycanda müğənni əməliyyatdan sonra öldü - Fotolar
Qızıl 2027-ci ildə neçəyə olacaq? – PROQNOZ
Bərdədə 71 yaşlı qadın faciəvi şəkildə öldü