NATO Ukraynaya ordu göndərir, Türkiyə Ukrayna müharibəsinə qoşulur - ŞOK DETALLAR

NATO Ukraynaya ordu göndərir, Türkiyə Ukrayna müharibəsinə qoşulur - ŞOK DETALLARNATO üzvü olan Türkiyənin Ukrayna–Rusiya müharibəsində birbaşa hərbi iştirak edib-etməyəcəyi məsələsi yenidən gündəmə gəlib. Maraqlıdır, NATO üzvü kimi Türkiyə Ukrayna müharibəsində hərbi cəhətdən iştirak etməyə məcbur edilə bilərmi?
Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən politoloq Əli Mustafa bildirib ki, Türkiyənin alyans qarşısında müəyyən öhdəlikləri olsa da, bu, avtomatik şəkildə müharibəyə cəlb olunması demək deyil.
Politoloqun sözlərinə görə, Türkiyə NATO dövləti olaraq alyansın nizamnaməsindən irəli gələn vəzifələri yerinə yetirməlidir. Lakin eyni zamanda Ankaranın regional və qlobal proseslərə fərqli yanaşmaları da mövcuddur və bu mövqeyini əsaslandırmaq imkanları var:
"Türkiyə son dövrlər Ukrayna ilə əməkdaşlığı davam etdirməklə yanaşı, Rusiya ilə paralel münasibətləri də qorumağa çalışır. Bu balanslı siyasət Ankaranın mövqeyini aydın şəkildə göstərir".
Əli Mustafa qeyd edib ki, son vaxtlar Rusiya–Türkiyə münasibətlərində süni gərginlik yaradıldığına dair yanaşmalar mövcuddur. Onun fikrincə, bəzi hallarda Rusiyanın Türkiyəyə təzyiq etməklə həm türk dövlətlərinə, həm də postsovet məkanına mesaj vermək istədiyi ehtimal olunur:
"Rusiya Türkiyənin gəmilərinə hücum cəhdləri, Türkiyə ərazisinə dronların daxil olması kimi hallarla Ankaranı çəkindirməyə çalışa bilər. Xüsusilə Qara dənizdə Ukraynanın Rusiyaya məxsus gəmiləri vurmasından sonra Moskva bu proseslərdə Türkiyənin mümkün iştirakından şübhələnir".
NATO Ukraynaya ordu göndərir, Türkiyə Ukrayna müharibəsinə qoşulur - ŞOK DETALLARPolitoloq vurğulayıb ki, bu iddiaları təsdiqləyən hər hansı konkret dəlil və sübut yoxdur və Türkiyənin bu proseslərdə günahlandırılması əsassızdır. Onun sözlərinə görə, Rusiyanın bu cür addımları beynəlxalq hüquqa ziddir və Türkiyənin NATO üzvü kimi öhdəliklərini yerinə yetirməsinə müdaxilə etmək hüququ yoxdur.
Əli Mustafa xatırladıb ki, Ukrayna uzun müddətdir Rusiyanın Qara dənizdəki hərbi gücünü zəiflətməyə çalışır və bu çərçivədə indiyədək 28 Rusiya gəmisinin dron hücumları ilə sıradan çıxarıldığı bildirilir.
Sonda politoloq qeyd edib ki, mümkün qarşıdurma vəziyyətində yekun qərarı yalnız Türkiyə dövləti verəcək:
"Hesab etmirəm ki, Rusiya NATO ölkələri ilə açıq müharibə aparacaq gücə malikdir. Daha çox qorxutma və təzyiq elementləri var. Lakin bu cür riskli təşəbbüslər Rusiya–Türkiyə münasibətlərində müəyyən qarşıdurma ehtimallarını artırır".
Aynurə İsmayıl
KONKRET.az

Siyasi       Tarix: 24 dekabr 2025
f Paylaş

Oxşar xəbərlər

Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb

Azərbaycanın Baş naziri Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb. xəbər verir ki, Əli Əsədovu Tbilisi Beynəlxalq Hava Limanından Gürcüstanın Baş nazirinin müavini, iqtisadiyyat və davamlı inkişaf naziri Mariam Kvrivişvil

Ceyhun Bayramov Türk Dövlətləri Sivilizasiya Parkının açılış mərasimində iştirak edib

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Türk Dövlətləri Təşkilatının (TDT) Zirvə görüşü çərçivəsində keçirilən Türk Dövlətləri Sivilizasiya Parkının açılış mərasimində iştirak edib. xəbər verir ki, bu barədə Azərbayca

Bakıda keçirilən NATO qiymətləndirilməsi başa çatıb

NATO-nun Əməliyyat İmkanları Konsepsiyası Proqramı çərçivəsində Azərbaycan Hərbi Hava Qüvvələrinin "Mi-17-1V" tipli helikopter cütlüyünün 2-ci Səviyyəli (NEL-2) NATO qiymətləndirilməsi başa çatıb. Müdafiə Nazirliyində

Azərbaycan I Qarabağ müharibəsində itkin düşənlərlə bağlı BMT-də bəyanat yayıb

Azərbaycan I Qarabağ müharibəsi zamanı itkin düşmüş şəxslərlə bağlı BMT-də bəyanat yayıb. xəbər verir ki, bəyanatı Azərbaycanın BMT yanında Daimi Nümayəndəliyinin müşaviri Nahidə Bağırova "Növbəti dörddəbir əsrdə Qadınlar

Tramp Rusiyaya güzəşt edir, Konqres isə qarşı çıxır: Moskvanı nə gözləyir?

"Rusiya-Ukrayna müharibəsi fonunda ABŞ-ın Rusiyaya qarşı müəyyən sanksiyaları müvəqqəti olaraq aradan qaldırmasının Moskvanın mövqelərinin güclənməsinə gətirib çıxaracağını düşünmürəm. Bu addım daha çox Rusiyanın iqtisad

Xidməti maşından şəxsi maraqlar üçün istifadə - Qadağan olunur

Vəzifəli şəxslərin xidməti maşınlarından istifadəsi ilə bağlı qanunvericiliyə dəyişiklik olunur. Bu, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu və Müdafiə, təhülkəsizlik və korrupsiya ilə mübaizə komitəsinin bu gü

YAP Təftiş Komissiyasının sədri və sədr müavini seçildi

Bu gün Yeni Azərbaycan Partiyasının (YAP) Təftiş Komissiyasının iclası keçirilib. İclasda YAP-ın Vll Qurultayında seçilmiş Təftiş Komissiyasının üzvləri Təftiş Komissiyasının sədri vəzifəsinə Sevinc Hüseynova, sədr müavin

Türk generalın Bakıda səhvi... - Türk yazar açıqladı

Türkiyəli tanınmış araşdırmaçı-yazar Qalib Türkmən Qarabağ məsələsi barədə maraqlı bir faktı açıb. -a istinadla xəbər verir ki, o, 2007-ci ildə Azərbaycana təşkil edilən bir səfərdə şahidi olduğu hadisəni bölüşüb. Q.Türkmə

Sadır Japarovdan Azərbaycana təşəkkür mesajı

Qırğızıstan Prezidenti Sadır Japarov Azərbaycanın Türk Dövlətləri Təşkilatındaki (TDT) sədirliyi dövrünü yüksək qiymətləndirib. KONKRET.azxəbər verir ki, Ankarada keçirilən TDT Dövlət Başçıları Şurasının 13-cü Zirvə Görüşünd


azerbaycan xeberleri son xeberler yeni xeberler xeber.az 2026 xeberler bu qun bu gune olan xeberler havanın temperaturu