NATO Hərbi Komitəsinin üzvləri Azərbaycan-Türkiyə-Gürcüstan təlimini izləyiblər
Tbilisidə səfərdə olan NATO Hərbi Komitəsinin üzvləri NATO-Gürcüstan Birgə Təlim və Qiymətləndirmə Mərkəzinə (JTEC) baş çəkiblər.
Azxeber.com xəbər verir ki, bu barədə Gürcüstanın Müdafiə Nazirliyindən bildirilib.
Alyansın ali hərbi nümayəndələri mərkəzdə Azərbaycan, Türkiyə və Gürcüstan hərbi qulluqçularının iştirakı ilə keçirilən "Eternity-2021" kompüter dəstəkli komanda-qərargah təlimlərini onlayn formatda izləyiblər.
Daha sonra Gürcüstanın Müdafiə Qüvvələrinin Baş Qərargah rəisi general-mayor Giorgi Matiaşvili və NATO Hərbi Komitəsinin rəhbəri admiral Rob Bauer arasında görüş keçirilib. Tərəflər Müdafiə Qüvvələrinin transformasiya prosesi, NATO və Gürcüstan arasında hərbi əməkdaşlığın önəmi və gələcək planlar, həmçinin Qara dənizdə təhlükəsizlik məsələlərini müzakirə ediblər.
Qeyd edək ki, oktyabrın 4-də başlayan və 200-dən çox iştirakçının qatıldığı "Eternity-2021" təlimi bu gün başa çatacaq.

Seymur Cəfərov vəfat etdi
Azercell abunəçilərinə mənzil, avtomobil və iPhone hədiyyə edir
Prezident ona general rütbəsi verdi
Anım Gününə həsr olunmuş qanvermə aksiyası keçirilib - FOTO
Bakcell İçərişəhərin tarixi irsini rəqəmsal texnologiyalarla canlandıracaq
Unibank və FMO əməkdaşlığı bərpa edir: 50 milyon ABŞ dolları kredit sazişi imzalanıb
"Fənərbağça" bu tarixdə Azərbaycana gələcək
"Bütün keçmişimi və pulumu itirdim" - Roberto Karlos
Azərbaycan millisi 16:0 hesabı ilə məğlub oldu
Ukraynanın oyunu azərbaycanlı hakimə tapşırıldı
13 yaşlı oğlan faciəvi şəkildə öldü
Bakıda zibil maşını yaşlı kişini vurub öldürdü
Kərki Azərbaycana qaytarılır? - Müzakirələr qızışır
Kamran Əliyev Qarabağdakı bərpa işlərindən danışdı